Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-418/2024 11.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı icra məmuru X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Attenti” markalı bir ədəd mobil nəzarət qurğusunun və ona quraşdırılmış proqram lisenziyasının bir ədəd elektron qolbağın və bir ədəd adaptorun dəyəri (ƏDV ilə birlikdə), yəni cəmi 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pulun alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bərdə rayon Məhkəməsinin 1(021)-5/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məxəlləsinin 127.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə şöbənin probasiya üzrə icra məmuru X3 məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğuya enerji yükləmə cihazı məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdehin öz dediyinə görə xx.xx.2023-cü il tarixdə saat 22 radələrində evin həyətində elektrik lampasını dəyişərkən cibində olan mobil qurğu siqnal verməyə başlamış, siqnal verdiyi üçün cibindən çıxardıb ekranına baxmış və qaytarıb arxa cibinə qoymaq istəyən zamanı sürüşərək əlindən düşüb yarasız vəziyyətə düşmüşdür.Tərəflərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vəsaitin dəyəri 2277,40 manat məbləğində hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından yəni lazımnca məsuliyyətli olmadığından elektron qolbağını yararsız vəziyyətə salmış və onlara maddi ziyan dəymişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında iddianı müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini qəasdən qərəzli olaraq qırmamışdır. Hazırda tələb olunan məbləği ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir.. Məhkəmə tərəfləri dinləyib iş materiallarını təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdırıb ərizə tələbinə obyektiv hüquqi qiymət verib belə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 1(021)- 5/2023 nömrəli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh оğlunun üzərinə ünvan 1i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarət Cavabdeh yaşayış yeri üzrə İddiaçınə həvalə olunması, Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İş materiallarında olan 25 sentyabr 2023-cü il tarixli, 1(021) 5/2024 nömrəli hökmün icra edilməsi haqqında göstərişdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin 1(021) 5/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü icra edilməsi üçün İddiaçınə göndərilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh üzərinəl 35654794 nömrəli Attenti markalı elektron nəzarət komplekti quraşdırılmışdır. İş materiallarında olan Cavabdeh İddiaçınə verdiyi izahatında göstərmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə saat 22:00 radələrində evin həyətində elektrik lampasını dəyişdirmiş, həmin vaxt mobil qurğu siqnal verməyə başlamış, siqnal verdiyi üçün cibindən çıxardıb ekranına baxmış və qaytarıb arxa cibinə qoymaq istəyən zaman sürüşərək əlindən düşüb yararsız vəziyyətə düşmüşdür. İş materiallarında olan 29 iyul 2021-ci il tarixli, ED-M-№ 96-21 nömrəli məlumatda “ATTENTİ” markalı elektron vasitənin cəmi dəyəri 2277.40 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Attenti” markalı bir ədəd mobil nəzarət qurğusunun və ona quraşdırılmış proqram lisenziyasının bir ədəd elektron qolbağın və bir ədəd adaptorun dəyəri (ƏDV ilə birlikdə), yəni cəmi 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pulun alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən elektron nəzarət vasitəsinə ziyan vurulması iş materialları ilə tam şəkildə sübut olunduğundan və bu haqda cavabdeh müvafiq protokolla əvvəlcədən məlumatlandırıldığından və üzərinə Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduğundan, habelə probatora verdiyi izahatında mobil qurğunun əlindən düşərək yerə sındığını etiraf etdiyindən həmin vasitəyə xidmət etməməyə və zərər vurmağa görə tam şəkildə maddi məsuliyyət cavabdehin üzərinə düşür. Buna görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, "Dövlət Rüsumu" haqqında qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə 43 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 191.3, 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh 2277.40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat məbləğində pul alınaraq iddiaçıya, 43 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-418/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-418/2024
11.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver