Məhkəmə qərarları › İş №2(021)-415/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-415/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-415/2023 19.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyanın əvəzi olaraq 1500 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1 ünvanında fərdi yaşayış evi var. Qeyd etdiyi fərdi yaşayış evinin üstü yararsız olduğundan usta çağırıb onu təmir etmək qərarına gəlmişdir. Usta olaraq isə hazırki iş üzrə Cavabdeh tapmışdır. 2019-cu il tarixdə Cavabdeh onun evinə gələrək evin üstünü şiferi vurmağa başlamışdır. Bir neçə gün çəkmiş olan ustalıq işi yekunlaşmışdır. Aradan bir müddət keçdikdən sonra Cavabdeh etmiş olduğu evin şiferi yararsız hala düşməyə başlamışdır. Evin üstünü necə vurmuşdursa yağan yağışlar nəticəsində evin damından su axıb evi məhv etməyə doğru getdi. Evin alçipanı axan suyun əks təsiri ilə artıq məhv olub. Evdə bir müddətdən sonra nəmişlik iyindən dayanmaq qeyri-mümkündür. Cavabdehin evin şiferinin düzgün vurmadığı üçün etmiş olduğu hərəkət nəticəsində onun mənzilinə ümumilikdə 1500 manat ziyan dəymişdir. Cavabdehə ona dəymiş olan ziyanı ödəməsini dedikdə isə verməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh maddi ziyanın əvəzi olaraq 2476 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasına hərbidə olması ilə bağlı gələ bilməyəcəyini qeyd edərək, məhkəmənin onun iştrakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o evin damını vurandan sonra Nicatın narazılığını nəzərə alaraq ona bildirmişdir ki, yenidən təmir etməyə razıdır, lakin Nicat razı olmamışdır. Hesab edir ki, tələb olunan məbləğ yüksəkdir. İşdə iştirak edən şəxslərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1289 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 rayon Gərənə kəndində yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1559 saylı Ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən fərdi yaşayış evinin damında görülmüş işlərin (metal şiferlərin bəzi yerlərdə üst- üstə vurulması və aralı şəkildə vurulması) qüsurula aparıldığından Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015- ci il tarixli 02No-li qərarı ile tesdiq edilmiş, "Dam Örtükləri Layihələndirmə Normalari"nın tələblərinə uyğun olmadığı müəyyən edilir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Bərdə rayonu, Gərənə kəndində yerləşən fərdi yaşayış evininin dam örtüyündə təmir- tikinti işləri aparılan zaman yaranmış qüsurların (metal şiferlərin bəzi yerlərdə üst-üstə vurulması və aralı şəkildə) aradan qaldırılması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 2462,0 manat məbləğində vəsait tələb olunduğu müəyyən edilir. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən fərdi yaşayış evinin damında görülmüş işlər qüsurla aparıldığından Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015- ci il tarixli 02No-li qərarı ile təsdiq edilmiş, "Dam Örtükləri Layihələndirmə Normalari"nın tələblərinə uyğun olmamışdır. Nəticədə İddiaçı maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən,podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1559 saylı Ekspert rəyi nəzərə alınmaqla, iddia tələbi qismən təmin olunaraq Cavabdeh 2462 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 35 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2462 (iki min dörd yüz altmış iki) manat alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Məhkəmə Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar