Məhkəmə qərarları › İş №2(021)-412/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-412/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-412/2025 02.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul, nisyə alqı-satqı, borcun qaytarılması. Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 8.865 (səkkiz min səkkiz yüz altmış beş) manat və iddia qaldırmaq üçün ödədiym 110 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdehler Cavabdeh1 Fəsih oğlu və Cavabdeh2 əvvəllər tanımışdır. Belə ki, 2022-ci ildə də onlara nisyə arpa satmışdır və pulunu razılaşdıqları kimi sonradan vermişdirlər. 2023-cü ilin iyun ayında cavabdehlər ondan yenidən arpa məhsulunu nisyə almaq istəyərkən onlara etibar etdiyindən razılaşmış və xx.xx.2023-cü ildə 20 ton 380 kiloqram arpanı - kiloqramını 43,5 qəpikdən onlara nisyə satmışdır. Bundan sonra bu barədə aralarında akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, cavabdehlər Cavabdeh1 Fəsih oğlu və X5 pulunu 2024-cü ilin may ayında ödəmək şərtilə ondan 20 ton 380 kiloqram arpanı kiloqramını 43,5 qəpikdən nisyə almaları barədə razılığa gəlmişdirlər. 2024-cü ilin may ayında cavabdehlərdən pulunmu tələb etdikdə, onlar hər dəfə müxtəlif bəhanələrlə nisyə satdığı arpa məhsulunun dəyərini təşkil edən 8.865 manat pulunu qaytarmaqdan yayınmışdırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-412/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Cavabdeh1 məhkəməyə ərizə verərək Bərdə Rayon Məhkəməsinin 2(021)-412/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-412/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair Bərdə Rayon Məhkəməsinin 2(021)-412/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AA******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 20 ton 380 kiloqram arpanı 43,50 manatdan aldığını, pulunu isə 2024-cü il may ayınadək ödəyəcəyini qeyd etmişdir. Cavabdeh2 zamin durduğunu qeyd edərək həmin qəbzi imza etmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 109 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin iclasında ifadə verən Şahid bildirmişdir ki, o, iddiaçı ilə dayı oğlu bibi oğludur. Şövkət Fəseh və onun oğlu Cəfərə verdiyi 20 ton 380 kq arpanın pulunu ala bimir. 1 kq arpanın qiyməti 43.5 qəpik razılaşdırılmışdır. Cəfəri tanıyır. İddiaçı tərəfindən cavabdehə verilən arpanın rəsmləşdirməsini özü aparmışdır. Cəfər arpanın pulunu may ayında verməli idi, lakin indiyə qədər pulu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh1 20 ton 380 kiloqram arpanı 43,50 manatdan nisyə olaraq satmışdır. Cavabdeh1 borcunu 2024-cü ilin may ayınadək ödəyəcəyinə dair öhdəlik götürsə də bu günə kimi borcunu ödəməmişdir. Cavabdeh2 isə həmin öhdəliyin yerinə yetirilməsinə zamin durmuşdur. Cavabdehlər yenə də məhkəmə iclasında yenə də iştirak etməmiş və iddia ərizəsinə qarşı öz etiraz və mülahizələrini göndərməmişdirlər. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdehlər tərəfindən yazılmış qəbz nəzərə alınmaqla iddia tələbi təmin olunmalı, 8865 manat (20 ton 380 kiloqram x 43,50 manat) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənimiş 109 (yüz doqquz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 qarşı “pul” tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8865 (səkkiz min səkkiz yüz altmış beş) manat alınaraq İddiaçı verilsin. İş üzrə ödənilməmiş 109 (yüz doqquz) manat məbləğində dövlət rüsumu cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar