Məhkəmə qərarları › İş №2(021)-4040/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4040/2025

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4040/2025 24.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Pul” tələbinə dair mülki işə 24 fevral 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borca aldığı 6000 (altı min) manatdan qalıq 3850 (üç min səkkiz yüz əlli) manatı tam şəkildə alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayonundan olan Cavabdeh ona məxsus olan kafeyə həmişə gəlib yemək yeyərkən Talehin vasitəsi ilə tanış olmuşlar. Tanışlıqları da ordan başlamışdır. Cavabdeh N saylı hərbi hissədə gizir rütbəsi ilə xidmət edir. Bir gün yenə ona məxsus olan kafedə oturmuşdu, Talehin vasitəsi ilə Şəfa ona yaxınlaraşaq 6000 (altı min) manat borca pul istəmiş, o ona pulu olmadığını bildirmişdir. Təkrar bir müddətdən sonra Talehlə Şəfa onun yanına gedərək ondan borca 6000 (altı min) manat pul istəmiş və o bu zaman ona sual vermiş ki, borca pulu nə səbəbə görə istəyir. Şəfa ona hərbi hissədə uşaq döydüyün bildirdi və həmin 6000 (altı min) manatı komandirə verib işi bağlayacağını demişdir. O, Şəfaya yenə pulu olmadığını bildirmiş və ondan sonra Şəfa getmişdir. Bir müddət sonra Talehlə Şəfa ona məxsus olan kafeyə gələrək yalvararaq ondan borca pul istəmişdir. Şəfanın yalvarmasına ürəyi dözmədyi üçün borc istədiyi 6000 (altı min) manatı Taleh ona zəng vurandan sonra Şəfanın borca istədiyi pulu ona vermişdir. Pulu borca verən zaman Şəfaya video çəkiliş etməyini də bildirmişdir. Həmin çəkilişi məhkəməyə təqdim edəcəkdir. Video çəkilişdə Şəfa borca aldığı pulu 5-6 aya qaytaracağını bildirmişdir. Şəfa borca aldığı 6000 (altı min) manat puldan 2150 (iki min yüz əlli) manatını qaytarıb, lakin 6000 (altı min) manat borca aldığı puldan qalan 3850 (üç min səkkiz yüz əlli) manatı hələ də qaytarmamışdır. O, bu günə qədər cavabdehə verdiyi borc pulu dəfələrlə istəsə də, o, könüllü olaraq aldığı 6000 (altı min) manat borca aldığı puldan qalan 3850 (üç min səkkiz yüz əlli) manatı borcu qaytarmaq istəməmişdir. Hər dəfə də onu aldatmışdır. Dəfələrlə cavabdehlə telefonda danışaraq pulu istəmişdir. Həmin telefon danışıqlarında cavabdehin ona borclu olduğunu sübut edən faktları var məhkəməyə təqdim edəcəkdir. Sonra o, Azərbaycan Respubilkasının Gəncə Hərbi Prokurorluğuna ərizə ilə müracət etmişdir. Daxil olan məktubları məhkəməyə təqdim edəcəkdir. İndi istəyir ki, cavabdeh ondan borca aldığı 6000 (altı min) manatdan qalan 3850 (üç mi səkkiz yüz əlli) manatı məhkəmə qaydasında qaytarsın. Cavabdeh aldatma yolu ilə onun pulunu qaytarmaq istəmir, onun pulunu mənimsəmiş və beləliklə dələduzluq etmişdir. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı 385N manat qalıq borc olduğunu qeyd edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonu Cəmilli kəndində anadan olmuşdur və həmin ünvanda qeydiyyatdadır. AA seriyalı 012043 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. xx.xx.2025-ci il tarixli Cavabdeh verdiyi izahatdan görünür ki, İddiaçı 300N manat borc aldığını, İddiaçı təkidi ilə həmin videonun çəkildiyini, şəxsiyyət vəsiqəsinin və əməkhaqqı kartının İddiaçı olduğunu qeyd etmişdir. xx.xx.2025-ci il tarixli İddiaçı verdiyi izahatdan görünür ki, Cavabdeh ondan 600N manat pul aldığını, həmin puldan 160N manat qaytardığını, qalan 440N manatı qaytarmadığını, onunla Taleh Abbasov vasitəsilə tanış olduğunu, pulu Cavabdeh verən zaman ondan nə əmək haqqı kartını nə də şəxsiyyət vəsiqəsini götürmədiyini və Cavabdeh şikayətçi olduğunu qeyd etmişdir. xx.xx.2025-ci il tarixli X2 verdiyi izahatdan görünür ki, 2023-cü ilin əvvəlindən İddiaçı tanıdığını, Cavabdeh ilə bağlı görüşdüyünü, Cavabdeh 600N manat pul tələb etmədini və almadığını, Cavabdeh video görüntüdə onunla bağlı dediklərinin əsassız olduğunu, video görüntüdə danışanın Cavabdeh olduğunu, sözügedən videoda onun barəsində deyilənlərin yalan olduğunu qeyd etmişdir. xx.xx.2025-ci il tarixli X1 verdiyi izahatdan görünür ki, İddiaçı 2021-ci ilin əvvəlindən tanıdığını, İddiaçı sələmə 340N manat pul götürdüyünü, pulu götürən zaman vəsiqəsini, əməkhaqqı kartını İddiaçı qaldığını, hər maaş köçürülən zaman İddiaçı köçən maaşdan pulun faizini götürüb qalanını ona qaytardığını, Cavabdeh İddiaçı 300N manat pul götürdüyünü pulu götürən zaman Cavabdeh şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartının İddiaçı qaldığını, video görüntüdə olan şəxsin Cavabdeh olduğunu, Cavabdeh borc götürdüyü pulun ailəsi bağlı olduğunu qeyd etmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Müdafiə Nazirliyinin N saylı hissəsinin hərbi qulluqçusu, baş gizir Cavabdeh hansısa əsgəri döyməsi və məsələni həll etməsi müqabilində vətəndaş İddiaçı 600N manat pul alaraq həmin hərbi hissənin hərbi qulluqçusu, kapitan X3 verməsi xüsusatları öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilməsi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş gizir Cavabdeh vətəndaş İddiaçı borc alması faktı üzrə əməlində cinayət tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikası CPM- nin 39.1.2-ci maddəsinə əsasən, barəsində cinayət işinin başlanması rədd edilməsi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları, leytenant X4 və baş gizir Cavabdeh sələmə pul verərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı barəsində araşdırma aparılması zərurəti yarandığından 07c-25 nömrəli ilkin yoxlama materialından materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. İş materiallarına DVD-disk əlavə olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Sübut olunur ki, iş materiallarında olan Cavabdeh cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 fevral 2025-ci il tarixli qərara və iş materiallarında olan DVD diskə əsasən onun İddiaçı 385N manat məbləğində borcu yaranmışdır. MPM 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Qanun. 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İddiaçı məcburi köçkün olduğundan həmin kateqoriyaya daxil olan şəxsdir. Mülki iş üzrə ödənilməmiş 58.5N manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə ödənilməmiş 58.5N manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar