Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-412/2021 01.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. 26.03.2020-ci il tarixdə Cavabdeh onun yanına gələrək pula ehtiyacı olduğunu deyərək, ona 5000 manat pul lazım olduğunu bildirmişdir. Cavabdeh pulu iki ay müddətində qaytaracağına söz vermişdir. O da, cavabdehə inanıb ona 5000 manat pulu borc olaraq vermişdir. Bu barədə cavabdeh ona yazılı qəbz təqdim etmişdir. Lakin cavabdeh aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır. Dəfələrlə cavabdehə sifariş göndərsə də, zənglər etsə də heç bir nəticəsi olmamışdır. O da məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, cavabdehin əmək haqqı kartı onda olmuş, kartdan iki ay pul çıxarmış, daha sonra kartın müddəti bitdiyindən cavabdehə qaytarmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 2019-cu ildə iddiaçıdan 1600 manat borca pul götürmüşdür. Borcunu hissə-hissə qaytaracağına söz vermiş, bir müddət borcunu vaxtı-vaxtında ödəmişdir. Lakin sonradan maddi vəziyyəti ilə əlaqədar olaraq borcunu ödəyə bilməmişdir. İddiaçıya borclu olması barədə qəbzlər yazaraq vermişdir. Pula ehtiyacı olduğundan iddiaçıya qəbzi verərkən dediyi məbləği yazmışdır. Qəbzi o cür yazmağa onu heç kim məcbur etməmişdir. Əmək haqqı kartı iddiaçıda olmuş, sonuncu kartından pulunu götürmüşdür. Onun iddiaçıya borcunun qalmadığını qeyd edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərmişdir ki, 5 ildir ki, Cavabdeh ilə bir yerdə işləyir. Cavabdeh İddiaçı sələmə pul götürmüşdür. Lakin nə vaxt, hansı məbləğdə və nə qədər pul götürməsindən məlumatı yoxdur. Cavabdeh dəfələrlə İddiaçı 180 manat pul ödəmişdir. Özü də İddiaçı sələmə pul götürmüş, sonuncu barəsində Ağdam Rayon Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh İddiaçı pulu onun yanında götürməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, Cavabdeh İddiaçı sələmə pul götürmüşdür. Cavabdeh İddiaçı təxminən 2000 manat pul götürmüşdür. X10 pulu onun yanında almamışdır. Özü də Adilədən sələmə pul götürmüşdür. Rəşad Adilədən pul alanda, verəndə iştirak etməmişdir. Adilə Rəşadın kartından pul çıxarmış, daha sonra kartı Rəşada qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir ki, Cavabdeh ona 200 manat borcu olmuşdur. Təxminən 2 il əvvəl yay ayında Cavabdeh Adilənin yaşadığı evə aparmış, özü qapıda gözləmiş, Cavabdeh Adilənin yaşadığı evə getmiş, az sonra qayıdaraq maşına əyləşmiş və ona borclu olduğu 200 manat borcunu verərək Adilədən 1600 manat borc pul aldığını demişdir. İş materiallarında olan 10 avqust 2019-cu il tarixli qəbzdən müəyyən olunur ki, Qafarov X3 rayonu H.Əliyev prospekti ev 145-də yaşayan İddiaçı Əbdüləli qızından 5000 manat borc pul götürmüşdür, həmin pulu iki ay müddətində qaytaracaq. Məhkəmədə Cavabdeh İddiaçı ilə aralarında olan telefon danışığının səs yazısı olduğunu bildirmiş və məhkəmə iclasında həmin səs yazısı dinlənilmişdir. İddiaçı səsin ona məxsus olduğunu və Cavabdehla bu barədə telefonla danışdığını etiraf edərək bunu mübahisələndirməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi telefonda olan səs yazısında İddiaçı Cavabdeh ona 3600 manat borcu olduğunu bildirir. Məhkəmə iclasında müəyyən etilmişdir ki, Cavabdeh 2019-cu ildə iddiaçıdan 5000 manat borc pul almış, bu barədə iddiaçıya borc sənədi yazaraq vermişdir. Cavabdeh borcunu iki aya qaytaracağına söz versə də borcundan cəmi 1400 manat ödəmiş, 3600 manat borcunu qaytarmamışdır. İddiaçı iddia ərizəsində cavabdehdən 5000 manat pul tələb etsə də məhkəmə iclasında səs yazısına qulaq asılarkən müəyyən edilmişdir ki, iddiaçı səs yazısında cavabdehin ona 3600 manat borcunun qaldığını bildirmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehə məxsus əmək haqqı kartının iki ay onda olduğunu və daha sonra kartın müddəti bitdiyindən kartı cavabdehə qaytardığını bildirmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər cavabdehin iddiaçıdan nə vaxt və hansı məbləğdə pul aldığını görmədiklərini bildirmiş, şahidlərin ifadələri bir-birinə ziddiyyətli olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş şahidlərin ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə cavabdehin iddiaçıya 3600 manat borcunun olması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçıya olan 3600 manat borcunu iddiaçıya ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 3600 manat məbləğində pulu İddiaçı qaytarmaması sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 3600 manat məbləğində pulu İddiaçı ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən Cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 3600 manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən Cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq 20 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-412/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-412/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver