Məhkəmə qərarları › İş №2(021)-4161/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4161/2025

11.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4161/2025 11.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏTNAMƏ Açar sözlər: pul, borc tələbi Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7285.70 (yeddi min iki yüz səksən beş manat, yetmiş qəpik) manat pulu və dövlət rüsumu olaraq ödədiyi 93 manat pulun alınıb İddiaçınə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-də satış üzrə menecer vəzifəsində işləyərkən həmin cəmiyyətlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə, həmçinin cəmiyyətin baş direktoru X5 ilə xx.xx.2020-ci il tarixdə bağladığı tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə əsasən cəmiyyətə məxsus qənnadı məhsulları ona həvalə edilmiş ərazidə fəaliyyət göstərən ticarət subyektlərinə paylamaqla, satışını həyata keçirmək, həmin malların satışından əldə olunmuş pul vəsaitini cəmiyyətin xəzinəsinə mədaxil etmək, müxtəlif səbəblərdən satışdan qayıdan malları, yəni vaxtı keçmiş və istifadəyə yararsız olan məhsulları aşkar etdiyi təqdirdə bununla bağlı cəmiyyətin nümayəndələrinə məlumat vermək və sair bu kimi səlahiyyətlərə malik məsul şəxs olmaqla ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək talama məqsədilə rəsmi sənədlər yəni qaimə fakturalar əsasında satılmış malın və nağd yığılmış pulun aktları əsasında cəmiyyətin xəzinəsinə nağd qaydada, 47.414,61 (qırx yeddi min dörd yüz on dörd manat altmış bir qəpik) manatını cəmiyyətin Bank hesabına istintaqla müəyyən edilməsi mümkün olmayan terminallar vasitəsilə köçürməklə ödəmiş, 640,13 (altı yüz qırx manat on üç qəpik) manat dəyərində məhsulu geri qaytarmış, 16.093.65 (on altı min doxsan üç manat altmış beş qəpik) manat dəyərində istehlak müddəti bitmiş məhsulu cəmiyyətin anbarına təhvil vermiş, təhvil-təslim zamanı hesabında 23.315,53 (iyirmi üç min üç yüz on beş manat əlli üç qəpik) manat dəyərində məhsul olduğu aşkar edilərək hesabından silinmiş, lakin məhsul satışından əldə etdiyi 14.285.70 (on dörd min iki yüz səksən beş manat yetmiş qəpik) manat məbləğində pul vəsaitini cəmiyyətin xəzinəsinə mədaxil etmǝyǝrǝk özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar edilmiş xeyli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Bununla da təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 ve 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayet Kollegiyasının iş 1(107)-442/2024 Noli xx.xx.2024-cü il tarixli qərarına əsasən zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Mingəçevir şəhər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 1 (051)-40/2024 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2025-ci il tarixli 1(102)-890/2025 saylı qərarına əsasən-Kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli qərarı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə Cavabdeh tərəfindən "xxxx" MMC-nǝ 14.285.70 (on dörd min iki yüz səksən beş manat yetmiş qəpik) manat məbləğində maddi ziyan vurmuşdur və həmin ziyandan 7000 (yeddi min) manat məbləğində pulu ödəmişdir. Tərəflərindən qalan məbləğlə bağlı cinayət mühakimə icraaatı zamanı mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən Cavabdeh tərəfindən "xxxx" MMC- nə 7285.70 (yeddi min iki yüz səksən beş manat 70 qəpik) manat dəyərində vurduğu ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. İİ. Tərəflərin mövqeləri: İddiaçı nümayəndəsi X6 məhkəməyə ərizə göndərərək, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz ərizəsi verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Cavabdeh etiraz ərizəsini belə əsaslamndırmışdır ki, o, İddiaçı MMC-nin ona qarşı qaldırdığı maddi ziyanın ödənilməsi tələbi üzrə iddia ərizəsi ilə razı deyil və aşağıdakı əsaslara görə iddianın əsassız hesab edilərək rədd edilməsini xahiş edir. Belə ki, iddia edilən borcun xarakteri və yaranma səbəbi İddia ərizəsində göstərilən məbləğlərin onun tərəfindən mənimsənilməsi iddiası həqiqətə uyğun deyil. Bu məbləğlər faktiki olaraq firma ilə müxtəlif satış nöqtələri (mağazalar) arasında bağlanmış alqı-satqı və komissiya tipli müqavilələrdən irəli gələn hesablaşma fərqləri və faiz borclarıdır. Onun vəzifəsi yalnız satış məntəqələrinə sifarişləri terminal vasitəsi ilə sisdemə daxil etmək və ödənişlərin bank yolu ilə həyata keçirilməsini izləmək olub. Bütün pullar iki üsulla AzRoşhen MMC-nin xəzinəsinə köcürlə bilərdi. 18% ƏDV li olan Mağazalar bütün pul dövriyyəsi birbaşa bank köçürmələri vasitəsilə İddiaçı MMC-nin hesabına edilirdi. 2% sadələşmiş mağazalar bütün pul dövriyyəsi birbaşa Milliön terminal vasitəsilə mağaza sahibinin VÖEN kodu əsasında İddiaçı MMC-nin hesabına edilirdi. Bu səbəbdən, onun həmin məbləğlərə əl çatdırmaq və ya mənimsəmək imkanı mövcud olmayıb. Mağazalar üzrə faiz pulları və vitrin haqları İddiaçının göstərdiyi “borclar”ın böyük hissəsi əslində firma ilə mağazalar arasında imzalanmış müqavilələrə əsasən yaranan faiz və vitrin xərcləridir. Məsələn: “Sizin Market” (Beyləqan, Sadıqov Yusif) və “Beyləqan Market (Asim) mağazaları ilə bağlanmış müqavilələrdə göstərilib ki, mallar satıldıqdan sonra mağaza ödənişi yalnız bank yolu ilə həyata keçirməlidir və müqavilə şərtlərinə əsasən aylıq faiz ödənişləri (1000 manata 2%, 3000 manata 5%, 5000 və yuxarı məbləğlər üçün 6%) hesablanır. Mağazalar aylıq ödəniş etdikdə, firma tərəfindən onlara ödənilməli olan faizləri ümumi məbləğdən çıxaraq, yalnız qalan məbləği firmaya köçürürdülər. Buna görə firmada qalıq borc kimi görünən fərqlər yaranırdı, amma bu fərqlər əslində mağaza-firma hesablamasından irəli gəlirdi və onun şəxsi borcu deyildi. Geri qaytarmalar zamanı yaranan qiymət fərqləri Firma ilə mağazalar arasında bağlanmış müqavilələrə əsasən, satış müddəti bitmiş və ya geri qaytarılmış malları İddiaçı MMC geri almağa borclu idi. Lakin bu geri almanı malların ilkin satış qiymətindən aşağı dəyərlə həyata keçirirdi. Məsələn, mağazaya 10 manata satılan mal geri qaytarıldıqda, firma onu 7–8 manata qəbul edirdi. Bu fərq nəticəsində firma ilə mağaza arasında mühasibat fərqi yaranırdı və firma həmin fərqi əsassız olaraq mənim üzərimə “israfetmə” kimi yazırdı. Əlimdə olan fakturalar və qaytarma sənədləri göstərir ki, bu fərqlər firma siyasətindən doğub və onun heç bir maddi məsuliyyəti yoxdur. Mingəçevir Məhkəməsində aparılmış əvvəlki işin nəticələri eyni məsələ ilə bağlı Mingəçevir Şəhər Məhkəməsində onun barəsində “mənimsəmə” və “israfetmə” maddələri ilə cinayət işi açılmışdı. Araşdırmalar zamanı müəyyən edilmişdir ki: O, yalnız öz əmək haqqı olan 6000 manatı götürmüş və məhkəmə prosesində bu məbləği şirkətə geri ödəmişdir. 10.000 manatlıq “israfetmə” məbləği üzrə isə məhkəmə müəyyən etmişdir ki, bu fərq firmanın məsuliyyətsiz və qeyri-dəqiq satış siyasətindən yaranmışdır; Nəticədə, Mingəçevir Məhkəməsinin qərarı ilə həmin 10.000 manatlıq “borc” onun üzərindən silinmişdir. Bu fakt onun bu iş üzrə də məsuliyyət daşımadığını sübut edən mühüm hüquqi əsasdır. Saxta aktlar və ekspertiza nəticəsi İddiaçı şirkət hazırkı iş üzrə də onun guya borclu olduğunu sübut etmək üçün aktlar təqdim etmişdir. Həmin aktlarda onun imzam saxtalaşdırılmışdır. O, bu aktlarla prokurorluqda aparılan istintaq zamanı tanış olmuş və imzaların ona məxsus olmadığını bildirmişdir. Bu səbəbdən sənədlər xəttşünaslıq ekspertizasına göndərilmiş, nəticədə imzaların ona aid olmadığı və aktların saxta olduğu rəsmən təsdiq edilmişdir. Mingəçevir Şəhər Məhkəməsində aparılmış cinayət işinin materiallarından xəttşünaslıq ekspertizasının rəyinin surəti bu işin materiallarına əlavə edilməsini xahiş edir. Bu sənəd, iddiaçının təqdim etdiyi aktların etibarsız və saxta sənədlər olduğunu sübut edir və işin ədalətli araşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13, 1096 və 1097-ci maddələrinə əsasən, şəxs yalnız öz qanunsuz hərəkətləri və ya səhlənkarlığı nəticəsində vurulmuş ziyana görə məsuliyyət daşıyır. Onun tərəfindən belə hərəkətlər sübuta yetirilməmiş, əksinə, əvvəlki məhkəmə araşdırmaları göstərmişdir ki, iddia edilən fərqlər firma–mağaza münasibətlərindən doğan kommersiya fərqləridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 75 və 77ci maddələrinə əsasən, sübutların etibarlılığı və qanuniliyinə məhkəmə qiymət verir. Saxta sənədlərlə təqdim olunan sübutlar hüquqi qüvvəyə malik deyil və işin baxılmasında əsas kimi götürülə bilməz. İddiaçı MMC-nin ona qarşı irəli sürdüyü maddi ziyanın ödənilməsi tələbinin əsassız hesab edilərək rədd edilməsini, xəttşünaslıq ekspertizası rəyinin bu işin materiallarına əlavə edilməsini; Mağaza-firma arasında yaranan faiz, vitrin və geri qaytarma fərqlərinin onun məsuliyyətindən çıxarılmasını, Mingəçevir Məhkəməsinin qətnaməsinin və ekspertiza rəyinin hüquqi qiymətinin nəzərə alınmasını xahiş etmişdir. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Şuşa şəhər Xəlfəli kındində qeydiyyatdadır. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış Əmək Müqaviləsindən görünür ki, Cavabdeh marketinq üzrə menecer vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsi və xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət daşınması barədə Müqavilənin şərtlərindən görünür ki, Cavabdeh Cəmiyyətə məxsus qənnadı məhsulları ona həvalə edilmiş ərazidə fəaliyyət göstərən ticarət subyektlərinə paylamaqla, satışını həyata keçirmək, həmin malların satışından əldə olunmuş pul vəsaitini şirkətin xəzinəsinə mədaxil etmək, müxtəlif səbəblərdən satışdan qayıdan malları, yəni vaxtı keçmiş və istifadəyə yararsız olan məhsulları aşkar etdiyi təqdirdə bununla bağlı şirkət nümayəndələrinə məlumat vermək və bu kimi sair öhdəlikləri vardır. Mingəçevir Şəhər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 1(051)-40/2024 nömrəli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildən etibarən İddiaçı MMC-də satış təmsilçisi vəzifəsində işləyərək Füzuli, Beyləqan və Zərdab rayonlarında fəaliyyət göstərən ticarət nümayəndələrinə qənnadı və şirniyyat məhsullarının satışını həyata keçirməklə 52 nömrəli xətt üzrə fəaliyyət göstərmişdir. Ümumiyyətlə, İddiaçı MMC-də “Agent plus” tətbiqindən istifadə edilir. Həmin tətbiqə əsasən satış təmsilçisi ona ayrılmış ərazi üzrə fəaliyyət göstərən ticarət subyektlərinə gedib məhsul sifarişini qəbul etdikdən sonra şirkət tərəfindən ona verilmiş planşet vasitəsilə sifarişi mərkəzi sistemə ötürür, mərkəzi sistemdə operator həmin sifarişi qəbul edib icrası ilə bağlı müvafiq göstərişi anbara yönəldir, anbar müdiri isə həmin sifarişi toplayıb sürücü vasitəsilə təyinat yerinə göndərir. Həmçinin satış təmsilçisinin satdığı məhsula görə pul vəsaitini əldə etmir. Belə ki, İddiaçı MMC özü birbaşa müştərilərlə alqısatqı müqaviləsi bağlayır. Həmin müqavilənin hüquqi qüvvəsinə görə alınmış məhsullara görə pulun ödənilməsi vəzifəsi müştəriyə həvalə olunur. Həmin pul vəsaitinin ödənilməsi qaydası isə müştəri İddiaçı MMC-nin onlara verilmiş hesab nömrəsinə “Millön” terminal və yaxud digər ödəmə vasitəsilə birbaşa İddiaçı MMC-nin xəzinəsinə ödəyir. Ödənilmiş məbləğ İddiaçı MMC tərəfindən görsənir və ödəniş vaxtında edilmədiyi təqdirdə həmin ticarət subyektinə məhsulun verilməsi prosesi saxlanılır. Həmçinin vəziyyətin belə olduğu halda İddiaçı MMC-nin Bakı ofisində işləyən vəzifəli şəxsləri əməkhaqqı kartlarını “whatsapp” tətbiqi vasitəsilə üzv olduğu İddiaçı işçilərinin birgə istifadə etdiyi “whatsap” qrupuna göndərməklə müştəridən nəzərdə tutulmuş aldığı məhsula görə yaranmış borcunun alıb həmin bank hesablarına göndərilməsini ondan tələb etdiyindən onların qanunsuz tələblərini icra etmişdir. Qeyd edilən proqramın icrası ilə bağlı sənədlərin sistem üzrə çıxarışı və icraya yönəldilməsi vəzifəsi İddiaçı MMC nin bölgə anbarının yerləşdiyi Mingəçevir şəhərində fəaliyyət göstərən filialda operator Ceyhun İsgəndərov tərəfindən həyata keçirilir. Məhsulların ticarət subyektlərinə çatdırılması prosesində qaimə faktura tərtib edilir. Həmin qaimə fakturanın təhvil verdiyi hissəsində sürücü-paylayıcı öz imzası ilə imza etməklə nəzərdə tutulmuş ticarət subyektinə həmin məhsulları təhvil verir. Ticarət subyektinin məsul şəxsi isə məhsulları təhvil aldığını həmin fakturaya imza etməklə qəbul etdiyini təsdiq edir. Daha sonra nəzərdə tutulmuş qaimə fakturanın surətini sifarişi verən satış təmsilçisinə təqdim olunur. Ayın sonunda qeyd olunmuş qaimə fakturalar satış təmsilçisində mövcud olan qaimə fakturalarla üzləşdirilir və üzləşdirilmə zamanı qaimə fakturaların doğruluğu satış təmsilçisinin imzası ilə təsdiq olunur. Həmin fakturalarda qeyd olunmuş imzalar onun tərəfindən icra olunmuşdur. Həmçinin ticarət subyektlərində vaxtı keçmiş məhsullar olduğu zaman ticarət subyektindən daxil olmuş məlumat əsasında o, həmin ticarət subyektinə gedib, həmin məhsulları yerində yoxlayıb məhsulların istifadəyə yararlı olub-olmadığını müəyyən edib bununla bağlı planşet vasitəsilə həmin məhsulların növü və çəkisi barədə məlumatları Bakı şəhərində yerləşən Mərkəzi aparata ötürmüşdür. Ötürülmüş məlumatlar Bakı şəhərində Baş idarədə işləyən baş operator Rəhim Mustafayev tərəfindən analiz edilib Mingəçevir şəhərində yerləşən anbara bu barədə, yəni məhsulun təhvil alınıb və yaxud alınmadığı barədə məlumat verilir. İşlədiyi zaman aşkarladığı vaxtı keçmiş məhsulların anbara təhvil verilməsində İddiaçı MMC-nin vəzifəli şəxsləri qanunsuz və əsassız olaraq təhvil alınmalı olan məhsulu qəbul etməmişlər. Belə ki, İddiaçı MMC-nin müştəriləri olan ticarət subyektlərindən həm 2% sadələşdirilmiş vergi ödəyən, həm də 18% vergi ödəyən müştəriləri vardır. 2% sadələşdirilmiş vergi ödəyən müştərilərin tələbi ilə onlara gedən məhsulların bir qismi 18% vergi ödəyən müştərinin adına qeyd olunur. Belə olduğu zaman həmin 2% sadələşdirilmiş vergi ödəyən satış təmsilçisində yaranmış vaxtı keçmiş məhsullar həmin ticarət subyektindən təhvil alınmır və yaranmış borc pul satış təmsilçisindən tələb olunur. Bununla bağlı yaşadığı evdə saxladığı İddiaçı MMC-yə məxsus vaxtı keçmiş məhsullar vardır. Həmçinin, satış təmsilçisi işdən ayrıldığı zaman onun ərazisində təhvil-təslim edilir ərazidə mövcud olan borc yeni gəlmiş satış təmsilçisinə keçir. Qeyd edilən işin icrası şirkətin auditi Arif Qasımovun iştirakı ilə aparılır. İlin hər rübündə şirkətdə daxili yoxlama həyata keçirilir. X10 şəhərinə gəlib hər il olduğu kimi yoxlama keçirmək niyyətində olduğu halda, onların yanında başqa bir satış təmsilçinin olduğunu görüb artıq ərazinin təhvil-təslim olunduğunu başa düşmüşdür. Beləliklə, onlar əvvəlcə Zərdab rayonunda yerləşən ticarət subyektləri ilə üzləşmə etməyə başlamışlar. Zərdab rayonunda fəaliyyət göstərən ticarət subyektlərində üzləşmə zamanı bir qismin ticarət subyektlərinin sistem üzrə adına qeyd olunmuş pul vəsaitində fərq olduğu müəyyən edilmişdir. Həmin yaranmış fərq üzləşmə zamanı ticarət subyektlərinin sahibləri tərəfindən vaxtı keçmiş məhsulların geri qaytarılması prosesi zamanı baş verdiyi aşkar olunmuşdur. Bundan sonra eyni tərkibdə Füzuli və Beyləqan rayonlarında fəaliyyət göstərən ticarət subyektləri ilə üzləşmə prosesini icra etmişlər. Həmin vaxt yenə ticarət subyektlərinin adına qeyd olunmuş pul vəsaitində fərqlilik olduğu aşkarlanmışdır. Həmin vaxt yaranmış borcun böyük bir qismi vaxtı keçmiş məhsullara görə yaranmış, qalan hissəsi isə hər ay 1000 manat olmaqla onun tərəfindən bölgə müdiri Müşfiq İbrahimovun razılığı ilə ödənilməyən əmək haqqının qarşılığında götürmüşdür. Həmçinin Beyləqan rayonunda fəaliyyət göstərən “Turan” adlı ticarət subyektində qeyd olunmuş 2212.08 manat məbləğində pul vəsaiti əslində geri qaytarılmış məhsula görə yaranmış borcdur. Həmin məhsul qeyd etdiyi ticarət subyektinin rəhbəri X3 tərəfindən birbaşa şirkətin sürücüpaylayıcısına özü təhvil vermişdir. Bundan başqa həmin rayonda Yusif adlı ticarət subyektində qeyd olunmuş 534.40 manat məbləğində borc isə şirkət tərəfindən həmin ticarət subyektinə reklam və ödəniş pulların faizi üçün yaranmış borc məbləğidir. X7 adlı ticarət subyektinin şirkətə real 600 manat məbləğində borcu olmuş, 350 manat məbləğində məhsulu geri qaytarmış qalan 187.25 manat məbləğində pul vəsaitini isə özü götürmüşdür. X1 adına qeyd olunmuş 126 manat məbləğində borc pul isə ondan əvvəl satış təmsilçisi vəzifəsini icra edən satış təmsilçisinin borcu olmuş daha sonra ərazi ona təhvil verilərkən həmin şəxsdən ona keçmişdir. Bundan başqa X4 339 manat məbləğində fərq yaranmış və həmin fərq şirkət tərəfindən ödənilməyən vitrin pulları hesabına yaranmışdır. X8 yaranmış 240 manat məbləğində fərq ticarət subyektinə şirkət tərəfindən ödənilməyən aylıq faiz məbləği hesabına yaranmışdır. Şirkətin qoyduğu qaydalara əsasən hər ticarət subyektində İddiaçı məhsullarının yerləşdiyi vitrinlərin hər birinə birdəfəlik 5 manatdan hesablamaqla pul ödəmişdir. Satdıqları məhsullar qənnadı və şirniyyat olduğuna görə hər dükanda demək olar ki, həmin məhsullar minimum 10 ədəd vitrinə yerləşdirilmişdir. Bundan başqa şirkətin qoyduğu qaydalara əsasən dövriyyə edən ticarət subyektinə reklam məqsədilə ödənilən olmadığını müəyyən edib bununla bağlı planşet vasitəsilə həmin məhsulların növü və çəkisi barədə məlumatları Bakı şəhərində yerləşən Mərkəzi aparata ötürmüşdür. Ötürülmüş məlumatlar Bakı şəhərində Baş idarədə işləyən baş operator Rəhim Mustafayev tərəfindən analiz edilib Mingəçevir şəhərində yerləşən anbara bu barədə, yəni məhsulun təhvil alınıb və yaxud alınmadığı barədə məlumat verilir. İşlədiyi zaman aşkarladığı vaxtı keçmiş məhsulların anbara təhvil verilməsində İddiaçı MMC-nin vəzifəli şəxsləri qanunsuz və əsassız olaraq təhvil alınmalı olan məhsulu qəbul etməmişlər. Belə ki, İddiaçı MMC-nin müştəriləri olan ticarət subyektlərindən həm 2% sadələşdirilmiş vergi ödəyən, həm də 18% vergi ödəyən müştəriləri vardır. 2% sadələşdirilmiş vergi ödəyən müştərilərin tələbi ilə onlara gedən məhsulların bir qismi 18% vergi ödəyən müştərinin adına qeyd olunur. Belə olduğu zaman həmin 2% sadələşdirilmiş vergi ödəyən satış təmsilçisində yaranmış vaxtı keçmiş məhsullar həmin ticarət subyektindən təhvil alınmır və yaranmış borc pul satış təmsilçisindən tələb olunur. Bununla bağlı yaşadığı evdə saxladığı İddiaçı MMC-yə məxsus vaxtı keçmiş məhsullar vardır. Həmçinin, satış təmsilçisi işdən ayrıldığı zaman onun ərazisində təhvil-təslim edilir ərazidə mövcud olan borc yeni gəlmiş satış təmsilçisinə keçir. Qeyd edilən işin icrası şirkətin auditi Arif Qasımovun iştirakı ilə aparılır. İlin hər rübündə şirkətdə daxili yoxlama həyata keçirilir. X10 şəhərinə gəlib hər il olduğu kimi yoxlama keçirmək niyyətində olduğu halda, onların yanında başqa bir satış təmsilçinin olduğunu görüb artıq ərazinin təhvil-təslim olunduğunu başa düşmüşdür. Beləliklə, onlar əvvəlcə Zərdab rayonunda yerləşən ticarət subyektləri ilə üzləşmə etməyə başlamışlar. Zərdab rayonunda fəaliyyət göstərən ticarət subyektlərində üzləşmə zamanı bir qismin ticarət subyektlərinin sistem üzrə adına qeyd olunmuş pul vəsaitində fərq olduğu müəyyən edilmişdir. Həmin yaranmış fərq üzləşmə zamanı ticarət subyektlərinin sahibləri tərəfindən vaxtı keçmiş məhsulların geri qaytarılması prosesi zamanı baş verdiyi aşkar olunmuşdur. Bundan sonra eyni tərkibdə Füzuli və Beyləqan rayonlarında fəaliyyət göstərən ticarət subyektləri ilə üzləşmə prosesini icra etmişlər. Həmin vaxt yenə ticarət subyektlərinin adına qeyd olunmuş pul vəsaitində fərqlilik olduğu aşkarlanmışdır. Həmin vaxt yaranmış borcun böyük bir qismi vaxtı keçmiş məhsullara görə yaranmış, qalan hissəsi isə hər ay 1000 manat olmaqla onun tərəfindən bölgə müdiri Müşfiq İbrahimovun razılığı ilə ödənilməyən əmək haqqının qarşılığında götürmüşdür. Həmçinin Beyləqan rayonunda fəaliyyət göstərən “Turan” adlı ticarət subyektində qeyd olunmuş 2212.08 manat məbləğində pul vəsaiti əslində geri qaytarılmış məhsula görə yaranmış borcdur. Həmin məhsul qeyd etdiyi ticarət subyektinin rəhbəri X3 tərəfindən birbaşa şirkətin sürücü-paylayıcısına özü təhvil vermişdir. Bundan başqa həmin rayonda Yusif adlı ticarət subyektində qeyd olunmuş 534.40 manat məbləğində borc isə şirkət tərəfindən həmin ticarət subyektinə reklam və ödəniş pulların faizi üçün yaranmış borc məbləğidir. X7 adlı ticarət subyektinin şirkətə real 600 manat məbləğində borcu olmuş, 350 manat məbləğində məhsulu geri qaytarmış qalan 187.25 manat məbləğində pul vəsaitini isə özü götürmüşdür. X1 adına qeyd olunmuş 126 manat məbləğində borc pul isə ondan əvvəl satış təmsilçisi vəzifəsini icra edən satış təmsilçisinin borcu olmuş daha sonra ərazi ona təhvil verilərkən həmin şəxsdən ona keçmişdir. Bundan başqa X4 339 manat məbləğində fərq yaranmış və həmin fərq şirkət tərəfindən ödənilməyən vitrin pulları hesabına yaranmışdır. X8 yaranmış 240 manat məbləğində fərq ticarət subyektinə şirkət tərəfindən ödənilməyən aylıq faiz məbləği hesabına yaranmışdır. Şirkətin qoyduğu qaydalara əsasən hər ticarət subyektində İddiaçı məhsullarının yerləşdiyi vitrinlərin hər birinə birdəfəlik 5 manatdan hesablamaqla pul ödəmişdir. Satdıqları məhsullar qənnadı və şirniyyat olduğuna görə hər dükanda demək olar ki, həmin məhsullar minimum 10 ədəd vitrinə yerləşdirilmişdir. Bundan başqa şirkətin qoyduğu qaydalara əsasən dövriyyə edən ticarət subyektinə reklam məqsədilə ödənilən pul vəsaitinin 2-5% həcmində məhsulu alan ticarət subyektinə geri ödəniş etmişdir. İddiaçı MMC öz nöqsanlarını gizlətmək məqsədilə öz səhvləri ucbatından yaranmış borcları onların adına rəsmiləşdirmişdir, habelə qeyd etdiyi ərazidə təhvil-təslim olunduğu zaman faktiki şirkətə borcu olan, lakin işləməyən ticarət subyektlərinin mövcud olan borc məbləği onun üzərinə qeyd olunmuşdur. Ticarət subyektlərindən ümumi məbləği 6000 manat təşkil edən pul vəsaitini öz əməkhaqqını və 3 illik məzuniyyət pulunu tədarük etməkdən ötrü Müşfiq İbrahimovun razılığı ilə götürmüşdür. Bundan başqa bölgə müdiri vəzifəsini icra edən Müşfiq İbrahimov bir sıra qanunsuzluqlar etmişdir. X2 mövcud olan 703.59 manat məbləğində pul vəsaitini müştəridən götürüb Müşfiq İbrahimova təqdim etmişdir. Yoxlama zamanı isə həmin borc məbləği ona hesablanmamış, müştərinin borcu kimi qeyd olunmuş, lakin həmin pul vəsaiti Müşfiq İbrahimovdadır. İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən şirkətə ödəniş birbaşa terminal və ya bank vasitələri ilə şirkətin hesabına ödənilməli və nağd ödənişlərə görə şirkət məsuliyyət daşımır. Lakin belə olduğu halda, o, faktiki olaraq ticarət subyektlərindən satdığı məhsula görə pul götürmək istəməsə də, şirkət nümayəndələrinin tələbləri əsasında həmin pul vəsaitini götürüb onların şəxsi hesablarına göndərmişdir. İddiaçı MMC-də işlədiyi son 3 ay ərzində ona əməkhaqqı ödənilməmiş, həmin əməkhaqqı 3000 manat təşkil etmişdir, həmçinin işlədiyi müddət ərzində məzuniyyət pulları da ödənilməmişdir. Ümumilikdə, şirkət rəhbərləri ilə şifahi qaydada razılaşaraq ödənilməyən məzuniyyət pulu və əməkhaqqı ilə birlikdə təşkil edən 6000 manat məbləğində pul vəsaitini götürmüşdür. Əməkhaqqı 520 manat təşkil etmişdir. Lakin hər ayın sonunda şirkət tərəfindən qoyulmuş hədəflər tərəfindən icra olunarsa, ona əlavə bonus məbləği ödənilirdi. Hər iki pul vəsaitini əməkhaqqı kartına köçürmə qaydasında ödənilməsi ilə əldə etmişdir. İşlədiyi son üç ayda, yəni noyabr, dekabr və yanvar aylarında hədəfləri icra etsə də, nəzərdə tutulmuş pul vəsaiti ona ödənilməmişdir. Ona görə də o, həmin pul vəsaitlərini özü götürmüşdür. Evində saxladığı 9418.16 manat məbləğində İddiaçı MMC-yə məxsus məhsullar şirkətin vəzifəli şəxslərinin göstərişi ilə ilin sonuna kimi saxlamışdır ki, məhsullar ilin axırında ondan təhvil alınsın. Belə ki, İddiaçı MMC ondan müştəri də olan pul vəsaitinin alınmasını tələb etdiyinə və həmin ticarət subyektini nəzərdə tutulmuş pul vəsaitini ödəmək üçün rəhbərlik ticarət subyektində mövcud olan şirkətə məxsus vaxtı keçmiş məhsulların geri qaytarılmasını tələb etmişdir. Elə buna görə də böldə müdiri Müşfiq İbrahimovun razılığı ilə ticarət subyektərindən satdığı məhsula görə yaranmış pul borcunu yığmaqdan ötrü həmin 9418.16 manat dəyərində olan vaxtı keçmiş məhsulları götürərək özündə saxlamışdır. Həmin məhsullar ticarət subyektləri tərəfindən ona qaytarılmış, lakin şirkət tərəfindən təhvil alınmamışdır. Həmçinin yararsız məhsulları ondan təhvil almadıqlarına, o cümlədən əmək haqqının və məzuniyyət pullarının ödənilməməsi ilə bağlı o, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Vaxtı keçmiş və istifadəyə yararsız olan məhsulların götürülməsi prosesini icra edərkən İddiaçı MMCnin baş ofisində baş operator vəzifəsini icra edən Rəhim Mustafayevə məlumat versə də, sonuncu həmin məhsulların geri təhvil alınmasını sistem üzrə təsdiq etməyərək icazə verməmişdir. Belə ki, Beyləqan rayonunda yerləşən X9 adına qeyd olunmuş 537.69 manat məbləğində vaxtı keçmiş məhsullar tərəfindən təhvil alınsa da, həmin məhsul Rəhim tərəfindən əsassız olaraq silinmişdir. İstintaq zamanı təyin edilmiş kompleks mühasibatlıq və xəttşünaslıq ekspertizasının rəyində göstərilən məbləğlə razı deyil. Belə ki, əmək haqqının və məzuniyyət pullarının ödənilməməsi səbəbindən təxminən 6000 manat məbləğində pul götürmüşdür. Qalan məbləğ isə əsassız olaraq üzərinə yazılmışdır. Hazırda əməlindən peşmandır. Cinayət əməli nəticəsində zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyandan 7000 manatını ödəmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 93 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, Mingəçevir Şəhər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 1(051)-40/2024 nömrəli hökmü ilə müəyyən olundu ki, Cavabdeh barəsində çıxarılmış ittiham hökmü ilə özünü qismən təqsirli bilmiş, əmək haqqının və məzuniyyət pullarının ödənilməməsi səbəbindən təxminən 6000 manat məbləğində işlədiyi Azroşen” MMC-dən qanunsuz pul götürmüş, istintaq dövründə vurduğu 7000 manat ziyanı ödəmiş, qalan məbləğə ziyana münasibətdə isə özünü təqsirli bilməmişdir. Mülki məhkəmə icraatı zamanı da ödədiyi ziyandan əlavə iddia ərizəsində göstərilən iddianı qəbul etməyərək etirazını bildirmişdir. İddiaçı Azroşen” MMC isə cavabdehin iddia ərizəsində göstərilən məbləğdə cəmiyyətə ziyan vurmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə görə tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinin görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 202-ci maddəsinin görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdehin etirafı barədə müqaviləni nəzərə alınmaqla iddia tələbi təmin olunmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 93.0 manat məbləğində iddiaçıya aid edilməlidir. V. Nəticə: Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 93.00 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar