Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4871/2025 16.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “kredit borcu” tələbinə dair kçik mübahisələr üzrə iddia ərizəsinə Bərdə rayon məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1014,15 manat əsas kredit borcun, 91,80 manat faiz borcunun, 83 manat cərimənin, cəmi 1188,95 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə məhkəməyə təqdim edilərkən ərazi aidiyyəti ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilməmişdir. “Elektron-məhkəmə” informasiya sistemində edilmiş soğular əsasında müəyyən olunmuşdur ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu yer (yaşayış yeri) Ağdam rayonu, Xatınbəyli Ərazi Dairəsinin Xatınbəyli kəndidir. Buna baxmayaraq iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə deyil, Bərdə rayon məhkəməsinə verilmişdir. Hazırki iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu ərazi aidiyyəti üzrə Ağdam rayon Məhkəməsinə təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəlləsinin) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 35.1-ci və 35.2-ci maddələrində mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 32 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. MPM-nin 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Bank Olmayan Kredit Təşkilatı İddiaçı tərəfindən ödənilmiş (xx.xx.2025-ci il tarixli, **********) 32 manat dövlət rüsumu Bank Olmayan Kredit Təşkilatı İddiaçınə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Hаkim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-4871/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4871/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver