Məhkəmə qərarları › İş №2(021)-466/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-466/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-466/2023 07.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağiyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı "Prins Kredı̇ t İ̇ttı̇ faqı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Prins Kredı̇ t İ̇ttı̇ faqı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdehlər Hacıyev Emı̇ n Famı̇ l oğluna, Cavabdeh2 İ̇smayıl oğluna, Hacıyeva Svetı̇ k Şahbaz qızına qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı “Prins Kredı̇ t İ̇ttı̇ faqı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti cavabdehlər Hacıyev Emı̇ n Famı̇ l oğluna, Cavabdeh2 İ̇smayıl oğluna, Hacıyeva Svetı̇ k Şahbaz qızına qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "Prins Kredı̇ t İ̇ttı̇ faqı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X2 iddia tələbinin baxılmamış saxlanılmasını və sənədlərin qaytarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı "Prins Kredı̇ t İ̇ttı̇ faqı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, cavabdehlə aralarında qarşılıqlı razılıq əldə olunduğuna görə iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı "Prins Kredı̇ t İ̇ttı̇ faqı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdehlər Hacıyev Emı̇ n Famı̇ l oğluna, Cavabdeh2 İ̇smayıl oğluna, Hacıyeva Svetı̇ k Şahbaz qızına qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "Prins Kredı̇ t İ̇ttı̇ faqı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdehlər Hacıyev Emı̇ n Famı̇ l oğluna, Cavabdeh2 İ̇smayıl oğluna, Hacıyeva Svetı̇ k Şahbaz qızına qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı "Prins Kredı̇ t İ̇ttı̇ faqı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən ödənilmiş dövlət rüsumu 99 (doxsan doqquz ) manat geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar