Məhkəmə qərarları › İş №2(021)-3978/2021

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-3978/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-3978/2021 25.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hаkimi Əbilov Qamət Mehman оğlu Kreditor X1 Borclu qarşı « borcun ödənilməsi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor X3 Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il təvəllüdlü Kəlbəcər rayonunda anadan olmuş, ünvan 1 ünvanda yaşayan Borclu 970 manat məbləğində əsas borcun, 407 manat faiz borcunun alınaraq , kreditor X2 ödənilməsi barədə məhkəmə əmri qəbul olunmasını xahiş etmişdir. Kreditor X3 ərizəni onunla əsaslandırmışdır ki, Borclu ilə bağlanmış 26 yanvar 2021-ci il tarixli 3844 saylı alqı satqı müqaviləsinə əsasən Borclu kreditordan dəyəri 1680 manat olan paltaryuyan maşını, 29 yanvar 2021-ci il tarixli 3871 saylı alqı satqı müqaviləsinə əsasən dəyəri 1546 manat olan televizor almışdır, Borclu 3844 saylı və 3871 saylı müqavilələr üzrə ilkin olaraq cəmi 300 manat ödəniş etmiş, qalan 1546 manat pulu ödəməli olduğu halda, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə xəbərdarlıq edilsə də borcundan ödəniş etməmişdir. Odur ki, borcludan 970 manat məbləğində əsas borcun, 407 manat faiz borcunun tutularaq kreditor X2 ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş X3 ilə alıcı Borclu ilə bağlanmış 26 yanvar 2021-ci il tarixli 3844 saylı alqı satqı müqaviləsinə əsasən Borclu kreditordan dəyəri 1680 manat olan paltaryuyan maşını almış,6 ay müddətinə aylıq 131 manat ödəniş etməyi ödəniş ödəməyi öhdəsinə götürmüş, ilkin olaraq 150 manat ödəniş etmişdir. ərizəyə əlavə edilmiş X3 ilə alıcı Borclu ilə bağlanmış 29 yanvar 2021-ci il tarixli 3871 saylı alqı satqı müqaviləsinə əsasən Borclu kreditordan dəyəri 1546 manat olan televizor almış,6 ay müddətinə aylıq 95 manat ödəniş etməyi ödəniş ödəməyi öhdəsinə götürmüş, ilkin olaraq 150 manat ödəniş etmişdir. Ərizəyə əlavə edilmiş 24.11.2021-ci il tarixli arayışdan görünür ki, Borclu müqavilələr üzrə 970 manat məbləğində əsas borcu, 407 manat faiz borcu vardır. Ərizəyə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Borclu xx.xx.1991-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Kəlbəcər rayonu Nəcəfalı kəndində qeydiyyatdadır. Ərizəyə əlavə olunmuş Seriya AZE № 15540656 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X3 01.01.1965-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş AA 389363 saylı məcburi köçkün vəsiqəsindən görünür ki , X3 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601 .2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən borclu üzərinə bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və kreditora olan borcunu tam qaytarmamışdır. Nəticədə öhdəliklərini kreditor qarşısında tam icra etməyən Borclu kreditor X3 970 manat məbləğində əsas borcu, 407 manat faiz borcu vardır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olunduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 276.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa məhkəmə əmri verilə bilər. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Bundаn bаşqа MPM-in 119.1-ci mаddəsinə əsаsən iş üzrə ödənilmiş dövlət rüsumu dа bоrcluyа аid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1991-ci il təvəllüdlü Kəlbəcər rayonunda anadan olmuş, ünvan 1 ünvanda yaşayan Borclu 970 manat məbləğində əsas borcun, 407 manat faiz borcunun alınaraq , kreditor X2 ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar