Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4089/2022 24.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi ilə, Kreditor “Azəriqaz” İstahsalat Birliyinin vermiş olduğu ərizə və ərizəyə əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditоr “Azəriqaz” İstehsalat Birliyi ərizə ilə məhkəməyə mürаciət edərək X1 1399,90 manat borcunun **********03090 saylı koduna və ödənilmiş 30 manat dövlət rüsumunun isə cavabdehdən tutularaq “Azəriqaz” İB-nin Tərtər Şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) köçürülməsi barədə məhkəmə əmri çıxarılmаsını xаhiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə əmrinin verilməsindən imtina edillir. Məhkəmə hesab edir ki, ərizəçı “Azəriqaz” İstehsalat Birliyinin tələb etdiyi borc məbləği borclunun istehlak etdiyi qaz sərfiyyatı ilə əlaqədar olduğundan və tərəflər arasında tələb etmə haqqında mübahisə yaratdığından məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. MPM-in 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. MPM-in 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa bu hal imtina üçün əsaslardan biridir. MPM-in 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. MPM-in 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 278-279, 263, 264-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Kreditor “Azəriqaz” İstahsalat Birliyinin borclu X2 barəsində məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina olunsun və ərizə əlavə olunmuş sənədlərlə birlikdə kreditora geri qaytarılsın. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-4089/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4089/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver