Məhkəmə qərarları › İş №2(021)-4410/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4410/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4410/2025 07.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “reqress qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə QƏTNAMƏ Açar sözlər: borc, öhdəlik, reqress, zamin, pul. Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi X1 iclas katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “reqress qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavebdeh Cavabdeh onun əmək haqqı kartından tutulan 5400 manat kredit borcunun və ödənilmiş 71 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh onunla qonşu kənddən olmaqla qohumluq əlaqələri vardır. O və arvadı Gülnarə cavabdehə zamin durmuşdurlar və 4000 manat kredit götürmüşdür. Bərdə rayon Məhkəməsinin 2(021)-3422/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə əmri ilə cavabdeh öhdəlikləri icra etmədiyi üçün ümumilikdə 5410 manat kredit borcu tutulmuşdur. Bundan sonra əsl Cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdehin yerinə onun əmək haqqısından 5450 manat kredit borcu tutulmuşdur. O dəfələrlə cavabdehə xəbərdalıq etməyinə baxmayaraq borcunu ödəməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı idida ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. – 2o18.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Bərdə rayon İHB-nın Hüseynalılar kənd İƏD üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, İddiaçı Bərdə rayonunun Hüseynalılar kəndində yaşayır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-3442/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsinin cavabdehlər İddiaçı, Cavabdeh ve X3 qarşı borc tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehler Cavabdeh, X2 və İddiaçı 13 mart 2023-cü il tarixli, **********0785 saylı kredit müqaviləsinə əsasən müştərək qaydada 4000 AZN əsas, 1315.38 AZN faiz, 13.62 AZN cərime borcu olmaqla, cəmi 5334,72 AZN (beş min üç yüz otuz dörd manat yetmiş iki qəpik) borcun və 75.04 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMM Q3KT xeyrinə ödənilməsi qət olunmuşdur. Bərdə Rayon İcra Şöbəsi tərəfndən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-3442/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin yəni - 5409,76 manat borc pul məbləğinin borclu İddiaçı Rasim oğlunun əmək haqqının hər ay 50%-nə yönəldilərək tutulub tələbkar "xxxx" MMM QBKT-nin bank hesabına ödənilməsi xahiş olunmuşdur . Bərdə Rayon İcra Şöbəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-3442/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış zərurətlə əlaqədar olaraq İddiaçı əmək haqqından tutulmaların 25%-ə endirilməsi xahiş olunmuşdur. "xxxx" ASC Mərkəzi Aran RETSİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 11 nömrəli Arayışdan görünür ki, İddiaçı "Azərişıq” ASC Mərkəzi Aran RETSİ-nin Bərdə EŞ-də növbətci elektrik mantyoru vəzifəsində işləyir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(021)-3442/2023 qərarına əsasən onun aylıq əmək haqqından 2024-cü ilin mart ayından 2025-ci ilin oktyabr ayına kimi ümumilikdə 3832.85 manat “Finca Azərbaycan" MMM QBKT-yə kredit tutulması aparılmışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, müştəri Cavabdeh "xxxx"- dakı **********0785 saylı hesabına 15 manat ödəniş olunmuşdur xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, müştəri Cavabdeh "xxxx"- dakı **********0785 saylı hesabına 600 manat ödəniş olunmuşdur xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, müştəri Cavabdeh "xxxx"- dakı **********0785 saylı hesabına 200 manat ödəniş olunmuşdur xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, müştəri Cavabdeh "xxxx"- dakı **********0785 saylı hesabına 200 manat ödəniş olunmuşdur. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 72.60 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, "xxxx" MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 13 mart 2023-cü il tarixli, **********0785 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi ili olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq X5 və İddiaçı ilə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirimədiyinə görə kreditverən məhkəməyə müraciət etmiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-3442/2023 saylı qətnaməsi ilə cavabdehler Cavabdeh, X2 və İddiaçı 13 mart 2023-cü il tarixli, **********0785 saylı kredit müqaviləsinə əsasən müştərək qaydada 4000 AZN əsas, 1315.38 AZN faiz, 13.62 AZN cərimə borcu olmaqla, cəmi 5334,72 AZN (beş min üç yüz otuz dörd manat yetmiş iki qəpik) borcun və 75.04 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMM Q3KT xeyrinə ödənilməsi qət olunmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-3442/2023 saylı icra sənədi üzrə tələb İddiaçı əmək haqqısına yönədilmişdir. "xxxx" ASC Mərkəzi Aran RETSİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 11 nömrəli Arayışdan müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(021)- 3442/2023 qərarına əsasən İddiaçı aylıq əmək haqqından 2024-cü ilin mart ayından 2025ci ilin oktyabr ayına kimi ümumilikdə 3832.85 manat “Finca Azərbaycan" MMM QBKT-yə kredit tutulması aparılmışdır. Həmçinin İddiaçı təqdim etdiyi müxtəlif tarixli qəbzlərdən görünür ki, Cavabdeh **********0785 saylı kredit müqaviləsi üzrə ümumilikdə 1015 manat ödəniş etmişdir. Cavabdeh isə ödənilmiş pulu iddiaçıya qaytarmamışdır. Hazırda iddiaçı cavabdeh borcunu ödəmədiyi üçün reqress qaydasında məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 5400 manat pul tələb etsə də iş materiallarından Cavabdeh **********0785 saylı kredit müqaviləsi üzrə ümumilikdə 4847.85 manat ödəniş etdiyi müyyən olunur . Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-ci maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.3-cü maddəsinə əsasən Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və müqavilə üzrə yaranmış borcu cavabdeh iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4847.85 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 72.60 manat məbləğində rüsum da cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4847.85 (dörd min səkkiz yüz qırx yeddi manat səksən beş qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh iş üzrə ödənilmiş 72.60 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar