Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4773/2023 18.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, Kreditor X1 borclu Cavabdeh qarşı “borcun ödənilməsi ” tələbinə dair iddia ərizəsini və əılavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kreditor X1 borclu Cavabdeh qarşı “borcun ödənilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı ərizə forma və məzmun baxımından Azərbaycan Respublikası MPM-in tələblərinə riayət edilmədən tərtib olunmuşdur. Belə ki, məhkəmə qeyd edir ki, tələb kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verildikdə tərəflər kreditor və borclu deyil, iddiaçı və cavabdeh kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, kreditor X1 borclu Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kreditor X1 borclu Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. X2 tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə l̇ixadəm( qəbzi:**********( xx.xx.2023-cü il tarixdə ödənilmiş 33.21 manat geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-4773/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4773/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver