Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4407/2025 03.03.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə 03 mart 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.000 (bir min) manat borc məbləğinin tutulması barədə qərar çıxarılmasını, iddia tələbi üzrə məhkəmə xərcləri cavabdehin üzərinə qoyulmasını və gecikdirməyə görə qanunvericiliklə nəzərdə tutulan faizlər və ya cərimənin cavabdehdən tutulmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2024-cü il may ayından etibarən qarşılıqlı razılıq əsasında toplam 1.000 (bir min) manat məbləğində pul vəsaiti borc vermişdir. Pul vəsaiti nağd şəkildə təqdim edilmiş, cavabdeh həmin məbləği qısa müddət ərzində geri qaytaracağına dair söz vermiş, lakin bu günə qədər həmin borcu ödəməmişdir. Müqavilə bağlanmasa da, borcun verilməsi faktını sübut edən (şahid ifadələri, yazışmalar və s.) mövcuddur. Həmçinin qeyd etmək istərdi ki, müvafiq polis bölməsində Cavabdeh ona ödənilməmiş borcu olduğu faktını təsdiqləyən yazılı izahatı mövcuddur. Cavabdehlə dəfələrlə əlaqə saxlayaraq borcun ödənilməsini tələb etsə də, bu tələbləri nəticəsiz qalmışdır. Onun bu hərəkətləri nəticəsində ona maddi zərər dəymiş və hüquqları pozulmuşdur. İddia tələbi həcminin artırılması İddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, Cavabdeh 1241 manat pul, məhkəmə xərcləri və gecikdirməyə görə faiz, cərimələrin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin azaldılması İddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, Cavabdeh 1240 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, borcun ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli **********37 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli Binəqədi Rayon Polis İdarəsinin verdiyi arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana kəndi, Ə.Bağırov küçəsi ev 56-da yaşayan İddiaçı, təxminən 3-4 ay əvvəl Elmar adlı usta Xəzər adlı şəxsə zamin duraraq, sonuncu işlədiyi mağazadan 1.840 manat dəyərində avtomobil ehtiyat hissələri götürməsi, 400 manat ödəməsi, lakin pulun qalan hissəsini bu günədək ödəməməsi barədə 40-cı PB-yə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı izahatı alınmış X1 bildirmişdir ki, ehtiyat hissələri alan şəxsə heç bir zaminlik durmamışdır. Bu barədə Elmana məlumat verilmişdir. İzahatı alınmış Əzizov Xəzər bildirmişdir ki, hazırda 890 manat borclu qalmışdır. Maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməmişdir. Söz vermişdir ki, 3-4 ay ərzində borcunu ödəyəcəyi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli 3-133-46-5/2-A-538/11 saylı məktubdan görünür ki, Elman Borisoviçə müraciətinin mülki xarakterli olduğu bununla bağlı mülki qaydada məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. xx.xx.2025-ci il tarixli İddiaçı oğlu tərəfindən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə ünvanlanmış ərizədən görünür ki, təxminən 3-4 ay əvvəl Elmar adlı usta Xəzər adlı şəxsə zamin duraraq, sonuncu işlədiyi mağazadan 1.840 manat dəyərində avtomobil ehtiyat hissələri götürməsi, 400 manat ödəməsi, lakin pulun qalan hissəsini bu günədək ödəməməsi barədə 40-cı PB-yə ərizə ilə müraciət etmişdir. İş materiallarına əlavə olunmuş X1 tərəfindən verilmiş izahatdan görünür ki, o Elmana demişdir ki, pulu almadan maşını buraxmasın. Maşının sahibi 1 ay müddətinə pulu verəcəyini demişdir. Zamin durmayacağını demişdir. Elmanın ərizəsində düzgün yazmadığını qeyd etmişdir. İş materiallarına əlavə olunan Cavabdeh tərəfindən verilən izahatdan görünür ki, 1240 manat borcu olduğunu, ümumi 2200 manatlıq ehtiyat hissəsi aldığını, 890 manat borcun qaytardığını, maddi vəziyəti ilə əlaqədar borcunu qaytara bilmədiyini borcunu 3-4 ay ərzində qaytaracağını, heç kimin zamin durmadığını qeyd etmişdir. xx.xx.2025-ci il tarixli Binəqədi Rayon Polis İdarəsinin verdiyi arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana kəndi, Ə.Bağırov küçəsi ev 56-da yaşayan İddiaçı, təxminən 3-4 ay əvvəl Elmar adlı usta Xəzər adlı şəxsə zamin duraraq, sonuncu işlədiyi mağazadan 1.840 manat dəyərində avtomobil ehtiyat hissələri götürməsi, 400 manat ödəməsi, lakin pulun qalan hissəsini bu günədək ödəməməsi barədə 40-cı PB-yə ərizə ilə müraciət etmişdir.Araşdırma zamanı izahatı alınmış X1 bildirmişdir ki, ehtiyat hissələri alan şəxsə heç bir zaminlik durmamışdır. Bu barədə Elmana məlumat vermişdir.İzahatı alınmış Əzizov Xəzər bildirmişdir ki, hazırda 890 manat borclu qalmışdır. Maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməmişdir. Söz vermişdir ki, 3-4 ay ərzində borcunu ödəyəcəkdir.Ərizəyə baxılarkən müəyyən olundu ki, vət. İddiaçı müraciətində qeyd olunan xüsusatların araşdırılması məhkəmə səlahiyyətində olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq və Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etmək hüququnun olması izah olunmuşdur. xx.xx.2025-ci il tarixli İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, etdiyi müraciət əsasında toplanmış iş materiallarının surətini ona verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli 3-13-46-5/2-A-5726 saylı məktubdan görünür ki, vətəndaş müraciətlərinin nəticəsində toplanmış sənədlərin surəti məhkəmənin sorğusu əsasında təqdim edilə biləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, cavabdehə məhkəmə iclasında iddiaya münasibətinin müəyyənləşdirilməsi məqsədilə kifayət qədər vaxt və imkan yaradılmış, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Sübut olunur ki, Binəqədi rayon Polis İdarəsində aparılan araşdırma çərçivəsində Cavabdeh tərəfindən verilmiş izahata əsasən 2200 manat məbləğində ehtiyyat hissələri nisyə qaydada onun tərəfindən əldə edilmiş, müəyyən hissəsi ödənilmiş, 1240 manat hissəsi ödənilməmiş qalmışdır. Göstərilən əsasla, Cavabdeh 1240 (bir min iki yüz qırx) manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Ödənilməmiş 02 manat 40 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1240 (bir min iki yüz qırx) manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilməmiş 02 manat 40 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev