Məhkəmə qərarları › İş №2(021)-433/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-433/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-433/2025 06.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 (bir min dörd yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə uzun müddətdir ki, yaxın münasibətlər olmuşdur. O, onu etibarlı bir insan kimi tanıyıb inanmışdır. Cavabdeh ona zəng edərək pula ehtiyacı oluğunu bildirmişdir. O da ona inandığından qohumu Yeganə adlı şəxsdən 1400 manat pul alıb vermişdir. Cavabdeh öz imzası ilə qəbz də yazmışdır. Lakin cavabdeh aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini təsdiq edərək əlavə olaraq bildirdi ki, Cavabdeh pul onun vasitəsilə verilməsinə baxmayaraq pul X3 məxsusdur. Hal-hazırda Bərdə rayon məhkəməsinin icraatında Yeganə Bayramovanın Cavabdeh qarşı pul tələbi üzrə iddia ərizəsi vardır. Yeganə Bayramova onun iddia ərizəsi üzrə Cavabdeh tələb etdiyi 1400 manatdan əlavə özünün birbaşa verdiyi pulu da tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmirşdir. Məhkəmə hesab edir ki, tələb eyni xarakterli olduğundan və idida tələbi eyni cavabdehə qarşı qaldırıldığından Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hər iki mülki işin bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair 2(021)289/2025 saylı mülki iş və İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(021)433/2025 saylı mülki işlər bir icraatda birləşdirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 169-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair 2(021)289/2025 saylı mülki iş və İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(021)433/2025 saylı mülki işlər bir icraatda birləşdirilsin. İş məhkəmə iclasın 06 fevral 2025-ci il tarixə saat 15:00-a Bərdə rayon məhkəməsinin inzibati binasında baxılmağa təyin edilsin. Hakim : Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar