Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-421/2021 13.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X11 iclas katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlunun, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X14 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Xosrov oğluna qarşı “vurulmuş maddi ziyan” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı X14 oğlunun cavabdeh İddiaçı qarşı “vurulmuş ziyan ” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilə vurduğu maddi ziyana görə 3495 manat maddi ziyanın, qiymətləndirməyə görə ödədiyi 40 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 29.09.2020-ci il tarixdə ona məxsus Merceds Benz E 220 CDİ minik markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə rayonunda yaşadığı evinə gedərkən Şatırlı kənd sakini X14 oğlu apardığı malqaradan birini qovalamış, bir baş inək onun avtomobilinin qarşısına keçməklə avtomobilə dəymişdir. Halbuki həmin yolda mal-qaranın gediş-gəlişi barədə heç bir yol işarəsi yoxdur. Cavabdeh qəzanın baş verməsinə özü şərait yaratmış, bununla da onun avtomobilinə qiymətləndirmə aktında qeyd olunan ehtiyat hissələri və köməkçi materiallarına dəymiş ziyan 2495 manat, ehtiyat hissələrinin təmirinə 600 manat, rənglənməsinə 300 manat, elektrik işlərinə 100 manat xərc olmaqla, cəmi çəkilən xərclər cəmi 3495 manat maddi zərər təşkil etmişdir. - İlkin qiymətləndirmə aktı tərtib olunarkən 40 manat rüsum ödəmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh X14 oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə və ona məxsus inəyin 7 aylıq boğaz olmasının, qiymətinin 2800 manat olmasını nəzərə alınmaqla ona dəymiş ziyanın İddiaçı alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, MERCEDES BENZ E 220 CDİ minik markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı yüksək sürətlə yolda hərəkət edərkən başqa avtomobili ötmək istəmiş, avtomobil ona tərəf gəlmiş ,o tez özünü sol tərəfə atmış, lakin ona məxsus bir baş inək avtomobilə dəydiyindən ölmüşdür. Ona məxsus bir baş inəyin 7 aylıq boğaz olmasının, qiymətinin 2800 manat olmasını nəzərə alınmaqla ona dəymiş ziyanın İddiaçı alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, tələbin təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X14 oğlu ilk iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İş üzrə tərəflərini izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, hər iki iddia tələbi qismən təmin olunmalı, vurulmuş ziyanlar mütənasib olaraq əvəzləşdirilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1980-ci il tarixdə Bərdə rayon Nazırlı kəndində anadan olmuşdur. Bərdə rayon Nazırlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 560 nömrəli 17.11.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı oğlu Bərdə rayon Nazırlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AD N 510325 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2000-ci il buraxılışı olan Mercedes Benz E 220 CDİ minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. Mülki işə əlavə edilmiş 08 aprel 2018-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X1 mülkiyyətindəki 2000-ci ilin buraxılışı olan Mercedes Benz E 220 CDİ minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil 29.10.2021-ci il tarixədək, 2 il 6 ay müddətinə həmin etibarnamə əsasında X8 oğlu tərəfindən İddiaçı oğluna etibar edilmişdir. Mülki işə əlavə edilmiş Seriya AZE № ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X14 oğlu 21.04.1956-cı ildə Bərdə rayon Şatırlı kəndində anadan olmuşdur. Bərdə rayon Kürdborakı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 555 nömrəli 16.11.2020-ci il tarixli arayışdan görünür ki, X3 rayon Kürdborakı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 10.10.2001-ci il tarixdə verilmiş № 034337 saylı vəsiqənin surətindən görünür ki, X14 oğlu İİ qrup Qarabağ əlilidir. Mülki işə əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2000-ci il buraxılışı olan Mercedes Benz E 220 CDİ minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil 02.11.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Mülki işə əlavə edilmiş 17.08.2020-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, X2 məxsus , İddiaçı oğlunun etibarnamə əsasında idarə etdiyi Mercedes Benz E 220 CDİ minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilin aktda qeyd olunan ehtiyat hissələri və köməkçi materiallarına dəymiş ziyan 2495 manat , ehtiyat hissələrinin təmirinə 600 manat, rənglənməsinə 300 manat, elektrik işlərinə 100 manat xərc olmaqla, cəmi çəkilən xərclər cəmi 3495 manat maddi zərər təşkil etmişdir. Mülki işə əlavə edilmiş 256868 saylı 17.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən avtomobilə texniki baxış zamanı 40 manat rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis baş leytenantı X15 oğlunun 16.10.2020-ci il tarixli qərarı ilə HK-1/2614 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.2 və 338.5.5-ci maddələri ilə və İddiaçı barəsində isə Azərbaycan Respublikası İXM-nin 327.1 və 328.2-ci maddələri ilə tədbir görülməsi üçün Bərdə Rayon Polis Şöbəsinin DYPB-yə göndərilməsi qərara alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4089 saylı 20.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki,Bərdə rayon X13 Bölməsinin 17 avqust 2020-ci il tarixli qərarında ekspert qarşısında qoyulmuş suallara əsasən müəyyən olunmuşdur ki, Mercedes Benz E 220 CDİ minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında ” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğusuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol hərəkəti haqqında ” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə şəhər X16 tərəfindən verilmiş Rəydə qeyd olunur ki, Bərdə rayon məhkəməsinin sorğusu əsasında təqdim olunmuş fotoşəkil əsasında bir baş yerli cins inəyin çəkisi nəzərə alınmaqla orta bazar qiyməti 1200 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4089 saylı 20.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki,nəzəri hesablama yolu ilə təqdim olunmuş 17.08.2020-ci il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrinin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışı olan Mercedes Benz E 220 CDİ minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil in təmir bərpa xərci hadisə baş verən tarixə dəyişilməli hissələrin qiyməti 2315 manat, təmir-bərpa işlərinin qiyməti 900 manat olmaqla, təxminən 3215 manat müəyyən olunur. Mülki işə əlavə edilmiş 18.11.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mercedes Benz E 220 CDİ minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq qəza törətmiş, Bərdə rayon Şatırlı kəndi ərazisində onun hərərkət istiqamətində olan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 məxsus bir baş inəyi vurmuşdur. Hadisə nəticəsində cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 məxsus bir baş inək tələf olmuş, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus Mercedes Benz E 220 CDİ minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Hər iki tərəf cinayət işinin başlanılmasının rədd qərarı ilə təqsirli bilinmiş, barələrində inzibati tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə ekpert rəyində qüsur aktında olan məlumatlara əsasən avtohissələrinin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışı olan Mercedes Benz E 220 CDİ minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilə çəkilmiş xərclərin 3215 manat məbləğində müəyyən olunmasını və ilkin qiymətləndirmə aktının dəyərinin 40 manat olmasını nəzərə alaraq hesab edir ki, iddiaçıya məxsus Mercedes Benz E 220 CDİ minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan rəyə və qiymətləndirmə aktına uyğun olaraq ümumilikdə 3255 manat məbləğində müəyyən olunmalı, cavabdeh İddiaçı Qniyaz oğlundan 3255 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməldi . Eyni zamanda qarşılıqlı iddia tələbinə münasibətdə bildirir ki, Bərdə rayon məhkəməsinin sorğusu əsasında Bərdə rayon X13 bölməsindən material alınmış, həmin materialda olan fotoşəkil əsasında bir baş yerli cins inəyin çəkisinin orta bazar qiymətinin 1200 manat məbləğində olması nəzərə alınmalı, həmin rəy əsas götürülməklə iddiaçı X5 1200 manat məbləğində pul İ.Hüseyova ödənilməlidir. Məhkəmə qeyd edir ki, dəymiş ziyanlara görə məbləğ əvəzləşdirilməlidir. Belə ki, İddiaçı dəyən ziyan 3255 manat və X7 dəyən ziyan1200 manatdır. Əvəzləşdirildikdə isə müvafiq olaraq 3255-1200=2055 manat edir ki, həmin məbləğ cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X5 tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum da iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X5 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlk iddia qismən təmin olunaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qniyaz oğundan 3255 (üç min iki yüz əlli beş) manat məbləğində pul tutularaq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia tələbi qismən təmin olunaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1200 (bir min iki yüz) manat tutularaq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qniyaz oğluna ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmasın. İlk iddia və qarşılıqlı iddia üzrə vurulmuş ziyanlar əvəzləşdirilərək cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qniyaz oğundan 2055 (iki min əlli beş) manat tutularaq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid olunsun. Ekspertiz tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qniyaz oğundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-421/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-421/2021
13.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver