Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-43/2025 17.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi İddiaçı, Cavabdeh və vəkili (nümayəndəsi) X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 160.000 manatın, eləcə də dövlət rüsumu kimi ödənmiş 450 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qayını, həyat yoldaşının qardaşıdır. 1999-cu ildə cavabdeh özəlləşdirmə proqramı əsasında Bərdə rayonu H.Aslanov küşəsində (indiki Bakı küşəsi) Ağac emalı sexinin əmlakını özəlləşdirmiş və ona bu barədə şəhadətnamə verilmişdir. Həmin sex istifadəsiz qalmışdır. Ona bir qohum kimi cavabdehə təklif etmişdir ki, həmin sexi işlək vəziyyətə salıb işlətsin, o, da onun işi ilə pul qazansın. Bu zaman cavabdeh təklif etmişdir ki, bu köhnə sexə vəsait qoymaqdansa, sexin həyətində boş torpaq sahəsində yeni bir bina tik, bu daha çox xeyir gətirər. O da onunla razılaşmışdır. Özəlləşmiş sex cavabdehin adına olduğu üçün onun yerləşdiyi ərazidə bina tikintisi üçün onun adından İcra Hakimiyytinə müraciət etmiş, İH başçısının 29 iyul 2004-cü il tarxili 102 saylı Sərəncamı ilə cavabdehə 18,4 x 9 m sahədə müasir tipli istehsal və satış binası tikilməsinə icazə almışdır. Bundan sonra tikilinin layihəsi tərtib edilmiş, həmin layihə və smeta ilə bina tikilmiş və fəaliyyətə başlamışdır. Həmin vaxtdan həmin tikilini o, idarə etmiş, orada mebel sexi işlətmişdir, bəzi sahələrini isə icarəyə vermişdir. 2019-cu ildə belə qərara gəlmişdir ki, ona torpağa görə 60 kv.metrlik sahə verir, qalan binanı isə özü işlədir və həmin vaxtdan ayrıca işləməyə başlayıblar. Lakin 2022-ci ildə cavabdeh binaya dair qanunsuz iddialarını irəli sürməyə başlamışdır, binanın və torpağın ona məxsus olduğunu bildirərək onu binanın idarə edilməsindən, icarəsindən uzaqlaşdırmışdır. O, indi belə vəziyyətə düşmüşdür ki, cavabdeh sərəncamın və smetanın onun adına olmasından istifadə edərək onun vəsaiti ilə tikilmiş binanı əlindən almışdır. Bu isə onun həmin binada olan hüquqlarını pozur, onu vəsaiti hesabına tikilmiş binadan məhrum edir. Ona görə də o, bu iddia, ilə məhkəməyə müraciət edir. Həmin tikili onun vəsaiti hesabına tikilmiş, bina tikintisində işləmiş ustaların, binanın tikintisinə sərf edilmiş bütün materialların pulunu o, vermişdir. Cavabdeh isə binanın onun sexinin yerləşdiyi torpaq sahəsində olmasını, sərəncamın da onun adına olmasını əsas götürərək onu binadan və onun idarəetməsindən uzaqlaşdırmışdır. Bu halda cavabdeh həmin binanın tikintisinə sərf edilmiş vəsaitini ona verməmiş, cavabdeh bu binanın tikintisinə bir manat da vəsait sərf etmədən hazırda həmin binaya sahib olmuşdur və potensial mülkiyyətçidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini təsdiq etdiyini və idda tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh və vəkili (nümayəndəsi) X9 iddia tələbinin təmin olunmamasını xahiş etdi. İşdə işdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarına əlavə olunmuş AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Əmlakı Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin Texniki pasportundan görünür ki, Bərdə rayon H.Aslanov küçəsində yerləşən Ağac emalı sexinin Bərdə Təmir Tikinti İdarəsinin tabeçilyində olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.1999-cu il tarixli Auksion Protokolundan görünür ki, Bərdə rayon H.Aslanov küçəsində yerləşən Ağac emalı sexinin X13 tərəfindən keçirilən auksiounun qalibi Cavabdeh olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.1999-cu il tarixli müəssisənin Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən Bərdə rayon H.Aslanov küçəsində yerləşən Ağac emalı sexi auksiondan satış qiyməti ilə ******* (altı milyon yeddi yüz on səkkiz min) manata Cavabdeh satılmışdır. Mülki iş materiallarına əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü tarixli 102 nömrəli Sərəncamın surətindən görünür ki, Cavabdeh Bərdə Rayon İcra Hakimiyyətinə müraciət edərək ona məxsus mebel sexinin ərazisində yeni iş yerləri yaratmaq məqsədi ilə müasir tipli istehsal və satış sexinin tikilməsinə icazə verilməsini xahiş etmiş, Bərdə Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi əraziyə baxış keçirərkən həmin yöndəmsiz tikililərin sökülüb yerində müasir bina tikilməsini məqsədəmüvafiq hesab etmişdir. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Əmlakı Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında № 012528 nömrəli Şəhadətnaməsinin (reyestr nömrəsi 29, qeydiyyat nömrəsi 12528, tarixi xx.xx.1999) surətindən görünür ki, Bərdə rayon H.Aslanov küçəsində yerləşən Ağac emalı sexinin üzərində sahiblik hüququ Cavabdeh məxsusdur. Mülki iş materiallarına əlavə olunmuş "xxxx" Firmasının 1999-cu il tarixli Təsis Müqaviləsindən görünür ki, Cavabdeh, X2, X17, X3 müqavilə bağlayaraq Bərdə rayon Ağac emalı sexinin əmlakında ifadə olunan paylarını birləşdirərək "xxxx" firmasını təsis etmişdirlər. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, borcalan Cavabdeh haqqında kredit tarixcəsi xx.xx.2006-cı il tarixdə açılmışdır və aşağıdakı aktiv kredit öhdəlikləri vardır: Ləğv Prosesində olan Gəncəbank SKB tərəfindən xx.xx.2020 tarixdə 9499 manat, Ləğv Prosesində olan Gəncəbank SKB tərəfindən xx.xx.2015 tarixdə 9500 manat, Ləğv Prosesində olan Gəncəbank SKB tərəfindən xx.xx.2012 tarixdə 15000 manat, Ləğv Prosesində olan Dəmirbank ASC tərəfindən xx.xx.2012 tarixdə 1080 ABŞ dolları, Ləğv Prosesində olan Dəmirbank ASC tərəfindən xx.xx.2012-də 1080 ABŞ dolları kredit verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Dövlət Əmlak Komitəsinin 2255 nömrəli Arayışdan görünür ki, kiçik müəssisələrin Nizamnamə kapitalının 15%- nin start qiyməti ilə DƏK tərəfindən əmək kollektivinə özəlləşdirmə çekləri müqabilində satışını təşkil edən Komissiyanın, 19 aprel 1999-cu il tarixli iclasının qərarı ilə Bərdə rayonu, H.Aslanov küçəsində yerləşən Ağac emalı sexinin start qiyməti ilə nizamnamə kapitalının 15%-i - 1.185.450 (bir milyon yüz səksən beş min dörd yüz əlli) manat məbləğ həqiqətən özəlləşdirmə çəkləri ilə ödənilmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.1999-cu il taixli qaimədən görünür ki, qaimə Cavabdeh adına verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, kreditlərin ödənişi Cavabdeh tərəfindən edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş “X12” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Mütəxəssis Rəyindən görünür ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 320 kv.m olan qeyri-yaşayış binasının hazırki bazar qiymətinə uyğun olaraq 160 000, qeyri-yaşayış sahəsinin cəmi bazar dəyəri 160 000, qeyri-yaşayış sahəsinin cəmi likvid dəyəri 140 000 manat dəyərində qiymətləndirilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3191 nömrəli Ekspert Rəyindən görünür ki; Bərdə şəhəri, Bakı küçəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasında aparılmış müxtəlif növ tikinti-təmir və yenidən qurma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri 1,0 kv.m sahəyə təqribən 300,0 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq qeyri-yaşayış binasında aparılan müxtəlif növ tikinti-təmir və yenidən qurma işlərinə 96,000 manat (320x300) dəyərində vəsaitin sərf olunduğu müəyyən edilir. Bərdə şəhəri, Bakı küçəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının ümümi sahəsi 320 kv.metr təşkil etdiyini nəzərə alaraq, Bərdə şəhəri, Bakı küçəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 192000,0 manat məbləğində müəyyən olunur. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/935-9/860 nömrəli Ekspert Rəyindən görünür ki; Bərdə şəhəri, Bakı küçəsində yerləşən, ümumi sahəsi 320,0 kv.m olan qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə ümumi dəyəri təqribən 192000 manat məbləğində müəyyən edilir. Tədqiq olunan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 320,0 kv.metr təşkil etdiyini, eləcə də ayrı-ayrı internet saytlarındakı məlumatlara əsasən yeni qeyri-yaşayış sahələrinin tikinti və təmir işlərinin dəyərinin 1 kv.metr üçün orta hesabla 300 manata başa gəldiyini nəzərə aldıqda, Bərdə şəhər, Bakı küçəsi ərazisində inşa edilən 2 mərtəbəli fərdi yaşayış evi üzrə yerinə yetirilimis tikinti və təmir işlərinin ümumi dəyəri təqribən 96000 manat (320 x 300) məbləğində müəyyən edilir. Mülki iş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 450 manat dövlət rüsumu ödənilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Cavabdeh məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, tərəflərin hər ikisini də tanıyır, tərəflərin heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur, Xalid əmisi nəvəsidir, tərəflərin arasında olan mübahisədən də xəbərdardır, qeyd edilən binanın yerləşdiyi torpaq sahəsi Elçinin olub, amma həmin torpaqda tikilmiş binanı Xalidin qardaşı Rauf Aslanov tikdirib, yəni binan tikilməsi üçün pulu Xalidin qardaşı verib, o, özü də həmin tikinti gedərkən əraziyə gedib-gəlmişdir. Rauf Aslanov bildirmişdir ki, bina tikiləndən sonra həmin yeri Xalidlə birlikdə işlədəcək, lakin sonradan ora Elçin gəldiyindən daha əraziyə getməmişdir. Bütün binanın tikintisinə pulu Xalid verib, Elçinin pulu olmayıb ki, bina da tiiksin. X4 yaşayan qardaşı Rauf Aslnaov 2003-cü ilin aprel ayında binanın tikilməsi üçün Xalidə onun yanında 30000 ABŞ dolları verib, mən bunu öz gözümlə görmüşəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, tərəfləri tanıyır, Elçinin dayısıdır, Xalidin anası vəfat edərkən onun yas mərasiminə gələrkən eşitmişdir ki, tərəflərin arasında hazırkı mübahisə var, bacısı oğlu Elçinin bir manat pulu olmayıb ki, kubik daş alıb, bina tiksin. X20 Fedarasıyasında yaşayan qardaşı Rauf Aslanov binanın tikintisi üçün pul verib, bina tikilib, Elçin özü ona bu barədə deyibdir. Eçinin pulu olmayıb, bacısı dəfələrlə ondan Elçinin borclarına görə pul istəyib. Rauf binanın tikilməsi üçün İddiaçı pul verib. Rauf Aslanov 2004-cü ilin iyun ayının 6-da vəfat edib, Rauf vəfat edərkən bina tikilib yekunlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərmişdir ki, tərəflərin hər ikisini də tanıyır, heç bir ədavəti yoxdur, Elçin bacısının yoldaşıdır, o, özü şəxsən binanın tikilməsində Elçinə çox kömə edib, bunu hətda İddiaçı da bilir. Dəfələrlə binanın tikintisi üçün dəfələrlə pul verib, sonra da həmin pulu geri qaytarıb, həmişə 15 000 dollara qədər borc pul alıb, Elçin zəng edərək, pulu tikintidə istifadə etmək üçün alırdı, deyirdi, hamımızın işi olacaq, o, da kömək etmişdir. Qonaq kimi gəlib getmişdir, lakin Azərbaycanda qalmamışdır, Belarusiya Respublikasının vətəndaşıdır. Bərdə rayonunda olduğu dövrdə Elçinin həmin binanın tikildiyi yerə gtediyini, tikintidə iştirakı olduğunu görmüşdür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bərdə rayon H.Aslanov küçəsində yerləşən Ağac emalı sexinin Təmir Tikinti İdarəsinin tabeçilyində olmuşdur. xx.xx.1999-cu il tarixdə həmin əmlakın auksionu keçirilmiş və auksiounun qalibi Cavabdeh olmuşdur. xx.xx.1999-cu il tarixli Müəssisənin Alqı-satqı Müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən Bərdə rayon H.Aslanov küçəsində yerləşən Ağac emalı sexi auksiondan satış qiyməti ilə ******* (altı milyon yeddi yüz on səkkiz min) manata Cavabdeh satılmışdır. Cavabdeh Bərdə Rayon İcra Hakimiyyətinə müraciət edərək ona məxsus mebel sexinin ərazisində yeni iş yerləri yaratmaq məqsədi ilə müasir tipli istehsal və satış sexinin tikilməsinə icazə verilməsini xahiş etmiş, Bərdə Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü tarixli 102 nömrəli Sərəncamı ilə həmin əlverişsiz tikililərin sökülüb yerində müasir bina tikilməsini məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakı Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında № 012528 nömrəli Şəhadətnaməsindən də görünür ki, Bərdə rayon H.Aslanov küçəsində yerləşən Ağac emalı sexinin üzərində sahiblik hüququ Cavabdeh məxsusdur. "xxxx" Firmasının 1999-cu il tarixli Təsis Müqaviləsindən görünür ki, Cavabdeh, X2, X17, X3 müqavilə bağlayaraq Bərdə rayon Ağac emalı sexinin əmlakında ifadə olunan paylarını birləşdirərək "xxxx" firmasını təsis etmişdirlər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, həmin obyekt 2004-cü ildə inşa edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı həmin obyektin tikilmə xərcini çəkdiyini bildirsə də bunu sübut edəcək dəlili məhkəmyə təqdim edə bilməmişdir. Belə ki, mülki iş üzrə izahatları alınmış şahidlər məhkəmə iclas zalında obyektin tikilməsi üçün vəsaitin iddiaçı tərəfindən qoyulmasını bildirsələr də həmin izahatlar onların şahidi olduqları mübahisələr zamanı eşitdiklərinə istinadlar olmuş, konkret olaraq vəsaitin iddiaçı tərəfindən qoyulmasını təsdiq etməmişdir. Hazırki halda iddia tələbinin təmin olunması iddiaçının əsassız varlanmasına gətirib çıxara bilər ki, bu da yol verilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə bildirir ki, iddia tələbi sübuta yetirilmədiyindən iddia müddətinin ötürülüb-ötürülmədiyinə qiymət verilməsinə lüzum yoxdur. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 107-ci maddəsində əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci və 124.2-ci maddələrində qeyd olunur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Odur ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən Məhkəmə-tikintitexniki Ekspertiza tədqiqatının dəyəri 200 manat (100 manat+100 manat) İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə-tikinti-texniki Ekspertiza tədqiqatının dəyəri 200 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-43/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-43/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver