Məhkəmə qərarları › İş №2(021)-435/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-435/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-435/2021 11.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı X4 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16039 manat və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun illərdi inkubator sexi işlədir. Cavabdehlərdən Sahibi əvvəllər tanıdığından, onlarla qarşılıqlı alver barədə razılığa gəlmişlər. Razılaşmalarına görə cavabdehlərdən nəğd şəkildə yumurta almış, inkubator sexində cücə çıxdıqdan sonra onlar hissə-hissə qaytarmaq şərti ilə ondan nisyə cücə almışlar. Cavabdehlərin ona olan borclarının qaytarılmasına Sahibin atası Fəxrəddin Qurbanov zamin durmuşdur ki, “fəaliyyətlərində heç bir problem olmayacaq, nə olsa mənlikdi”. Təqdim etdiyi əlyazmalardan görünür ki, 2018-ci ildən alverə başlamışlar və danışdıqları kimi cavabdehlər ona olan borclarını hissə-hissə ödəmişlər. 2020-ci ilin əvvəllərində cavabdehlərdən Cavabdeh2 xəstələndiyi üçün işləməmiş və Cavabdeh1 tək fəaliyyət göstərməyə başlamışdır. Həmin vaxtda qədər borcları artdığından nisyə satdığı cücələrin pulunu tələb etməyə başlamışdır. Həmin vaxt cavabdehlər borclarını 2020-ci ilin may ayında qaytaracaqlarını birlikdə ona söz vermişlər. Cavabdehlər nisyə satdığı cücədən başqa, 1200 manat aldıqları borcdan 350 manatını qaytarsalar da, hazırda həmin borcdan 850 manat məbləğində borcları var və əlavə olaraq 1355 manat borc pul almışlar. Həmin pulunu da hazırkı vaxtadək qaytarmamışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, ümumilikdə 16039 manat borcları vardır. Hər dəfə pulunu istədikdə müxtəlif bəhanələr gətirərək punulu geri qaytarmaqdan yayınmışlar. Hətta Bərdə rayon Polis şöbəsinə bu barədə etdiyi şikayət əsasında araşdırma aparılmış və şikayəti mülki xarakterli olması səbəbindən məhkəmədə iddia qaldırması məsləhət görülmüşdür. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16039 manat pul vəsaiti alınaraq onun xeyrinə tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı ümumilikdə 15364 manat borcu vardır. Cavabdeh2 iddiaçıya heç bir borcu qalmamışdır. 15364 manat borc məbləğ üzrə iddianı qəbul edir və ödəməyə razıdır. İddianın qalan hissədə rədd olunmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, Cavabdeh1la birlikdə iddiaçıdan cücə alıb satmışlar. 2020-ci ilin əvvəllərindən xəstələnmiş, işləyə bilməmişdir. 2018-2019-cu illərdə Sahiblə birlikdə iddiaçıya 5774 manat borcları qalmışdır. Özünə aid borc məbləğini Cavabdeh1 ödəmiş, onun iddiaçıya borcu qalmamışdır. İddianın ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə qismən təmin edilməli, Cavabdeh2 aid hissədə isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 Bərdə rayon Polis şöbəsinə verdiyi 15 sentyabr 2020-ci il tarixli izahatının surətindən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı 5770 manat borcunun olduğunu etiraf etmişdir. Cavabdeh1 məhkəməyə ərizə verərək iddianı qismən qəbul etdiyini, İddiaçı 15364 manat borcunun olduğunu etiraf etdiyini, odur ki, iddianın həmin hissədə təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb, Cavabdeh1 ərizəsini nəzərdən keçirib hesab edir ki, iş üzrə Cavabdeh1 iddianı 15364 manat hissədə etiraf etdiyindən, həmin məbləğdə pul Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. İddiaçı iddia ərizəsində cavabdehlərdən 16039 manat pul tələb etsə də bu barədə məhkəməyə sübut təqdim edə bilməmiş, Cavabdeh1 isə iddianı qismən etiraf edərək iddiaçıya 15364 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçıdan satıb pulunu qaytarmaq şərtilə 15364 manat dəyərində cücə almış, borcunu hissə-hissə qaytaracağına söz versə də qaytarmamışdır. Cavabdeh1 iddiaçıya borclu olduğu 15364 manat məbləğində pulu qaytarmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 15364 manat məbləğində pulu İddiaçı ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 15364 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının 15364 manat məbləğində pul vəsaitlərinin Cavabdeh1 qalması və bu vəsaitlərin iddiaçıya qaytarılmaması iddiaçının həmin pul vəsaitləri üzərindəki mülkiyyətini pozur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 15364 manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən Cavabdeh1 həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. İddiaçı Cavabdeh2 qarşı pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh2 ona borclu olması barədə məhkəməyə sübut təqdim etmədiyindən, Cavabdeh2 isə iddianı etiraf etmədiyindən, həmçinin Cavabdeh1 borc məbləğini etiraf edərək iddiaçıya özünün borclu olduğunu, Cavabdeh2 iddiaçıya borcunun olmadığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 15364 (on beş min üç yüz altmış dörd) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi Cavabdeh2 aid hissədə və qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar