Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4276/2024 09.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlu, İddiаçı İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1546 manat əsas borcun və ödənilmiş 36 manat dövlət rüsumunun cəmi 1582 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Hazırkı iş materillarından görünür ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilsə də dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, dövlət rüsumunun İddiaçı tərəfindən deyil X2 tərəfindən ödənildiyi və 2023-cü ilin oktyabr ayında ödənildiyi göstərilmişdir. Həmçinin, X1 İddiaçı səlahiyyətli nümayəndəsi olması ilə bağlı iş materiallarında heç bir sənəd mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, 1 il əvvəl başqa şəxs tərəfindən ödənilmiş dövlət rüsumu hazırki iş üzrə rüsum qismində qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən dövlət rüsumu ödənilib qəbz əlavə edildikdən sonra işə baxıla bilər. MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə xatırladır ki, “X3” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət rüsumu dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir. Bundan başqa İddiaçı məcburi köçkün olması və ya dövlət rüsumundan azad edilməsi aid edilən kateqoriyaya daxil olan şəxs olmasını sübut edən sənədləri də ərizəyə əlavə etməmişdir. Belə olan halda ərizə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-4276/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4276/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver