Məhkəmə qərarları › İş №2(021)-409/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-409/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-409/2021 17.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 4000 manat və gecikdirildiyi 5 ay üçün ayda 300 manat olmaqla 1500 manat, cəmi 5500 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. 26.03.2020-ci il tarixdə Cavabdeh onun yanına gələrək pula ehtiyacı olduğunu deyərək ona 4000 manat pul lazım olduğunu bildirmişdir. Cavabdeh pulu iki ay müddətində qaytaracağına söz vermişdir. Borcunu vaxtında ödəyə bilməyəcəyi halda borcundan əlavə hər ay 300 manat ödəyəcəyinə söz vermişdir. O da, cavabdehə inanıb ona 4000 manat pulu borc olaraq vermişdir. Lakin iki ay keçdikdən sonra cavabdeh nə ona verdiyi 4000 manatı qaytarmış, nə də ki, vəd etdiyi hər ay ödəməli olduğu 300 manat pulu. Bu barədə cavabdeh ona yazılı qəbz təqdim etmişdir. Lakin cavabdeh aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır. Dəfələrlə cavabdehə sifariş göndərsə də, zənglər etsə də heç bir nəticəsi olmamışdır. O da məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Bərdə Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/279 saylı 13.04.2021-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş, mülki işin 27-ci vərəqəsində milə-mil dəftər vərəqi üzərində Cavabdeh adından olan “Cavabdeh” sözləri ilə başlayıb, “050-763.63.90” sözləri ilə bitən yazılar və “imza” sözünün qarşısında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, ona pul lazım olduğundan bir nəfərdən pul istəmiş, həmin şəxs İddiaçı pul olduğunu bildirmişdir. İddiaçı yanına gedərək ondan sələmə pul götürmüşdür. Bu barədə İddiaçı qəbz yazıb vermişdir. Özünə məxsus əmək haqqı kartını İddiaçı vermiş, sonuncu kartından 600 manat pul çıxarmış, lakin həmin məbləğ borc məbləğindən çıxılmamışdır. Daha sonra ərizə verərək kartı bağlatmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi kartla bağlı qəbzi özü yazmışdır. 1 ildən çox müddət ərzində iddiaçıya pul ödəmişdir. İddiaçıya heç bir borcunun qalmadığını qeyd edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 mart 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, Cavabdeh Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır, hal-hazırda N saylı hərbi hissədə işləyir. Pula ehtiyacı olduğundan Ağcabədi rayonu H.Əliyev prospekti ev 145-də yaşayan İddiaçı Əbdüləli qızından 4000 manat borc pul götürmüşdür, həmin pulu iki ay müddətində qaytaracaq. Məhkəmə iclasında müəyyən etilmişdir ki, Cavabdeh 26 mart 2020-ci ildə iddiaçıdan 4000 manat borc pul almış, bu barədə iddiaçıya borc sənədi yazaraq vermişdir. Cavabdeh borcunu iki aya qaytaracağına söz versə də qaytarmamışdır. Cavabdeh borc sənədində olan imzanın ona məxsus olmadığını qeyd etsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/279 saylı 13.04.2021-ci il tarixli məhkəməxətşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, mülki işin 27-ci vərəqəsində miləmil dəftər vərəqi üzərində Cavabdeh adından olan “Cavabdeh” sözləri ilə başlayıb, “050- 763.63.90” sözləri ilə bitən yazılar və “imza” sözünün qarşısında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur. Cavabdeh iddiaçıya olan 4000 manat borcunu iddiaçıya ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında əmək haqqı kartını iddiaçıya verdiyini və sonuncunun əmək haqqı kartından 600 manat pul çıxararaq götürdüyünü, həmin məbləğlərin borc məbləğindən çıxılmadığını göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh qeyd olunan izahatla bağlı məhkəməyə sübut təqdim edə bilməmiş, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi qəbzdən isə məlum olmuşdur ki, Cavabdeh özünə məxsus olan əmək haqqı kartını İddiaçı vermiş, sonuncu əməkhaqqı kartından çıxardığı pulu bütöv şəkildə cavabdehə qaytarmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 4000 manat məbləğində pulu İddiaçı qaytarmaması sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 4000 manat məbləğində pulu İddiaçı ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən Cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. İddia tələbinin cavabdehin gecikdirildiyi 5 ay üçün ayda 300 manat olmaqla 1500 manat pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında qeyd olunan tələblə bağlı heç bir yazılı müqavilə mövcud olmadığından, cavabdeh iddiaçıya verdiyi qəbzdə ondan 4000 manat pul aldığını bildirdiyindən və gecikdirdiyi hər ay üçün 300 manat ödəmək barədə üzərinə hər hansı öhdəlik götürmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 13 aprel 2021-ci il tarixli 4/279 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri 122 (bir yüz iyirmi iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 122 (bir yüz iyirmi iki) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri 122 (bir yüz iyirmi iki) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar