Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4893/2025 26.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlu , İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixə yaranmış, xx.xx.2024-cü il tarixli, 4719 nömrəli müqavilə üzrə 66 manat əsas borcun, borcu vaxtında ödəmədiyinə görə hesablanmış 15 manat cərimə, cəmi 81 manat borcun, xx.xx.2024-cü il tarixli, 4640 nömrəli müqavilə üzrə 440 manat əsas borcun, borcu vaxtında ödəmədiyinə görə hesablanmış 60 manat cərimə, cəmi 500 manat borcu, xx.xx.2024-cü il tarixli, 4508 nömrəli müqavilə üzrə 1106 manat əsas borcun, borcu vaxtında ödəmədiyinə görə hesablanmış 90 manat cərimə, cəmi 1196 manat borcun, xx.xx.2024-cü il tarixli, 5294 nömrəli müqavilə üzrə 255 manat əsas borcun, borcu vaxtında ödəmədiyinə görə hesablanmış 25 manat cərimə borcu və 40,60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə 4719 nömrəli Nisyə (kreditə) alqı-satqı müqaviləsi bağayaraq ona nisyə satış dəyəri 99 manat olan 1 ədəd Meyvə Qurudan satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ilkin olaraq 33 manat ödəniş etmiş, 66 manat borcunu 1 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə 4640 nömrəli Nisyə (kredite) alqı-satqı müqaviləsi bağayaraq ona nisyə satış dəyəri 840 manat olan 1 ədəd ANKASTİR satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ilkin olaraq 60 manat ödəniş etmiş, 780 manat borcunu hissə-hissə 18 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə 4508 nömrəli Nisyə (kredita) alqı-satqı müqaviləsi bağayaraq tona nisyə satış dəyəri 1306 manat olan 1 ədəd 18 BT AUX satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ilkin olaraq 100 manat ödəniş etmiş, 1206 manat borcunu hissə-hissə 18 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə 5294 nömrəli Nisyə (kreditə) alqı-satqı müqaviləsi bağayaraq ona nisyə satış dəyəri 500 manat olan 1 ədəd Asbirator-Qaz-Plitqa satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ilkin olaraq 0 manat ödəniş etmiş, 500 manat borcunu hissə-hissə 12 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu Cavabdeh bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi nəzərdə tutulmuş qaydada yerinə yetirməmişdir . Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə 4719 nömrəli Nisyə (kreditə) alqı-satqı müqaviləsi bağayaraq ona nisyə satış dəyəri 99 manat olan 1 ədəd Meyvə Qurudan satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ilkin olaraq 33 manat ödəniş etmiş, 66 manat borcunu 1 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə 4640 nömrəli Nisyə (kredite) alqı-satqı müqaviləsi bağayaraq ona nisyə satış dəyəri 840 manat olan 1 ədəd ankastr satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ilkin olaraq 60 manat ödəniş etmiş, 780 manat borcunu hissəhissə 18 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə 4508 nömrəli Nisyə (kredita) alqı-satqı müqaviləsi bağayaraq tona nisyə satış dəyəri 1306 manat olan 1 ədəd 18 BT AUX satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ilkin olaraq 100 manat ödəniş etmiş, 1206 manat borcunu hissə-hissə 18 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə 5294 nömrəli Nisyə (kreditə) alqı-satqı müqaviləsi bağayaraq ona nisyə satış dəyəri 500 manat olan 1 ədəd Asbirator-Qaz-Plitqa satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ilkin olaraq 0 manat ödəniş etmiş, 500 manat borcunu hissə-hissə 12 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 4719 nömrəli müqavilə üzrə 66 manat əsas borc, 4 manat cərimə, cəmi 70 (yetmiş) manat, xx.xx.2024-cü il tarixli, 4640 nömrəli müqavilə üzrə 440 manat əsas borc, 20 manat cərimə, cəmi 460 (dörd yüz altmış ) manat , xx.xx.2024-cü il tarixli, 4508 nömrəli müqavilə üzrə 1106 manat əsas borc, 34 manat cərimə, cəmi 1140 (bir min yüz qırx )manat , xx.xx.2024-cü il tarixli, 5294 nömrəli müqavilə üzrə 255 manat əsas borc, 10 manat cərimə, cəmi 265 (iki yüz altmış beş ) manat borcu qalmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35.52 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə İddiaçı iddiasının cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmadığından yüksək hesablanmış dəbbə pulu hər müqaviləyə münasibətdə azaldılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 4719 nömrəli müqavilə üzrə 66 manat əsas borc, 4 manat cərimə, cəmi 70 (yetmiş) manat , xx.xx.2024-cü il tarixli, 4640 nömrəli müqavilə üzrə 440 manat əsas borc, 20 manat cərimə, cəmi 460 (dörd yüz altmış ) manat , xx.xx.2024-cü il tarixli, 4508 nömrəli müqavilə üzrə 1106 manat əsas borc, 34 manat cərimə, cəmi 1140 (bir min yüz qırx )manat , xx.xx.2024-cü il tarixli, 5294 nömrəli müqavilə üzrə 255 manat əsas borc, 10 manat cərimə, cəmi 265 (iki yüz altmış beş ) manat borc və ödənilmiş 34 manat məbləğində dövlət rüsumu tutularaq Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 4719 nömrəli müqavilə üzrə 66 manat əsas borc, 4 manat cərimə, cəmi 70 (yetmiş) manat borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 4640 nömrəli müqavilə üzrə 440 manat əsas borc, 20 manat cərimə, cəmi 460 (dörd yüz altmış ) manat borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 4508 nömrəli müqavilə üzrə 1106 manat əsas borc, 34 manat cərimə, cəmi 1140 (bir min yüz qırx )manat borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 5294 nömrəli müqavilə üzrə 255 manat əsas borc, 10 manat cərimə, cəmi 265 (iki yüz altmış beş ) manat borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 34 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-4893/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4893/2025
26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver