Məhkəmə qərarları › İş №2(021)-4066/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4066/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4066/2022 23.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə Cavabdehndən 30000 manat məbləğində pul alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı cavabdeh orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. İddiaçının iddiasında qeyd etdiyi maddi və mənəvi ziyanın əvəzinin tutulması tələbi üzrə cavabdeh orqana müraciət etməsi, müraciətinə baxılması və ya məsələnin həllindən imtina olunması barədə sənəd iddia ərizəsində müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *5*.*-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd edir ki, inzibati orqanın hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması, yalnız maraqlı şəxslərin əvvəlcədən bununla bağlı inzibati orqana müraciətindən imtina olunduğu halda mümkündür. MPM-nin *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in *52-*53-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar