Məhkəmə qərarları › İş №2(021)-4/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4/2022 16.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5702.55 ABŞ dolları əsas və 2254.17 ABŞ dolları faiz borcunun, cəmi 7956.72 ABŞ dolları və ödənilmiş 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1610/2017 saylı, 08 fevral 2017-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh1 və Cavabdeh2 5702.55 ABŞ dolları əsas və 2254.17 ABŞ dolları faiz borcunun, cəmi 7956.72 ABŞ dolları və ödənilmiş 20 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır. Borclu Cavabdeh2 16 avqust 2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin 2(021)- 1610/2017 saylı, 08 fevral 2017-ci il tarixli məhkəmə əmrinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(021)-1610/2017 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-1610/2017 saylı, 08 fevral 2017-ci il tarixli məhkəmə əmri ləğv edilərək, iş iddia icraatında keçirilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 aprel 2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 28 % olmaqla 7500 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını, iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədiyini, iddiaçı təşkilata borcunun olmadığını göstərərək, iddia tələbnin təmin edilməməsinin xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 aprel 2015-ci il tarixli MK/97227/50 nömrəli kredit sazişindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 24 ay müddətinə, illik 28% dərəcəsi ilə, 7500 ABŞ dolları məbləğdə kredit vermişdir. İş materiallarında olan 24 aprel 2015-ci il tarixli MK/97227/50 nömrəli kredit sazişindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarında olan 24 yanvar 2017-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 24 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 5702.55 ABŞ dolları əsas və 2254.17 ABŞ dolları faiz borcu, cəmi 7956.72 ABŞ dolları borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası BPQMİ-nin MAPS Şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh1 xx xxxxxx 1982-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 xx xxxxxx 1982-ci ildə ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 , Əli oğlu xx xxxxxx 1986-cı ildə ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(021)- 2980/2021 saylı qərardadından görünür ki, iş üzrə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli, 9/9046 nömrəli ekspert rəyində göstərilmişdir ki, 24 aprel 2015-ci il tarixli MK/97227/50 saylı kredit sazişi üzrə Cavabdeh1 24 yanvar 2017-ci il tarixinə İddiaçı ASC-nə olan borcu əsas borc üzrə 5694.97 ABŞ dolları, faiz borcu üzrə 1860.36 ABŞ dolları olmaqla, cəmi 7555.33 ABŞ dolları təşkil edir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(021)- 4/2022 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli, 4/572 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 8-9-cu vərəqələrində olan 24 aprel 2015-ci il tarixli MK/97227/50 nömrəli Kredit sazişinin “6.Tərəflər və rekvizitləri” bölməsində “Zamin” qrafasındakı imza- Cavabdeh2 tərəfindən icra olunmuşdur. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh1 24 aprel 2015-ci il tarixli MK/97227/50 nömrəli kredit sazişinə əsasən ona verilmiş kredit məbləği üzrə 5694,97 ABŞ dolları əsas və 1860,36 ABŞ dolları faiz borcunun, cəmi 7956.72 ABŞ dolları borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdeh X3 5694.97 ABŞ dolları, faiz borcu üzrə 1860.36 ABŞ dolları olmaqla cəmi 7555.33 ABŞ dolları borcu yaranması sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 7500 ABŞ dolları kredit alması və həmin kredit üzrə 5694.97 ABŞ dolları, faiz borcu üzrə 1860.36 ABŞ dolları, cəmi 7555.33 ABŞ dolları borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh1 Cavabdeh2 müştərək qaydada 5694.97 ABŞ dolları, faiz borcu üzrə 1860.36 ABŞ dolları, cəmi 7555.33 ABŞ dolları borc iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Cavabdeh2 müştərək qaydada 5694.97 ABŞ dolları əsas borc 1860.36 ABŞ dolları faiz borcu olmaqla cəmi 7555.33 ABŞ dolları (yeddi min beş yüz əlli beş ABŞ dolları otuz üç sent) kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının 220 (iki yüz iyirmi manat) manat dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilsin və 220 (iki yüz iyirmi) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ( keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar