Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4683/2023 12.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “hesablanmış borcun silinməsi ” tələbinə dair iddia ərizəsini və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “hesablanmış borcun silinməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, tələb iddia ərizəsi formasında verilmiş, iddia ərizəsinin xahiş etdi hissəsində inzibati qərarlara və protokollara əsasən hesablanmış borcun ona münasibətdə silinməsini tələb edilmişdir. Lakin ərizədə hansı inzibati xəta haqqında iş üzrə qərarlardan bəhs olunması müəyyən olunmur ,həmçinin tələb olunan silinməli məbləğin nə qədər olması qeyd olunmamış , ərizəyə həmin qərarlar əlavə olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının cavabdeh qismində qeyd etdiyi Cavabdeh inzibati qərarlara və protokollara əsasən hesablanmış borcun ona münasibətdə silinməsini tələb etməsi düzgün olmayan tələbdir. Belə ki, əgər həmin qərarlar mövcuddursa, cavabdeh qismində qərarı qəbul edən orqan ola bilər. Yox əgər həmin qərarlar üzrə ödəniş olunubsa, Cavabdeh qarşı reqres qaydada pul tələbi irəli sürülə bilər. Məhkəmə qeyd edir ki, hazırkı tələb aydın olmadığından məhkəmə işə mülki icraat qaydasında, yoxsa inzibati icraat qaydasında baxılmasını müəyyən edə bilmir. MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə, iddia ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “hesablanmış borcun silinməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149- 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “hesablanmış borcun silinməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-4683/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4683/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver