Məhkəmə qərarları › İş №2(021)-46/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-46/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-46/2023 16.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, X5, X2 və X6 qarşı «kredit müqaviləsi üzrə borc tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh, X5, X2 və X6 qarşı iddia qaldıraraq borclu Cavabdeh 5483.70 (beş min dörd yüz səksən üç) manat 70 qəpik məbləğində əsas borc, 664.06 (altı yüz altmış dörd) manat 06 qəpik məbləğində faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 562.99 (beş yüz altmış iki) manat 99 qəpik, ümumilikdə isə 6710.75 (altı min yeddi yüz on) manat 75 qəpik məbləğində vəsaitin, 31 (otuz bir) manat dövlət rüsumunun, 31 (otuz bir) manat DƏDRX rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka predmeti olan Girovqoyanlar Cavabdeh, X9, X10 və X2 məxsus olan Bərdə rayonu, Xanxanımlı kəndində yerləşən fərdi yaşayış evinə və 0.10 ha birgə torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş Bərdə rayonu, Xanxanımlı kəndində yerləşən fərdi yaşayış evi və 0.10 ha birgə torpaq sahəsi satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın 1 (bir) ay ərzində boşaldılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04 avqust 2015-ci il tarixdə Cavabdeh ilə "xxxx" ASC arasında 020 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən Borcluya 5500 (beş min beş yüz) manat məbləğində, 18 (on səkkiz) aylıq güzəştlə, 36 (otuz altı) ay müddətinə, illik 6 (altı) faiz olmaqla kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh, X9, X10 və X8 ilə Bank arasında 05 avqust 2015-ci il tarixdə 0201 saylı ipoteka müqaviləsi bağlanmış və Girovqoyanlara məxsus olan Bərdə rayonu, Xanxanımlı kəndində yerləşən fərdi yaşayış evi 0.10 ha torpaq sahəsi ilə birlikdə ipoteka (girov) ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309cu və İpoteka haqqında Qanunun 10.4 maddələrinə uyğun olaraq ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı xx.xx.2015-ci il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın Bankın xeyrinə yüklü edilməsi barədə RX ******* No-li Çıxarış verilmişdir. Lakin Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 02 iyun 2020-ci il tarixinə Banka 5483.70 (beş min dörd yüz səksən üç) manat 70 qəpik məbləğində əsas borc, 664.06 (altı yüz altmış dörd) manat 06 qəpik məbləğində faiz borcu, 0 (sıfır) manat cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 562.99 (beş yüz altmış iki) manat 99 qəpik, ümumilikdə isə 6710.75 (altı min yeddi yüz on) manat 75 qəpik məbləğində borcu qalmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X12 məhkəməyə ərizə göndərərək. Onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh, X9, X8 və X10 məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. . Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, №020 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 18 aylıq güzəştlə 36 ay müddətinə illik 6% olmaqla 5500 (beş min beş yüz) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh, X10, X9, X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İpoteka Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixli, №020 saylı kredit müqaviləsinə əsasən 18 aylıq güzəştlə 36 ay müddətinə illik 6% olmaqla 5500 (beş min beş yüz) manat məbləğində verilmiş kreditin təminatı olaraq Cavabdeh, X3, X4, X1 mülkiyyətindəki Bərdə rayon Xanxanımlı kəndində 0.10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 91.5 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yardımçı sahəsi 10.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 8300 (səkkiz min üç yüz ) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş RX seriyalı, №0660696 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Xanxanımlı kəndində 0.10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 91.5 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yardımçı sahəsi 10.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evi Cavabdeh (fərdi yaşayış evi tam, torpaq sahəsi ¼ hissəsi), X3 (torpaq sahəsi ¼ hissəsi), X4 (torpaq sahəsi ¼ hissəsi), X1 (torpaq sahəsi ¼ hissəsi) ümumi birgə mülkiyyətindədir. Mülki işə əlavə edilmiş RX seriyalı, №0712673 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh, X3, X4, X1 ümumi birgə mülkiyyətində olan Bərdə rayon Xanxanımlı kəndində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.(yüklülüyün müddətixx.xx.2015-36 ay) Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh, X3, X5, X2 bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 693 saylı Ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh, X3, X4, X1 mülkiyyətində olan Bərdə rayon Xanxanımlı kəndində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş 02-117/23 saylı xx.xx.2023-cü il tarixli Ekspert Rəyindən görünür ki, xx.xx.2015-ci ildə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli MA № ******* saylı çıxarışa əsasən Bərdə rayonu Xanxanımlı kəndində yerləşən cavabdehlər Cavabdeh, X5, X6 və X7 1/4 paylarla məxsus olan 0.10 ha torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan fərdi yaşayış evi ilə birlikdə xx.xx.2023-cü il tarixinə: bazar dəyəri 33000 (otuz üç min) manat, likvid dəyəri 28 000 (iyirmi səkkiz min) manat dəyərində qiymətləndirilmişdir. (aparılmış tədqiqatın dəyəri 250 manat) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9\5451 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcu müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə: əsas borc üzrə - 5483,70 manat, faiz borcu üzrə - 741,50 manat, iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2020-ci il tarixə: əsas borc üzrə - 5483,70 manat, faiz borcu üzrə - 1245,69 manat. Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən müqavilənin müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2020-ci il tarixədək hesablanmış faiz borcu 504,20 manat, müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixdən Bərdə rayon Məhkəməsinin hazırkı qərardadı qəbul olunan xx.xx.2023-cü il tarixədək isə 1313,80 manat müəyyən edildi. Həmçinin qeyd edilir ki, müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixdən Bərdə rayon Məhkəməsinin hazırkı qərardadı qəbul olunan xx.xx.2023-cü il tarixədək 695,0 manat ödəniş aparıldığı və həmin ödənişlərin də cavabdehin faiz borcundan silinməsi müəyyən edildi. Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən borcluya bildiriş göndərilən 09 mart 2018-ci il tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2020-ci il tarixədək hesablanmış faiz borcu 640,37 manat, borcluya bildiriş göndərilən 09 mart 2018-ci il tarixdən Bərdə rayon Məhkəməsinin hazırkı qərardadı qəbul olunan xx.xx.2023-cü il tarixədək isə 1449,98 manat müəyyən edildi. Həmçinin qeyd edilir ki, borcluya bildiriş göndərilən 09 mart 2018-ci il tarixdən Bərdə rayon Məhkəməsinin hazırkı qərardadı qəbul olunan xx.xx.2023-cü il tarixədək 695,0 manat ödəniş aparıldığı və həmin ödənişlərin də cavabdehin faiz borcundan silinməsi müəyyən edildi. (aparılmış tədqiqatın dəyəri 145 manat) Mülki işə əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, İddiaçı ASC məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixli, №020 saylı saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 18 aylıq güzəştlə 36 ay müddətinə illik 6% olmaqla 5500 (beş min beş yüz) manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Mülki Məcəllənin 741.2-ci maddəsinə əsasən borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış faiz və Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən hesablanmış faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, Ekspert rəyi əsasında Cavabdeh banka olan faiz borcu tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından iddia tələbinin faiz borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən hesablanmış faiz borcu nəzərdən keçirib hesab edir ki, iddia tələbi Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən hesablanmış faiz borcunun tutulması hissəsində ekspert rəyini nəzərə alaraq iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən hesablanmış faiz borcu 562,99 manat, olmuş, lakin ekspert rəyində müqavilənin müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2020-ci il tarixədək hesablanmış faiz borcu 504,20 manat, manat müəyyən olunmuşdur. Ekspert rəyi əsasında Cavabdeh banka olan kredit müqaviləsi üzrə Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən hesablanmış faiz borc məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən hesablanmış faiz borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh, X10, X9, X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №020İ saylı saylı İpoteka Müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixli, №020 saylı kredit müqaviləsinə əsasən 18 aylıq güzəştlə 36 ay müddətinə illik 6% olmaqla 5500 (beş min beş yüz) manat məbləğində verilmiş kreditin təminatı olaraq xx.xx.2015-ci ildə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli MA № ******* saylı çıxarışa əsasən Bərdə rayonu Xanxanımlı kəndində yerləşən cavabdehlər Cavabdeh, X5, X6 və X7 1/4 paylarla məxsus olan 0.10 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin Cavabdeh, X3, X4, X1 ümumi birgə mülkiyyətindəki Bərdə rayon Xanxanımlı kəndində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ] 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Bərdə rayonu Xanxanımlı kəndində yerləşən cavabdehlər Cavabdeh, X5, X6 və X7 1/4 paylarla məxsus olan 0.10 ha torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan ümumi sahəsi 91.5 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yardımçı sahəsi 10.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Bərdə rayon Xanxanımlı kəndində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın qiyməti 28000 (iyirmi səkkiz min) manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yülki edilmiş Bərdə rayon Xanxanımlı kəndində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid bazar dəyəri 28000 (iyirmi səkkiz min) manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə rayon Xanxanımlı kəndində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda sonra 1 ay ərzində evin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5483,70 manat əsas, 664,06 manat faiz, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 504,20 manat olmaqla, cəmi 6651,96 manat "xxxx" ASC -nin xeyrinə tutulmalı, tutulan məbləğ Bərdə rayonu Xanxanımlı kəndində yerləşən cavabdehlər Cavabdeh, X5, X6 və X7 1/4 paylarla məxsus olan 0.10 ha torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan ümumi sahəsi 91.5 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yardımçı sahəsi 10.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməli, mənzilin ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçisinə qaytarılmalı, fərdi yaşayış evi satıldıqdan sonra 1 ay ərzində boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 30 manat məbləğində rüsum cavabdehlər Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 250 manat Cavabdeh tutularaq "xxxx" MMC -yə ödənilməlidir. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5483,70 manat əsas, 664,06 manat faiz, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 504,20 manat olmaqla, cəmi 6651,96 (altı min altı yüz əlli bir manat doxsan altı qəpik) manat alınaraq Ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Tutulan məbləğ Bərdə rayonu Xanxanımlı kəndində yerləşən cavabdehlər Cavabdeh, X5, X6 və X7 1/4 paylarla məxsus olan 0.10 ha torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan ümumi sahəsi 91.5 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yardımçı sahəsi 10.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilsin. Fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İpoteka predmetinin ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq Ləğv prosesində olan İddiaçı -yə ödənilsin. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 30 manat məbləğində rüsum cavabdehlər Cavabdeh alınaraq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 250 manat Cavabdeh tutularaq "xxxx" MMC -yə ödənilsin. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar