Məhkəmə qərarları › İş №2(021)-3927/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3927/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3927/2021 23.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Vorld Telekom MMC-nin Cavabdeh oğluna qarşı “borc “ tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək məhkəmə, Müəyyən etdi: İddiaçı Vorld Telekom MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 448 manat borc məbləği, 44 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə məhkəmədən qərarı qəbul olunmasını xahiş etmişdir. İddiaçı Vorld Telekom MMC -nin məhkəməyə təqdim etdiyi iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsi Vorld Telekom MMC -nin direktoru X1 tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə onun Vorld Telekom MMC -nin direktoru olmasını təsdiq edən hər hansı sübut əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Vorld Telekom MMC-nin Cavabdeh oğluna qarşı “borc “ tələbinə dair iddia ərizəsini dair iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 152 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a ra aldı : İddiaçı Vorld Telekom MMC-nin Cavabdeh oğluna qarşı “borc “ tələbinə dair iddia ərizəsini dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Vorld Telekom MMC –yə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar