Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-391/2025 06.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4878 (dörd min səkkiz yüz yetmiş səkkiz) manat pulun və 69 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərsun MMC-də işləyən zaman İmişli rayonu Mərzili kənd sakini X4 ilə tanış olmuşdur. Daha sonra Anar onu heyvan alqı-satqısı ilə məşğul olan Bərdə rayon Cumalar kənd sakini Cavabdeh ilə məni tanış etmişdir. Tanış olduqdan sonra heyvan alqı-satqısı ilə məşğul olmaq barədə razılaşmışdırlar. xx.xx.2023cü il tarixdə Anar Abışovla iş yerində söhbət edərkən heyvan alıb sataraq əlavə gəlir əldə edəcəkləri barədə danışmışdırlar. Anar Abışov heyvan alqı- satqısı ilə məşğul ola biləcəyi, heyvan almaq üçün isə pulunun olmadığını demişdir. Ondan nə qədər pul lazım olacağını soruşmuş, Anar Abışov heyvan alveri ilə məşğul olmaq üçün 18 baş iri buynuzlu heyvan alacaqlarını və bunun üçün də təxminən 15000 (on beş) min manat pulun lazım olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə Anar Abışovla birlikdə İmişli rayonunda yerləşən heyvan bazarından 2120 manat dəyərində 3 baş iribuynuzlu heyvan almışdırlar. Anar Abışov heyvanları tanışı Nicat adlı şəxs vasitəsi ilə Bakı şəhərində yerləşən ət kombinatına göndərəcəyini və ət satıldıqdan sonra əldə olunan gəliri aralarında böləcəyini bildimişdir. Bundan sonra Anar heyvanları Bakı şəhərinə göndərdiyini və 60 manat qazanc əldə etdiklərini bildirmişdir. Növbəti dəfə Anar Abışovla danışan zaman Bakı şəhərində heyvanları verdiyi şəxsin 15 yanvar 2024-cü il tarixədək olan müddət ərzində heyvan alqısatqısı ilə məşğul olmayacağını bildirərək əlavə olaraq Bərdə rayon sakinin Cavabdeh ilə işi davam etdirəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Anar Abışovla birlikdə İmişli rayonu ərazisində yerləşən heyvan bazarına gedərək ümumi dəyəri 2400 manat olan 3 baş iribuynuzlu heyvan, xx.xx.2023-cü il tarixdə isə Anarla birlikdə Beyləqan bazarından ümumi dəyəri 8300 manat olan 9 baş iribuynuzlu heyvan almışdırlar. xx.xx.2024-cü il tarixdə heyvanları Anarla birlikdə Bakı şəhəri, Nizami rayonu H.Əliyev prospektində yerləşən ət kombinatında işləyən Cavabdeh tanışı olan Fətəli adlı şəxsə nisyə satmışdırlar. 12 baş iribuynuzlu heyvana görə Fətəli ona 10078 manat pul ödməli idi. Ertəsi günü Məmmədə zəng edərək Fətəlidən heyvanların pulunu alıb-almamasını soruşduqda Məmməd hələ almadığını bildirmişdir. Bundan sonra Fətəli ilə telefonla əlaqə saxlayaraq ona gün ərzində heyvanların pulunu ödəməsini bildirdikdə Fətəli 10078 manat pulu Məmmədə verdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, Anar və Məmməd adlı şəxslər barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Biləsuvar Rayon Polis Şöbəsinə dəvət olunmuşlar və izahatlarında da 5778 manat borcları olmasını etiraf etmişlər. Bir müddət keçdikdən sonra Məmməd Razamanov 900 manat mənə ödəniş etdikdən sonra 4878 manat borcu qalmışdır. Aradan uzun müddət keçməsinə baxmayaraq o, Bərdə rayon Polis Şöbəsinə müraciət etmişdir. Aparılmış araşdırma zamanı X1 yazılı izahatında ona 4878 manat borcunun olduğunu ancaq imkanı olmadığından geri qaytara bilmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərərk iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Biləsuvar RPŞ-nin cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, Cavabdeh izahat verərək İddiaçı tanıdığını, Anar adlı şəxsin ona zəng edərək 12 baş iribuynuzlu heyvan olduğunu, həmin heyvanların İddiaçı məxsus olduğunun, həmin heyvanların kəsilməli olduğunu bildirmişdir. Həmin vaxt Samirin qardaşı Eminlə Bakı şəhərində görüşmüşlər və Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən ət kombinatında həmin heyvanları Fətəli adlı şəxsə Eminlə birlikdə satmışlar. Heyvanların pulu 10078 manat təşkil etmişdir. Bir neçə gündən sonra Fətəli heyvanların pulunu onun kart hesabına göndərmişdir. Həmin puldan 4300 manatı Eminin kart hesabına göndərmiş, daha sonra 900 manatı da Eminə göndərmişdir. Hazırda onun Samir və Eminə 4878 manat pul borcu qalmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı tanışı X4 və Cavabdeh ilə birlikdə öz aralarında qabaqcadan razılaşdırılmış qaydada heyvan alqı-satqısı İlə məşğul olaraq gəlir əldə etmək barədə danışaraq iribuynuzlu heyvan alqı-satısı ilə məşğul olmuşdur. İddiaçı Anar və Məmməd adlı şəxslərə 12 baş iribuynuzlu heyvan vermiş, sonuncuıar isə razılaşdıqları kimi həmin heyvanların pulunu verməmişlər. İddiaçı bu barədə Biləsuvar RPŞ-nə mürciət etmiş, araşdırma zamanı Cavabdeh izahatında İddiaçı hazırda 4878 manat borcu qaldığını etiraf etmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla, Cavabdeh 4878 (dörd min səkkiz yüz yetmiş səkkiz) manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə əsasən iş üzrə ödənilmiş 69 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 4878 (dörd min səkkiz yüz yetmiş səkkiz) manat alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 69 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-391/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-391/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver