Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-451/2022 03.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc aldığı 3825 manat pulun və ödənilmiş 60 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu, Divanlı kənd sakinidir, hazırkı iş üzrə Cavabdeh ilə 1997-ci il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmişlər, birgə yaşayış dövründə 2003-cü il təvəllüdlü bir övldaları anadan olmuşdur. Övladları anadan olduqdan sonra aralarında bir sıra problemlər yaranıb və onlar ayrı yaşamağa başamışlar. Lakin Cavabdeh övladı ilə əlaqəni kəsməyib, övladını davamlı olaraq görməyə gəlmişdir. 2019-cu ildə övladının savadlı bir gənc olması üçün məktəbə qəbul olunmasını təmin etmək məqsədi ilə Türkiyəyə işləmək üçün getmişdir. Orada yaşlı insanlara baxaraq aylıq olaraq əmək haqqı almışdır. Aldığı əmək haqqıları isə övladının məktəb pulu olaraq yığmışdır. 2019cu il tarixdə sabiq həyat yoldaşı Cavabdeh ona zəng edərək təcili pula ehtiyacı olduğunu bildirib, pulu tez bir zamanda geri qaytaracağını demişdir. O, da məcbur qalıb övladının təhsil pulundan cavabdehə 05 sentyabr 2019-cu il tarixdə bank vasitəsi ilə 500 dollar-850 manat pul göndərmişdir. Daha sonra həmin pulun yetərli olmadığını bildirərək, ondan yenidən pul istəmişdir. O, da 16 sentyabr 2019-cu il tarixdə cavabdehə bank vasitəsi ilə 200 dollar-240 manat pul göndərmişdir. Cavabdeh yenidən ondan pul istəməyə başlamışdır və o, Nürəddinə 02 oktyabr 2019-cu il tarixdə bank vasitəsi ilə 450 dollar-765 manat göndərmişdir. Daha sonra 14 oktyabr 2019-cu il tarixdə bank vasitəsi ilə 100 dollar-170 manat pul göndərmişdir. Bu münvalla o, cavabdehə cəmi 1250 dollar-2125 manat pul göndərmişdir. Cavabdeh ondan adlığı pulu tez bir zamanda qaytaracağını bildirib. Daha sonra o, 2020-ci il tarixdə Azərbaycana qayıtdığı zaman sabiq həyat yoldaşı ona borclu olduğu pulu hal-hazırda əlində olmadığı üçün qaytara bilməyəcəyini, torpaq sahəsində pambıq əkini ilə məşğul olaraq pulu ona verəcəyini demişdir. Pambıq əkini ilə məşğul olmaq üçün ondan 1700 manat pul istəmişdir. Bildirmişdir ki, cəmi olaraq ona 3825 manat pul verəcək. O, da borc xərc edərək 1700 manat pulu tapıb cavabdehə vermişdir. Bir müddət keçdikdən sonra cavabdehin ondan almış olduğu pullardan heç bir məbləğ vermədiyini görərək cavabdehdən pulunu istəmişdir. Lakin cavabdeh sabiq həyat yoldaşı 3825 manat pulu ona geri verməkdən imtina edərək, onu təhqir etmişdir. Bu vaxta qədərə cavabdeh ona heç bir ödəniş etməmişdir. Hal-hazırda dəfələrlə cavabdehə borclu olduğu 3825 manat pulun ödənilməsini bildirsə də heç bir nəticəsi olmamışdır. Bunun üçündə məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında görtədi ki, iddiaçı ona borc pul verməmişdir, nə də o, iddiaçıdan borc pul almamışdır. İddiaçı dediyi pulları onların birgə yaşadıqları dövrdə anadan olmuş, Türkiyəyə işləməyə gedərkən onun yanımda qoyub getdiyi övladlına xərclik üçün göndərmişdir. 1700 manatı isə iddiaçı ona üzbə-üz vermişdir. Həmin 1700 manatı borc almışdır. Sonradan qaytarmağa imkanı olmamışdır, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, iddiaçı İddiaçı anası, Cavabdeh atasıdır. Anası onun gələcəyini təmin etmək üçün Türkiyə Respublikasıa işləməyə getmişdir. Cavabdeh atası heç vaxt ailəyə, uşağa baxmamışdır. Ona heç bir xərclik verməmiş, qayğısına qalmamş, tələbatını ödəməmişdir. Anası Türkiyə Respublikasından cavabdehə pul göndərmişdir, lakin həmin pulu cavabdeh nə ona, nə də ki, evin ehtiyaclarına xərcləməmişdir. İddiaçı Qarayeva X2 qayıtdıqdan sonra evlərində işləyən ustaların xərcinə qədər özü vermişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 08 avqust 1976-cı ildə Bərdə rayonu, Xanərəb kəndində doğulmuş, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş ödeme belgesi-haber kağıdından müəyyən olunur ki, iddiaçı İddiaçı Cavabdeh 02 oktyabr 2019-cu ildə 450 dollar, 05 sentyabr 2019-cu ildə 500 dollar, 14 oktyabr 2019-cu ildə 100 dollar, 16 sentyabr 2019-cu ildə 200 dollar göndərmişdir. Verilmiş iddia tələbi üzrə həm borc, həm də əsassız varlanma ilə bağlı mülki hüquq institutları mövcud olduğundan məhkəmə aşağıdakı maddi hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsaəsn əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1093-cü maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, İddiaçı cavabdeh Məmmədov Nürəddin Talıb oğluna qarşı 3825 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, hazırki vəziyyətdə cavabdehin əsassız varlanması faktı mübahisəsiz şəkildə təsdiq edilir. Belə ki, Cavabdeh İddiaçı banka vasitəsilə 1350 ABŞ dolları pul göndərmiş, bundan başqa Cavabdeh 1700 manat da əlavə borc vermişdir. Bu faktlar məhkəmə iclasında iddiaçının və şahidin izahatları ilə və iş materiallarında olan qəbzlərlə tam təsdiq olunur. Bundan başqa cavabdeh Məmmədov Nürəddin Talıb oğlu məhkəmə iclas zalında 1700 manat pulu borc olaraq İddiaçı aldığını birbaşa etiraf etsə də, bank vasitəsilə göndərilmiş pulları evə və qızına xərclədiyini bildirsə də, bu dəlillərini sübut etmək əvəzinə qarışıq və ziddiyətli izahatlar vermişdir. Halbuki bank vasitəsilə göndərilən pulların iddiaçının evinə və iddiaçı ilə cavabdehin birkə nikahdan olan qız övladlarına xərclənməsi faktı tamamilə təkzib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3825 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3825 manat (üç min səkkiz yüz iyirmi beş) manat və 60 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-451/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-451/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver