Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-453/2023 14.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1050 manat pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir tanıyır. Belə ki, onunla Bərdə rayonunda yerləşən tikinti malları bazarında iş yoldaşı olmuşdur. 2019-cu il tarixdə ona cavabdehə ehtiyacı olduğundan, iş yoldaşı olduğuna görə X1 və X3 iştirakları ilə 30 (otuz) ədəd birinin qiyməti 35 (otuz beş) manat olmaqla cəmi 1050 (bir min ǝlli) manat dəyərində dam örtüyünü Yavərə nisiyə yəni bir gün müddətinə malın pulunu qaytarmaq şərti ilə satmışdır. Lakin iki il müddət keçməsinə baxmayaraq ötən müddət ərzində ona olan pul borcunu ödəməmişdir. Cavabdeh ticarətlə məşğuldur. Qazandığı pullara rəğmən cavabdeh heç bir iş görməmişdir. Lakin cavabdehǝ dəfələrlə həm şifahi, həm telefon vastəsi ilə xəbərdarlıq etməsinə baxmayaraq hal- hazıradək pul borcunu ödənilməmişdir. Bundan başqa DİN-nin Bərdə şəhər Polis şöbəsinə müraciət olunsa da oradan məhkəməyə müraciǝt etməli olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, Nurəddin adlı şəxs tikinti materialını ilkin olaraq ona vermişdir. O olmayanda tikinti materialını oradan götürüb Elçinə vermiş, o da Elçinin yanına gedib müştəri olduğu üçün Elçindən tikinti materialını götürüb satıb verəcəyini bildirmişdir. Əslində onda olan tikinti materialını Nurəddin oğurlayıb Elçinə vermişdir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. İşdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Bərdə rayon Mollalı kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyət Başçısının Bərdə şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 877 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş materiallardan görünür ki, Hacıyev X2 Yavər Mirzə oğlu barəsində həmin orqana müraciət emiş, lakin mülki xarakteli olduğundan məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 31 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı tikinti materialını satılması üçün Cavabdeh vermişdir. Bu halı hər iki tərəf təsdiq edir. Lakin Cavabdeh bildirir ki, tikinti materialını əvvəl Nurəddin adlı şəxsdən o almışdır. O olmayanda Nurəddin tikinti materialını onun xəbəri olmadan götürərək Elçinə satmışdır. İşin faktiki hallarına münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh Nurəddin adlı şəxsdən tikinti materialını alınmasını təsdiq edən hər hansı bir hal yoxdur. Həmin tikinti materialınında məhz Cavabdeh məxsus olmasını da təsdiq edən hal müəyyən olunmur. Amma İddiaçı tikinti materialını satılması üçün Cavabdeh verməsi halını hər iki tərəf təsdiq edir. Belə olan halda iddiaçı öz idda tələbini sübut edə bilir. Cavabdeh isə etirazının əsaslarına dair sübut təqdim edə bilmədi. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla, Cavabdeh 1050 (bir min əlli) manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1050 (bir min əlli) manat və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-453/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-453/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver