Məhkəmə qərarları › İş №2(021)-444/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-444/2023

26.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-444/2023 26.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərci” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apelyasiya məhkəməsinin 2(104)-3915/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər ay bir uşağın saxlanması üçün tutulan 130 manat alimentin miqdarının artırılmaqla hər ay bir uşaq üçün 193 manat və 20 manat müalicə pulunun artırılaraq 100 manat müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2006-cı il tarixdə rəsmi olaraq ailə həyatı qurub evlənmişlər. Birgə nikah dövründən 10 avqust 2007-ci il təvəllüdlü X6 adlı bir övladları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə ayrı yaşayırlar və rəsmi olaraq aralarında bağlanmış nikah 19 dekabr 2014-cü il tarixdə rəsmi olaraq pozulmuşdur. Həmin vaxtdan birgə nikah dövründə olan övladları onun himayəsində yaşayır. Bərdə rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixl, 2(021)-2761/2019 saylı qətnaməsi ilə az yaşlı övladının yetkinlik yaşın çatana qədər saxlanılması üçün 130 manat məbləğində aliment müəyyən edilmiş, müalicə xərci tələbi isə təmin edilməmişdir. Gəncə Apelyasiya 2(104)-3915/2019 saylı məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə aliment məbləği 130 manat, müalicə xərci isə 20 manat olmuşdur. Hazırda Respublikada hər bir ərzaq və ehtiyacların qiyməti getdikcə artır. Bunun üçündə müəyyən olunmuş 130 manat məbləğində alimentin və 20 manat müalicə xərci pulunun artırılaraq hər ay bir uşaq üçün 193 manat aliment və 100 manat məbləğində müalicə pulu olmasını istəyir. Cavabdeh fərdi əməklə məşğul olur və aylıq qazancı yüksəkdir. Cavabehin hər cür imkanı varki, hər ay övladımızın saxlanılması üçün 193 manat məbləğində aliment və 100 manat müalicə pulu ödəyə bilər. Onun isə maddi vəziyyətim olduqca pisdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan 150 manat məbləğində alimentin artırılaraq 250 manat aliment tutulmasını və müalicə olunması üçün 100 manat xərcin tutulmasını tələb etmişdir. Məhkəmə iclasında İddiaçı iddi tələbinin müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək maddi imkanının aşağ olmasını bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AA №2233721 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı ildə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 329 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Arabaçılar kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZ- İİ № 199058 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 10 avqust 2007-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki işə əlavə olunmuş AZ-İ № 206448 saylı Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında bağlanmış nikah xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekepertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 1155 nömrəli X2 çıxarışdan görünür ki, 10 avqust 2007-ci il təvəllüdlü X4 “diplegik spastik serebral iflic. G 80.1” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)2750/2015 saylı xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Bərdə rayon məhkəməsinin 11 noyabr 2014-cü il tarixli qətnaməsi ilə X5 iddiası rədd edilmiş, X5 10 avqust 2007-ci il tairxdə anadan olmuş qızı X1 üçün Cavabdeh tutulan 60 manat məbləğində alimentin miqdarin artritaraq 150 manat məbləğində müəyyən edilməsi və azyaşlı uşağın müalicəsi ucun 60 manat məbləğində müalicə xərci tutulması barədə iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral, 2015-ci il tarixli qətnaməsi ilə X5 apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə rayon məhkəməsinin 11 noyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü övladı Cəmilə adlı uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 80 manat müəyyən edilmiş, həmçinin Cavabdeh azyaşlı Cəmilə Rüstəmovanın müalicə xərclərinin ödənilməsinə cəlb edilməklə, ondan hər ay 20 manat pul tutulub X7 verilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi 02 fevral 2015-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti təmin olunmamışdır. Mülki işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)3915/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bərdə Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(021)-2761/2019 saylı qətnaməsinin alimentin tutulmasına aid hissədə dəyişdirilməsi, Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Əliyeva (Rüstəmova) Yaqut Xəlil qızına ödənilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki işə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, tərəflər arasında barışıq sazişi imzalanmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı rəsmi olaraq ailə qurmuş, birgə nikahlarından 10 avqust 2007-ci il təvəllüdlü Cəmilə adlı bir uşaqları doğulmuşdur. Sonradan münasibətləri pisləşdiyindən tərəflər ayrılmış, uşaq isə ananın yanında qalmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)3915/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Əliyeva (Rüstəmova) Yaqut Xəlil qızına ödənilməsi qət olunmuşdur. Həmçinin, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 10 avqust 2007ci il təvəllüdlü X6 “diplegik spastik serebral iflic. G 80.1” diaqnozu ilə xəstədir. Məhkəmə qeyd edir ki, iddia tələbi iki hissədən: alimentin artırılması və müalicə xərcin tutulmasından ibarətdir. Məhkəmə iddia tələbinin alimentin artırılması hissəsinə münasibətdə hesab edir ki, tələb bu hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Həmçinin uşaqları saxlamaq hər iki valideyinin vəzifə olduğunu nəzərə alır. İddia tələbi bir uşaq üçün 160 (bir yüz altmış) manatdan artıq alimentin tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda İddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın tam şəkildə təmin edilməsi Cavabdeh üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)3915/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan aliment dəyişdirilərək 10 avqust 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 160 manat (bir yüz əlli) manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin müalicə xərci hisəsinə münasibətdə hesab edir ki, “diplegik spastik serebral iflic. G 80.1” xəstəliyindən əziyyət çəkən 10 avqust 2007-ci il təvəllüdlü X3 müalicə olunması üçün cavabdehində maddi inkanı nəzərə alınmaqla 50 manat məbləğində müəyyən olunmalıdır. Ailə Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə alimentin və əlavə xərcin artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş aliment və əlavə xərc məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il QƏRARİ) . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, 50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 10 avqust 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)3915/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı ödənilsin. 10 avqust 2007-ci il təvəllüdlü X3 müalicə olunması üçün hər ay 50 (əlli) manat məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin və əlavə xərcin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə ödənilməmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar