Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4501/2023 24.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs müdiri X2 qarşı “itkin düşmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, 03 noyabr 1958-ci il təvəllüdlü qardaşı X4 Rusiya Federasiyasında itkin düşməsi faktının müəyyən edilməsi barədə qətnnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırkı ərizə isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, Ərizəçi özünü iddiaçı, Maraqlı şəxs müdiri X3 isə cavabdeh qismində qeyd edərək, ərizə ilə məhkəməyə müraciət etmiş və 03 noyabr 1958-ci il təvəllüdlü qardaşı X4 Rusiya Federasiyasında itkin düşməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, ərizənin başlığında ərizə qeyd edilmişdir ki, bu da xüsusi icraat qaydasında ərizə verilməsinə dəlalət etsə də ərizədə iş üzrə tərəflər iddiaçı və cavabdeh kimi qeyd edilmişdir, halbuki xüsusi icraat qaydasında ərizə ərizəçilər tərəfindən maraqlı şəxslərə qarşı qaldırılmaqla baxılır. Bundan başqa iddia ərizəsində cavabdeh qismində qeyd edilmiş X1 Maraqlı şəxs müdiri olmasını təsdiq edən sənədə rast gəlinmir ki, ümumilikdə bu hal qeyri-müəyyənlik yaradır. Halbuki, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət etməli idi. Bundan başqa iş materiallarında şəxsin ölüm faktı və ya ölməsi ilə bağlı Qeydiyyat şöbəsinə müraciət etməsi və imtina almasına da rast gəlinmir. Belə olan halda ərizə düzgün tərtib edilmədiyindən Ərizəçi geri qaytarılmalıdır. MPM-in 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. MPM-in 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ərizə məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs müdiri X2 qarşı “itkin düşmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-4501/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4501/2023
24.11.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver