Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-48/2025 24.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul, çəkilmiş xərcin əvəzinin qaytarılması. Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.440 manat pul vəsaitinin və 122 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh məhkəmədə iddia qaldıraraq, ona və ailə üzvülərinə "Torpağa mülkiyyət hüququna dair" JN 0031 saylı Dövlət Aktı əsasında məxsus olan Bərdə rayonu, Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddia təmin edilmişdir. Cavabdeh özünə məxsus Bərdə rayonu Alpoud kəndində yerləşən 1.28 ha torpaq sahəsini 2400 manat qarşılığında ona satmışdır və həmin torpağı hal-hazırda da istifadə edir. Buna sübut kimi Torpağa Mülkiyyət Hüququna dair JN 0031, KOD 61001018 nömrəli Dövlət Aktının məndə olmasını əsas gətirmişdir. Buna baxmayaraq cavabdeh yuxarıda qeyd etdiyi iddianı qaldırmış və torpağı öz adına rəsmiləşdirmədiyi üçün iddiası təmin edilmişdir. Bu səbəbdən də həmin torpaq sahəsini almaq üçün hazırki iş üzrə cavabdehə verdiyi 2.400 manat, eləcə "X4" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, də həmin torpaq sahəsini əkinə yararlı hala salmaq üçün 8040 manat xərc çəkmişdir. Ümumilikdə 10.440 manat məbləğində pulu geri tələb etsə də heç bir nəticəsi olmamışdır.Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-48/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə cavabdehdən çəkilmiş xərcin əvəzi olaraq 8040 manat pul tələbi hissəsində icraata xitam verilmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək bildirdi ki, Bərdə rayon Alpoud kəndində yerləşən 1.28 ha torpaq sahəsini cavabdehdən 2014-cü il tarixdə 2400 manat almışdır. Cavabehin qaynatası Habilin təcili əməliyyat olunmalı olduğunu bildirmişdir. O, 2400 manatı Habilə vermişdir. 2014-cü ildən 2021-ci ilin axrına kimi həmin torpaq sahəsindən istifadə etmişdir. Habil əməliyyat olunduqdan sonra alqı-satqı müqaviləsinin rəsmiləşdirəcəyini söz vermiş, lakin vədinə əməl etməmişdir. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. İİİ. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
Seriya AZE №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.11964-cü il tarixdə Bərdə rayon Alpout kəndində anadan olmuşdur. Bərdə rayon Alpout kəndində qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 858 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Alpout kəndində yaşayır. Seriya AZE №07258152 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1972-ci il tarixdə Bərdə rayon Alpoud kəndində anadan olmuşdur. Bərdə rayon Alpoud kəndində qeydiyyatdadır. “X4” MMC-nin xx.xx.2023-cü il tarixli Mütəxəssis Rəyindən görünür ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi 1.28 ha torpaq sahəsinin əkinə yararlı olması, su kanalının və körpünün salınması üçün çəkilən xərc 8040 manat dəyərində qiymətləndirilmişdir. "Torpağa mülkiyyət hüququna dair" JN 0031 saylı Dövlət Aktın surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.998-ci il tarixli 09 nömrəli qərarı ilə 1.28 ha torpaq sahəsi Bərdə rayon Alpoud kənd sakini Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(021)-3123/22 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh mülkiyyətində olan Bərdə rayonu Alpoud kəndində yerləşən 1.28 ha torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-841/2023 saylı qətnaməsindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(021)-3123/22 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(021)-3123/22 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)2719/2023 saylı Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)- 841/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)-841/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 122 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarına əsasən, Bərdə rayonu, Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X5 və X2 mülkiyyətinə verilmişdir. İddiaçı Cavabdeh məhkəmədə iddia qaldıraraq, İddiaçı ona və ailə üzvülərinə "Torpağa mülkiyyət hüququna dair" JN 0031 saylı Dövlət Aktı əsasında məxsus olan Bərdə rayonu, Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)- 841/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)2719/2023 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)-841/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh və ailə üzvləriə məxsus olan torpaq sahəsini 2014-cü ildən əkib-becərmişdir. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmənin qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi və bu maddədən irəli gələrək Məcəllənin 1091 və 1092-ci maddələri təşkil edir. Qanunun həmin normalarına əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə tələbetmə hüququ isə əsassız varlanmadan irəli gəlir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata şirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırda iddia üzrə işin mübahisəli halı torpaq sahəsinin alqı-satqısına 2400 manat ödənilməsi ilə bağlıdır. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun."da mihi factum, dabo tibi ius" ("mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm") prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahəsini almaq üçün cavabdehə ödədiyi pulu geri istəyir. Bu halda sübutetmə yükü ilk iddia üzrə iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Həmçinin, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar... təqdim olunması tərəflərin birbaşa vəzifəsidir "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə yuxarıda göstərilənlərlə yanaşı qeyd edir ki, İddiaçı həmin mübahisəli torpaq sahəsinin almaq üçün cavabdehə 2400 manat pul ödəsə də , hazırkı vaxta qədər həmin torpaq sahəsindən istifadə nəticəsində qeyd olunan məbləğdən müqayisə olunmaz dərəcədə gəlir götürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin təmin olunması iddiaçının əsassız varlanmasına gətirib çıxara bilər ki, bu da yol verilməzdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 122,00 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fərman Abdullayev