Məhkəmə qərarları › İş №2(021)-435/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-435/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-435/2023 22.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3255 (üç min iki yüz əlli beş) manat pulun və dövlət rüsumu kimi ödədiyi 54 (əlli dörd) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06 may 2022-ci il tarixdə evdə olan zaman qapı döyülmüş, qapını açdıqda Cavabdeh özünü Mənzil Kommunal İstismar Sahəsinin işçisi kimi təqdim edərək binanın zirzəmisində su axdığını, onu düzəltmək üçün 3 manatdan pul yığdıqlarını bildirmişdir. O, qonaq otağındakı asılqandan asılmış köynəyinin cibindən 3 manat çıxarıb Raminə vermiş, sonra köynəyini divanın üzərinə qoymuşdur. Ramin ona hamamda suyu bağlamağı tapşırmış, o, hamam otağına keçmişdir. Dəhlizə qayıtdıqda Raminin getdiyini, köynəyinin yerində olmadığını görmüşdür. Sonra isə o, dərhal Polis İdarəsinə məlumat vermişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 29, 180.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi açılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)- 355/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Cavabdeh qəti cəza - 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh nə istintaqda nə də məhkəmədə mənə dəymiş ziyanı ödəməmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram və ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və yekun qərar qəbul olunmasını xahiş etmişdir. Hazırda cəzaçəkmə müəssisəsində olan Cavabdeh məhkəməyə ərizə göndərərək, maddi imkanı aşağı olduğundan borcunu ödəyə bilməyəcəyindən, iddia tələbinin rədd olunmasını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşdə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA №3841684 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bakı şəhər Nizami rayon Məhkəməsinin 1(007)355\2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 may 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 59 saylı evin 42 saylı mənzilinin qarşısına gəlib qapını döyərək həmin mənzildə yaşayan İddiaçı özünü Mənzil Kommunal İstismar sahəsinin işçisi kimi təqdim edib binanın zirzəmisində su axdığını və oranın təmiri üçün pul yığıldığını deyərək sonuncunun qapını açmasına nail olduqdan sonra qanunsuz olaraq mənzilə daxil olub İddiaçı mənzildə olan su borularını ölçmək üçün ip gətirməsini bildirməklə sonuncunun mənzilin digər otağına getməsindən istifadə edib mənzilin qonaq otağına keçib oradan asılqandan asılmış İddiaçı məxsus içərisində 465 manat pul, həmin dövrün rəsmi məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları və 1000 manat təşkil edən 500 AVRO məbləğində nağd pul vəsaiti, 01 ədəd 10 manat dəyərində “Beynəlxalq Bank”a aid plastik kart, hər biri 10 manat dəyərində “Azərsu” və “Azəriqaz İB”-nə aid kommunal ödəniş kartlarını və hər birinin qiyməti 5 manat olmaqla 10 manat dəyərində 2 ədəd açar olan 50 manat dəyərində köynəyi gizli olaraq talayıb zərərçəkmiş İddiaçı ümumilikdə 3255 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs Cavabdeh yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs İddiaçı məxsus 3255 manat məbləğində əmlakı gizli talayaraq oğurlaması sübuta yetirilmişdir. Cavabdeh Azərbaycan Respublikası CM-nin 29,180.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Cavabdeh qəti cəza – 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edimişdir. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 54 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh 06 may 2022-ci il tarixdə İddiaçı məxsus köynəyi gizli olaraq talayıb İddiaçı ümumilikdə 3255 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin 1(007)355\2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində qəti cəza – 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edimişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə cavabdehin iddiaçıya 3255 manat borcu olmasını işin mübahisəsiz halı kimi qəbul edir. Beləliklə məhkəmə hesb edir ki, yuxarıda göstərilənlər və Bakı şəhər Nizami rayon Məhkəməsinin 1(007)355\2022 saylı xx.xx.2022-ci il tarixli hökmü nəzərə alınmaqla, Cavabdeh 3255 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən,mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3255 (üç min iki yüz əlli beş) manat alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar