Məhkəmə qərarları › İş №2(021)-3929/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3929/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3929/2021 23.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X2 оğlunun iclas kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı “X1 Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: “X1 Bank Olmayan Kredit Təşkilatı” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15010 manat əsas, 2630.86 manat faiz və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla cəmi 17670.86 manat pul vəsaitinin “X1 Bank Olmayan Kredit Təşkilatı” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «X1 Bank Olmayan Kredit Təşkilatı» QSC iddia tələbini belə əsaslandırmışdır ki, «X1 Bank Olmayan Kredit Təşkilatı» QSC ilə Cavabdeh arasında bağlanmış “Ətliksüdlük istiqamətli müasir ailə-kəndli və fermer təsərrüfatlarının yaradılması Lahiyəsi”nin icrası ilə bağlı iddiaçı tərəfinndən cavabdehə 5 mərhələdə 04.09.2015-ci il tarixli Bərdə 08 saylı Kredit müqaviləsinə 1saylı Əlavəyə əsasən 47 aya 4000 manat, 30.09.2015-ci il tarixli Bərdə 08 saylı Kredit müqaviləsinə 2 saylı Əlavəyə əsasən 47 aya 2000 manat, 23.10.2015-ci il tarixli Bərdə 08 saylı Kredit müqaviləsinə 3 saylı Əlavəyə əsasən 46 aya 5750 manat, 04.12.2015-ci il tarixli Bərdə 08 saylı Kredit müqaviləsinə 4 saylı Əlavəyə əsasən 44 aya 2800 manat, 07.12.2016-ci il tarixli Bərdə 08 saylı Kredit müqaviləsinə 5 saylı Əlavəyə əsasən 32 aya 460 manat, cəmi 13010 manat məbləğində krediti verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqavilələri üzrə 15.11.2018-ci il tarixə 15010 manat əsas, 2630.86 manat faiz cəmi 17640.86 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı «X1 Bank Olmayan Kredit Təşkilatı» QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Həmçinin bildirdi ki, maddi imkanı olmadığından iddiaçıya olan kredit borcunu ödəyə bilməmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 04.09.2015-ci il tarixli Bərdə\08 saylı Kredit müqaviləsinə 1saylı Əlavədən görünür ki, «X1 Bank Olmayan Kredit Təşkilatı» QSC tərəfindən Cavabdeh 47 ay müddətinə illik 10 faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 30.09.2015-ci il tarixli Bərdə\08 saylı Kredit müqaviləsinə 2 saylı Əlavədən görünür ki, «X1 Bank Olmayan Kredit Təşkilatı» QSC tərəfindən Cavabdeh 47 ay müddətinə illik 10 faiz ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 23.10.2015-ci il tarixli Bərdə\08 saylı Kredit müqaviləsinə 3 saylı Əlavədən görünür ki, «X1 Bank Olmayan Kredit Təşkilatı» QSC tərəfindən Cavabdeh 46 ay müddətinə illik 10 faiz ödəmək şərtilə 5750 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 04.12.2015-ci il tarixli Bərdə\08 saylı Kredit müqaviləsinə 4 saylı Əlavədən görünür ki, «X1 Bank Olmayan Kredit Təşkilatı» QSC tərəfindən Cavabdeh 44 ay müddətinə illik 10 faiz ödəmək şərtilə 2800 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 07.12.2015-ci il tarixli Bərdə\08 saylı Kredit müqaviləsinə 4 saylı Əlavədən görünür ki, «X1 Bank Olmayan Kredit Təşkilatı» QSC tərəfindən Cavabdeh 32 ay müddətinə illik 10 faiz ödəmək şərtilə 460 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 15.11.2018-ci il tarixli Maliyyə arayışdan görünür ki, Cavabdeh 15.11.2018-ci il tarixə 15010 manat əsas, 2630.86 manat faiz cəmi 17640.86 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 08.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, ödənilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 14213 saylı, 14.10.2019-cu il tarixli ekspert rəyindən görünür ki, 04.09.2015-ci il tarixli Bərdə 08 saylı Kredit müqaviləsinə Əlavə, 30.09.2015-ci il tarixli Bərdə 08 saylı Kredit müqaviləsinə Əlavə, 23.10.2015-ci il tarixli Bərdə 08 saylı Kredit müqaviləsinə Əlavə, 04.12.2015-ci il tarixli Bərdə 08 saylı Kredit müqaviləsinə Əlavə, 07.12.2016-ci il tarixli Bərdə 08 saylı Kredit müqaviləsinə Əlavə kredit müqavilələri üzrə Cavabdeh 23.12.2018-ci il tarixinə olan borcu əsas borc üzrə 14912.78 manat, faiz borcu üzrə 3173.41 manat olmaqla 18.086.19 manat borcunun təşkil etdiyi göstərilmişdir. (Aparılmış tədqiqatın dəyəri 200 manat) Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X1 Bank Olmayan Kredit Təşkilatı» QSC ilə Cavabdeh arasında bağlanmış “Ətlik-südlük istiqamətli müasir ailə-kəndli və fermer təsərrüfatlarının yaradılması Lahiyəsi”nin icrası ilə bağlı iddiaçı tərəfinndən cavabdehə 5 mərhələdə 04.09.2015-ci il tarixli Bərdə 08 saylı Kredit müqaviləsinə 1saylı Əlavəyə əsasən 47 aya 4000 manat, 30.09.2015-ci il tarixli Bərdə 08 saylı Kredit müqaviləsinə 2 saylı Əlavəyə əsasən 47 aya 2000 manat, 23.10.2015-ci il tarixli Bərdə 08 saylı Kredit müqaviləsinə 3 saylı Əlavəyə əsasən 46 aya 5750 manat, 04.12.2015-ci il tarixli Bərdə 08 saylı Kredit müqaviləsinə 4 saylı Əlavəyə əsasən 44 aya 2800 manat, 07.12.2016-ci il tarixli Bərdə 08 saylı Kredit müqaviləsinə 5 saylı Əlavəyə əsasən 32 aya 460 manat, cəmi 13010 manat məbləğində krediti verilmişdir. İş üzrə iddiaçı «X1 Bank Olmayan Kredit Təşkilatı» QSC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh bu müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göründüyü kimi, borclu Cavabdeh bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və «X1 Bank Olmayan Kredit Təşkilatı» QSC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqavilələri üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq aşağıdakıları qeyd edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iddiaçı bank tərəfindən əsas kredit borcunun yuxarı məbləğdə hesablanması müəyyən edilmişdir. Belə ki, ekspert rəyinə əsasən Cavabdeh banka əsas borcu üzrə 15010 manat deyil, 14912.78 manat, olması müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iddiaçı bank tərəfindən faiz borcunun aşağı məbləğdə hesablanması müəyyən edilmişdir. Belə ki, ekspert rəyinə əsasən Cavabdeh banka faiz borcu üzrə 2630.86 manat deyil, 3173.41 manat borcunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ekspert rəyi əsasında Cavabdeh banka olan əsas borcunun məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən ekspert rəyi əsas götürülməlidir. Ekspert rəyi əsasında Cavabdeh banka olan faiz borcunun məbləğinin tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından məhkəmə hesab edir ki, iddiaçının verdiyi tələblər üzrə iddia tələbinin faiz borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 14912.78 manat əsas və 2630.86 manat faiz olmaqla, cəmi 17543.64 manat Cavabdeh alınaraq iddiaçı «X1 Bank Olmayan Kredit Təşkilatı» QSC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı «X1 Bank Olmayan Kredit Təşkilatı» QSC -nin xeyrinə tutulmalıdır. Həmçinin ekspertiza tədqiqatının dəyəri 200 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 14912.78 manat əsas və 2630.86 manat faiz olmaqla, cəmi 17543.64 (on yeddi min beş yüz qırx üç manat altmış dörd qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulаrаq iddiaçı “X1 Bank Olmayan Kredit Təşkilatı” QSC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 200 manat cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar