Məhkəmə qərarları › İş №2(021)-3926/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3926/2021

19.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3926/2021 19.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin qaz kəmərinin mühafizə zonasında qaz kəmərinin mühafizə zonasındakı hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpası tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bərdə rayonu, kətəlparaq kənd ərazisindən keçən “Azəriqaz” İstehsalat Birliyinin balansında və istismarında olan, diametri 57 mm-lik yerüstü qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsində iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin poçt ünvanı düzgün və tam göstərilməmiş, bundan əlavə iddia ərizəsinin giriş hissəsində “qaz kəmərinin mühafizə zonasında qaz kəmərinin mühafizə zonasındakı hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpası” tələbi qeyd edilsə də xahiş etdim hissədə “Cavabdeh tərəfindən Bərdə rayonu, Kətəlparaq kənd ərazisindən keçən “Azəriqaz” İstehsalat Birliyinin balansında və istismarında olan, diametri 57 mm-lik yerüstü qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə qəbul edilməsi” xahiş edilmişdir. Göründüyü kimi iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin qaz kəmərinin mühafizə zonasında qaz kəmərinin mühafizə zonasındakı hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpası tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında qaz kəmərinin mühafizə zonasındakı hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpası tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar