Məhkəmə qərarları › İş №2(021)-387/2025

Bərdə Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(021)-387/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-387/2025 06.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 223,5 qramlıq qızıllarını, naturada qaytarmaq mümkün olmadıqda 17.880 (on yeddi min səkkiz yüz səksən) manat və iş üzrə ödədiyi 145 manat pul vəsaitinin alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh əvvəllər tanımışdır və onunla normal münasibətləri olmuşdur. O, Bərdə Ticarət bazarında qızıl satışı ilə məşğuldur və Cavabdeh da bazarda zərgərliklə məşğul olmuşdur. 2022-ci ilin sentyabr ayında cabandeh, ona bildirmişdir ki, “lom” qoymətinə qızılları ona nisyə verim, o da həmin qızıllardan “izdeliya” kimi sep toxuyub, baha qiymətə satacaq, əldə etdiyi gəliri 50/50-yə böləcəklər. Qızılların qiymətini hissə-hissə satışdan əldə etdiyi gəlirdən verəcəkdi. 09 sentyabr 2022-ci ildə ona mütəmadi olaraq lom qızıllar verməyə başlamışdır. O da, həmin qızıllardan sep toxuyub, satmışdır. Hətta bir neçə dəfə əldə edilmiş gəlirdən ona 50, 100, 200 manat olmaqla, ümumlikdə 2.600 manat vermişdir. Bu minvalla 25 mart 2023-cü ilədək ona ümumilikdə 223,5 qrarn çəkidə qızıl vermişdir. 2024-cü ilin aprel ayında eşitmişdir ki, Bakı şəhərinə köçüb, orada işləyir. Ondan verdiyi 223,5 qram qızıllarını qaytarmasını tələb etdikdə, hər dəfə ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. 2024-cü ilin iyul ay ayında İsə ona məlum olmuşdur ki, Cavabdeh Türkiyəyə gedib. Onunla whatsap sosial şəbəkəsi vasitəsi ilə yazışmalarından bəzilərini saxlamış və disk də məhkəməyə təqdim edəcəkdir. Həmçinin qeyd etmişdir ki, 1 qram qızılın qiyməti 2022-2023-cü illərdə 55-60 manat idisə, indi 1 qram qızılın qiyməti 80 manatdır. Onun qızıllarını qaytarmaması nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin məhkəməyə ərizə verərərk, cavabdeh məhkəmə iclasına gəlməkdən yayındığına görə onun iştirakı olmadan qiyabi qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə iddiaçını dinləyib,təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3868 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş video diskə baxış zamanı Cavabdeh İddiaçı 223 qram qızıl aldığını etiraf etdiyi müəyyən olunur. Mülki işə əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 144 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirdi ki, Mikayılın Müşfiqdən bir neçə dəfə qızıl aldığını görmşdür. Mikayıl ondan da qızıl götürmüş pulunu verməmişir. Mikayılın özü də ona Müşfiqə borcu olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirmişdir ki, cavabdeh Mikayıl onlarda zərgər işləyirdi. İddiaçı Müfiqlə və cavabdeh Mikayılın münasibətləri yaxşı olmuşdur. Onlar qızıl alış-verişi edirdilər. Müşviqə borcunu gətirəndə Mikayılı onun yanında görmüşdür. O, pulu verdikdə deyirdi ki, borcunun bir hissəsidir. Cavabdeh onlarla işləyəndə Müşfiq ona borcunun ödəməsini deyirdi. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında qızıl alveri olmuşdur. Cavabdeh iddiaçıdan sonuncu dəfə 223,5 qram qızıl götürmüş lakin pulunu ödəməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iddia ərizəsinə qarşı öz etiraz və mülahizələrini göndərməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və video disk nəzərə alınmaqla iddia tələbi təmin olunmalı, Cavabdeh 223,5 qramlıq qızıllar naturada, naturada alınması mümkün olmadıqda dəyəri olan 17.880 (on yeddi min səkkiz yüz səksən) alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənimiş 144 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,227,233, 238 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbi təmin edilsin. Cavabdeh 223,5 qramlıq qızıllar naturada, naturada alınması mümkün olmadıqda dəyəri olan 17.880 (on yeddi min səkkiz yüz səksən) alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 144 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qiyabi qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar