Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-407/2022 25.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Əlizadə Aqil Vidadi oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Vidadi oğlundan onun etibarından sui-istifadə edərək mənimsədiyi 4675 manat pulun, 68 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh Bərdə rayonu, Divanlı kənd sakini əvvəldən tanıdığı Əlizadə Aqil Vidadi oğlu “OCOS” şirkətinin Bərdə üzrə səahiyyətli nümayəndəsi işlədiyi üçün ona həmin şirkətə yatırım edərək qısa zamanda normal məbləğdə gəlir əldə edə biləcəyini, həmin şirkətdən cox adamın faydalandığını bildirmişdir. O, da Aqilin özünü və ailə üzvülərini yaxşı tanıdığından , uzun illər get-gəl etdikləri üçün Aqilə inanaraq həmin şirkət barədə maraqlanmışdır. Aqil ona demişdir ki, 5000 manat civarında yatırım etsə qısa zamanda çox keçməz ki, pulunu artıqlaması ilə qaytaracaqdır. Beləliklə 03 yanvar 2021-ci il tarixdə Aqilə etibar etdiyindən ona manat-manat yığdığı 4700 manat pulu vermiş, o, isə 25 manat qaytararaq 4675 manat onun adına yatırım edəcəyini bildirmişdir. Pulun nə zaman, haraya və hansı məbləğdə yatırım etməsi barədə ona heç bir rəsmi sənəd verməmişdir. Ümumiyyətlə o, bu günə kimi həmin pulun təyinatı üzrə ödənlib ödənilməmsini bilmir, daha sonra yatırım ilə maraqlananda isə Aqil ona bildirmişdir ki, yatırım etdiyi şəxsi hüquq mühafizə orqanları saxlamışdır, o tutulubsa pullar batmışdır. Aqilin onun etibarından su istifadə etməsi aralarında olan mehriban münasibətlərinə əhəmiyyətli dərəcədə təsir etmişdir. O, Aqilə “pulu sənə vermişəm, sən də pulumu qaytar” dedikdə Aqil pulları Bakı şəhərindən tutulan şəxsə verdiyini bildirib, pulunun olmamasını demişdir. O, dəfələrlə Aqildən pulunu tələb etsə də heç bir nəticəsi olmamışdır. Ümumiyyətlə o, Bakı şəhərində tutulan şəxsi tanımır, heç onu tanımağına da ehtiyacı yoxdur, o, Aqildən öz xətti ilə yazılmış qəbz almışdır. Həmin qəbzdə Aqil ondan 4675 manatı yatırım etmək məqsədi ilə aldığını etiraf etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin 27 dekabr 2021-ci il tarixə təyin edilmiş hazırlıq iclasında Cavabdeh oğlu İddiaçı pulu aldığını etiraf etmiş, həmin pulun borc kimi deyil, yatırım etmək məqsədilə aldığını bildirmişdir. Mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Teyyub qızı 15 iyu 1976-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7232 nömrəli, 01 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Yusfova Gülarə Teyyub qızı Bərdə şəhəri, H.Əliyev prospekti 4/50 –cli evdə yaşayır . Mülki işə əlavə edilmiş qəbzdən qeyd olunmuşdur: “ Mən Cavabdeh Vidadi oğlu 03 noyabr 2021-ci lldə 46756 manat Yusifova Gülarə Teyyub qızından yatırım etməkle alıb Xəyal Yəhyayevə verdim”. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericiliklə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan müddəalara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib olunmuş və legitimliyi mübahisələndirilməyən razılaşmaya və cavabdehin izahatına əsasən iddiaçı tərəfindən mübahisələndirilən məbləğ cavabdehə verilmiş və cavabdeh də üzərinə götürdüyü “gəlir qazanmaq”la bağlı öhdəliyini icra etməmiş, əksinə olaraq pulun qaytarılmasının mümkünsüzlüyünü bildirmişdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. İddiaçı xidmət haqqı ilə bağlı iddia tələbindəki dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Vidadi oğlundan 4675 (dörd min altı yüz yetmiş beş manat) manat və 68 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-407/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-407/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver