Məhkəmə qərarları › İş №2(021)-462/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-462/2025

12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-462/2025 12.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qızına qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2120 manat pulun və ödənilmiş 42 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ildə səhhəti ilə bağlı ciddi problemlər yaranmış və bu səbəbdən ona Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən İİ qrup əlillik statusu təyin olunmuşdur. Bu əlillik statusuna görə ona təqaüd təyin edilmiş və o, beş il ərzində müntəzəm olaraq bu təqaüdü almışdır. Lakin, 2022-ci ilin noyabr ayında gözlənilmədən ona təyin olunmuş təqaüd kəsilmişdir. Bu məsələnin həllini tapmaq üçün o, DOST Agentliyinə müraciət etmişdir. Agentlikdən ona bildirilmişdir ki, təqaüdünün bərpa olunması üçün müəyyən prosedurların tamamlanması gözlənilir və onunla bir müddət sonra əlaqə saxlanılacaq. Lakin, aylar keçməsinə baxmayaraq, heç bir xəbər gəlməmiş və təqaüdü yenidən bərpa olunmamışdır. 2023-cü ilin iyun ayında o, bacısı Elyanuranın evində olarkən bacısı ona Bərdə rayonu Ərəblər kəndində yaşayan və "Tik-Tok" sosial şəbəkəsində tanış olduğu Cavabdeh adlı bir şəxs haqqında danışmışdır. Bacısı bildirmişdir ki, Elgiz özü də əlill statusuna malikdir və əlilliklə bağlı bir çox insanın pensiyalarının bərpa edilməsində onlara köməklik göstərmişdir. X2 əlaqə saxlamış və onun təqaüdünün bərpası məsələsini ona danışmışdır. Elgiz onun təqaüdünün bərpa olunması üçün 2500 manat məbləğində pul istəmişdir. Daha sonra, bacısı Elyanura onun verdiyi 800 manat məbləğində pulu Bərdə şəhərində yerləşən "Prins" restoranında Cavabdeh çatdırmışdır. Bir müddət keçdikdən sonra, Elgiz bacısı Elyanuraya yenidən zəng edərək, təqaüdün bərpa olunduğunu və qalan 1700 manat məbləğində pulu da ona çatdırmağı istəmişdir. O, yenidən bacısı vasitəsilə 1700 manat pulu Cavabdeh göndərmişdir və bacısı həmin məbləği yenə də Bərdə şəhərindəki "Prins" restoranında Elgizə təhvil vermişdir. Elgiz ona tezliklə təqaüdün köçürüləcəyini bildirmişdir və ondan bank kartlarının şəklini istəmişdir. Ona etibar edərək, bank kartlarının şəkillərini Elgizə göndərmişdir. 2023-cü ilin iyul ayının 18-də onun "Kapital Bank"a məxsus "Cashback" kartına 280 manat "card to card" vasitəsilə pul köçürülmüşdür. Lakin, həmin pulun təqaüd olmadığını dərhal anlamiş və dərhal Elgizə zəng edərək bu barədə məlumat vermişdir. Elgiz onu aldatdıqlarını etiraf etmiş və ona bu məsələni tezliklə həll edəcəyini bildirmişdir. Lakin, bundan sonra dəfələrlə Elgizə zəng etsə də, Elgiz onunla əlaqəni kəsmişdir və borclu olduğu pulu ona qaytarmaqdan boyun qaçırmışdır. Nəhayət, bir müddət sonra Elgiz cəmi 100 manat pul göndərmiş, lakin bu məbləğ onun verdiyi pulun çox kiçik bir hissəsi olmuşdur. Vəziyyət daha da qəlizləşdiyindən Cavabdeh barəsində cinayət işinin qaldırılması ilə bağlı şikayət etmişdir. O, barəsində Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)- 107/2024 saylı hökmü ilə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət təqibi və məhkəmə icraatı zamanı savadsızlığından mülki iddiaçı kimi ona vurulmuş maddi zərərin əvəzi olaraq 2120 (iki min yüz iyirmi) manat ödənilməsini tələb etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA №1426205 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 1(021)104\2024 saylı xx.xx.2024cü il tarixli hökmündən müəyyən olunur ki, təqsirləndirilən şəxs Cavabdeh tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə "TikTok" sosial şəbəkəsində tanış olduğu X1 vasitəsi ilə tanıdığı ünvan 1 ünvanında yaşayan İddiaçı ilə 2023-cü ilin iyun ayının əvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, sonuncunun əlliliyə görə təqaüdünü bərpa etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində İddiaçı pulunu ələ keçirmək məqsədi ilə onu aldadaraq, 2023-cü ilin iyun ayının əvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, zərərçəkmiş şəxs İddiaçı bacısı X1 vasitəsi ilə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən "Prins" restoranında İddiaçı 800 manat pulunu, 2023-cü ilin iyun ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, zərərçəkmiş şəxs İddiaçı bacısı X1 vasitəsi ilə Bərdə şəhəri H.Əliyev prospektinde yerləşən "Prins" restoranında İddiaçı 1700 manat pulunu, ümumilikdə İddiaçı 2500 (iki min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı Cavabdeh özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İddiaçı 2120 manat pul verməlidir. Həmçinin zərərçəkmiş şəxs İddiaçı ifadəsində bildirmişdir ki, hazırda Cavabdeh ona 2120 manat pul ödəməlidir. Mülki işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən 44 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə "TikTok" sosial şəbəkəsində tanış olduğu X1 vasitəsi ilə tanıdığı ünvan 1 ünvanında yaşayan İddiaçı ilə 2023-cü ilin iyun ayının əvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, sonuncunun əlliliyə görə təqaüdünü bərpa etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində İddiaçı pulunu ələ keçirmək məqsədi ilə onu aldadaraq, 2023-cü ilin iyun ayının əvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, zərərçəkmiş şəxs İddiaçı bacısı X1 vasitəsi ilə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən "Prins" restoranında İddiaçı 800 manat pulunu, 2023-cü ilin iyun ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, zərərçəkmiş şəxs İddiaçı bacısı X1 vasitəsi ilə Bərdə şəhəri H.Əliyev prospektinde yerləşən "Prins" restoranında İddiaçı 1700 manat pulunu, ümumilikdə İddiaçı 2500 (iki min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Cavabdeh həmin pulun 280 manatını iddiaçının bank kartına köçürmüş, 100 manatını isə nağd vermiş, hazırda isə 2120 manat pulunu mənimsəyərək verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə cavabdehin İddiaçı 2110 manat borcu olmasını işin mübahisəsiz halı kimi qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Bərdə rayon Məhkəməsinin 1(021)104\2024 saylı xx.xx.2024-cü il tarixli hökmü nəzərə alınmaqla, Cavabdeh 2120 manat alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 44 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 2120 (iki min yüz iyirmi manat) manat alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar