Məhkəmə qərarları › İş №2(021)-492/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-492/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-492/2021 08.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Məmmədov Rafiq Ələkbər oğluna və Cavabdeh2 kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Məmmədov Rafiq Ələkbər oğlundan və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 25R000002084 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 8280,67 ABŞ dolları məbləğində kredit borcu, 8562,75 ABŞ dolları məbləğində faiz borcu və 13536,16 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 025R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 3518,55 ABŞ dolları məbləğində kredit borcu, 3131,44 ABŞ dolları məbləğində faiz borcu və 4401,54 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 41431,11 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Məmmədov Rafiq Ələkbər oğlunun mülkiyyətində olan Bərdə şəhəri, X5 küçəsində xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2/4 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 41431,11 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Məmmədov Rafiq Ələkbər oğlundan, Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Məmmədov Rafiq Ələkbər oğlunun mülkiyyətində olan Bərdə şəhəri, X5 küçəsində xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2/4 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Məmmədov Rafiq Ələkbər oğlunun istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Məmmədov Rafiq Ələkbər oğluna "xxxx" QSC ilə bağladığı 06.07.2011-ci il tarixli 25L000000055 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Məmmədov Rafiq Ələkbər oğlu "xxxx" QSC ilə bağladığı 10.04.2014-cü il tarixli 25R000002084 saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 03.04.2015-ci il tarixli 25R000002084S saylı, 10.12.2015-ci il tarixli 25R000002084SA saylı, 01.03.2016-cı il tarixli 25R000002084SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Məmmədov Rafiq Ələkbər oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.06.2016-cı il tarixdən banka qaytarmamışdır. Məmmədov Rafiq Ələkbər oğlu götürdüyü kredit borcundan 7719,33 ABŞ dolları ödəmiş, onun 8280,67 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Məmmədov Rafiq Ələkbər oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.10.2020-ci il tarixə 1600 gün üçün hesablanmış faiz borcu 8562,75 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 06.10.2020-ci il tarixə 1600 gün üçün hesablanmış cərimə 13536,16 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Məmmədov Rafiq Ələkbər oğlu "xxxx" QSC ilə bağladığı 12.06.2015-ci il tarixli 025R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 5500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 10.12.2015-ci il tarixli 025R**********S saylı, 01.03.2016-cı il tarixli 025R**********SA saylı, 16.03.2017-ci il tarixli 025R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Məmmədov Rafiq Ələkbər oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 17.07.2017-ci il tarixdən banka qaytarmamışdır. Məmmədov Rafiq Ələkbər oğlu götürdüyü kredit borcundan 1981,45 ABŞ dolları ödəmiş, onun 3518,55 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Məmmədov Rafiq Ələkbər oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.10.2020-ci il tarixə 1177 gün üçün hesablanmış faiz borcu 3131,44 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 06.10.2020-ci il tarixə 1177 gün üçün hesablanmış cərimə 4401,54 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Məmmədov Rafiq Ələkbər oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Məmmədov Rafiq Ələkbər oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Məmmədov Rafiq Ələkbər oğlunun öhdəliyinin icrasını təmin etmək məqsədilə cavabdeh- ipoteka qoyan Məmmədov Rafiq Ələkbər oğlu və bank arasında bağlanmış 07.07.2011-ci il tarixli 25M000000031 saylı ipoteka müqaviləsi (Bərdə rayonu dövlət notariat kontorunun dövlət notariusu Həsənzadə M.Ə. tərəfindən təsdi edilib) əsasında ona məxsus Bərdə şəhəri, X5 küçəsində xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2/4 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən 11 nömrəli reyestr kitabının 165 nömrəli vərəqinsə qeydiyyata alınmış RX ******* saylı çıxarışla Bərdə şəhəri, X5 küçəsində xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2/4 saylı fərdi yaşayış evi Məmmədov Rafiq Ələkbər oğlunun kredit öhdəliyinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 16.09.2020-ci il tarixdə ipoteka predimetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 22.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mönsüm oğluna məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mönsüm oğlunun məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06.07.2011-ci il tarixli 25L000000055 saylı kredit xətti müqaviləsindən müəyyən edilir ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra “kredit” adlandırılacaq) kredit alana 500000(əlli min) manat məbləğində kredit xəttini (bundan sonra kredit xətti adlandırılacaq) açır. Kreditlər tərəflər arasında “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca razılaşma (bundan sonra “KreditRazılaşmaları”) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. -Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 30 ay müddətinə verilməlidir. -Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. İş materiallarında olan 10.04.2014-üi il tarixli 25R000002084S saylı 12.06.2015-ci il tarixli 25L**********SA saylı, 25R000002084SB sazişlə razılaşmaya və ödəniş pıanına dəyişiklik edilmişdir. Həmin razılaşmaya əsasən 30 ay müddətinə aylıq faiz dərəcəsi 2 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Qeyd edilən kredit razılaşmasından müəyyən olunur ki, bank məbləği 16000 ABŞ dolları olan krediti (bundan sonra “Kredit” adlandırılacaq) aylıq faiz dərəcəsi 2 % olmaqla 30 ay müddətinə kredit alana verir. -Kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 06.07.2011-ci il tarixli 25L000000055 saylı kredit xətt müqaviləsi üzrə kredit razılaşmasından müəyyən olunur ki, bank məbləği 5500 ABŞ dolları olan krediti (bundan sonra “Kredit” adlandırılacaq) 24 ay üçün aylıq 1,6667 faiz dərəcəsi 2 faiz olmaqla kredit alana verir. -Kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.04.2015-cü il tarixli25R000002084S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən müəyyən edilir ki, bank ilə kredit alan arasında 06.07.2011-ci il tarixli 25L000000055 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 10.04.2014-cü il tarixdə bağlanmış 25R000002084 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 10.10.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. -Xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. İş materiallarında olan 10 dekabr 2015-ci il tarixli 25R000002084SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən müəyyən edilir ki, bank ilə kredit alan arasında 06.07.2011-ci il tarixli 25L000000055 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 10.04.2014-cü il tarixdə bağlanmış 25R000002084 saylı kredit razılaşması əsasında kredit alan bu günə olan kredit qalığına faizlər 20 ay ərzində aylıq 2 faiz olmaqla hesablanacaq. -Bu sazişə əsasən kredit alan kreditin qalığını və hesablanmış faizləri 03.01.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 03 aprel 2015-ci il tarixli 25R000002084S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən müəyyən edilir ki, bank ilə kredit alan arasında06 iyul 2011-ci il tarixli 25L000000055 saylı kredit müqaviləsi üzrə 10 aprel 2014-cü il tarixdə bağlanmış 25R000002084 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 10.12.2015-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. -Xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyitada da banka ödəməlidir. İş materiallarında olan 01 mart 2016-cı il tarixli 25R**********SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən müəyyən edilir ki, bank ilə kredit alan arasında 06 iyul 2011-ci il tarixli 25L000000055 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 10 aprel 2014-ci il tarixdə bağlanmış 25R00002084 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 01 mart 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. -Xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyitada da banka ödəməlidir. İş materiallarında olan 16 mart 2017-cı il tarixli 25R000002084SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən müəyyən edilir ki, bank ilə kredit alan arasında 06 iyul 2011-ci il tarixli 25L000000055 saylı kredit müqaviləsi üzrə 12 iyun 2015-ci il tarixdə bağlanmış 25R000002084 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 16.03.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. -Xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyitada da banka ödəməlidir. İş materiallarında olan 06 iyul 2011-ci il tarixli 25S000000150 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, borclu Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 Mönsüm oğlu bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 07 iyul 2011-ci il tarixli 25M000000031 nömrəli ipoteka müqaviləsindən müəyyən olunur ki, kreditin təminatı kimi Bərdə şəhəri, X5 küçəsində xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2/4 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 11018 manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsinin verdiyi MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evi Cavabdeh1 mülkiyyəti kimi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsinin verdiyi MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Cavabdeh1na məxsus, ünvan 1 ünvanda yerləşən yaşayış evi 0,03 ha torpaq sahəsi ilə birlikdə 06 iyul 2011-ci il tarixli 25L000000055 nömrəli kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi 120 ayadək ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsinə dair 2020-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh1 oğlu ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanıldığı xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/7397 saylı rəyindən müəyyən edilir ki, Məmmədov Rafiq Ələkbər oğlunun 10 aprel 2014-cü il tarixli 25 R000002084 saylı kredit razılaşması; 03 aprel 2015ci il tarixli «saziş»; 10 dekabr 2015-ci il tarixli «saziş» və 01 mart 2016-cı il tarixli «sazişin» şərtlərinə uyğun olaraq 20 oktyabr 2017-cil tarixə (müqavilə müddətinin sonuna) banka olan əsas borcu 8309,42 ABŞ dolları, faiz borcu 3186,02 ABŞ dolları təşkil etmişdir. Kreditin statusu vərəqəsindən göründüyü kimi 20 fevral 2018-ci il tarixdə 124,91 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Ödəniş nəzərə alınmaqla həmin müqavilə üzrə Məmmədov Rafiq Ələkbər oğlunun əsas borcu 8184,51 ABŞ dolları və faiz borcu 3186,02 ABŞ dolları təşkil etmişdir. 12 iyun 2015-ci il tarixli 025R********** saylı kredit razılaşması; 10 dekabr 2015-ci il tarixli «saziş»; 01 mart 2016-cı il tarixli «saziş» və 16 mart 2017-ci il tarixli «saziş»in şərtlərinə uyğun olaraqMəmmədov Rafiq Ələkbər oğlunun 19 dekabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) banka olan əsas borcu 3439,40 ABŞ dolları və faiz borcu 1224,65 ABŞ dolları təşkil etmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 10 aprel 2014-cü il tarixli 25 R000002084 saylı kredit razılaşması; 03 aprel 2015-ci il tarixli «saziş»; 10 dekabr 2015-ci il tarixli «saziş» və 01 mart 2016-cı il tarixli «sazişin» şərtlərinə uyğun olaraq 20 oktyabr 2017-cil tarixə (müqavilə müddətinin sonuna) banka olan əsas borcu 8184,51 ABŞ dolları və faiz borcu 3186,02 ABŞ dolları, 12 iyun 2015-ci il tarixli 025R********** saylı kredit razılaşması; 10 dekabr 2015-ci il tarixli «saziş»; 01 mart 2016-cı il tarixli «saziş» və 16 mart 2017-ci il tarixli «saziş»in şərtlərinə uyğun olaraq 19 dekabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) banka olan əsas borcu 3439,40 ABŞ dolları və faiz borcu 1224,65 ABŞ dolları təşkil etməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 oğlu 10 aprel 2014-cü il tarixli 25 R000002084 saylı kredit razılaşması; 03 aprel 2015-ci il tarixli «saziş»; 10 dekabr 2015-ci il tarixli «saziş» və 01 mart 2016-cı il tarixli «sazişin» şərtlərinə uyğun olaraq 20 oktyabr 2017-cil tarixə (müqavilə müddətinin sonuna) banka olan əsas borcu 8184,51 ABŞ dolları və faiz borcu 3186,02 ABŞ dolları, 12 iyun 2015-ci il tarixli 025R********** saylı kredit razılaşması; 10 dekabr 2015-ci il tarixli «saziş»; 01 mart 2016-cı il tarixli «saziş» və 16 mart 2017-ci il tarixli «saziş»in şərtlərinə uyğun olaraq 19 dekabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) banka olan əsas borcu 3439,40 ABŞ dolları və faiz borcu 1224,65 ABŞ dolları borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zaminCavabdeh2 Mönsüm oğlu kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 10 aprel 2014-cü il tarixli 25R000002084 nömrəli kredit razılaşması üzrə tələb edilən cərimə pulunun miqdarı 10 aprel 2014-cü il tarixli 25R000002084 nömrəli kredit razılaşması üzrə yaranmış əsas borc 8184,51 ABŞ dolları məbləğinə mütənasib olmadığından 13536.16 ABŞ dolları məbləğində cərimə pulunun 536,16 ABŞ dolları məbləğinə, 12 iyun 2015-ci il tarixli 025R********** nömrəli kredit razılaşması üzrə yaranmış əsas borc 3439.40 manat məbləğinə mütənasib olmadığından 4401,54 manat məbləğində cərimə pulunun 101.54 manat məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 10 aprel 2014-cü il tarixli 25R000002084 nömrəli kredit razılaşması üzrə 16000 ABŞ dolları, 12 iyun 2015-ci il tarixli 025R********** nömrəli kredit razılaşması üzrə isə 5500 ABŞ dolları məbləğində kredit alması, 10 aprel 2014-cü il tarixli 25R000002084 nömrəli kredit razılaşması üzrə 8184.51 ABŞ dolları əsas, 3186,02 ABŞ dolları faiz borcu, 536.16 ABŞ dolları cərimə, 12 iyun 2015-ci 2015-ci il tarixli 025R********** nömrəli kredit razılaşması üzrə isə 3439,40 ABŞ dolları əsas, 1224,65 ABŞ dolları faiz və 101,54 ABŞ dolları cərimə borcu yaranması sübuta yetirildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borcu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. “İpoteka haqqında” Qanunun ipoteka predmeti olan yaşayış evinə və ya mənzilə tutmanın yönəldilməsi adlanan 59-cu maddəsində qeyd edilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki; 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici “İpoteka Haqqında” Qanunun 59.3 və 59.3.1-ci maddələrinə istinadən hesab etmişdir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Raqif Ələkbər oğlu Məmmədovun 10 aprel 2014-cü il tarixli 25R000002084 nömrəli kredit razılaşması üzrə 8184.51 ABŞ dolları əsas, 3186,02 ABŞ dolları faiz borcu, 536.16 ABŞ dolları cərimə, 12 iyun 2015-ci 2015-ci il tarixli 025R********** nömrəli kredit razılaşması üzrə isə 3439 ABŞ dolları əsas, 1224,65 ABŞ dolları faiz və 101,54 ABŞ dolları cərimə borcu qətnamə icra edilərkən manata məzənnəyə uyğun olaraq tutulmalı, bu borcun ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan, Bərdə şəhəri, X5 küçəsində xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2/4 saylı yaşayış evinə yönəldilməklə, həmin fərdi yaşayış evi açıq hərracda satılmalı, əldə edilən vəsait hesabına borcların ödənilməsi təmin edilməlidir. Cavabdeh1 mülkiyyətində olan, Bərdə şəhəri, X5 küçəsində xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin hərracda satış qiyməti likvid dəyərə uyğun olaraq 12000 manat və həmin torpaq sahəsində yerləşən 2/4 ünvanda yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evinin hərracda satış qiyməti 40000 müəyyən edilsin. İş materiallarında olan fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi barədə mütəxəssis rəyindən müəyyən edilir ki, Bərdə şəhəri, X5 küçəsində xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin bazar satış qiyməti 24000 manat, likvid dəyəri isə 12000 manat, həmin torpaq sahəsində yerləşən 2/4 saylı 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evinin bazar satış qiyməti 50000 manat, likvid dəyəri isə 40000 manatdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 ipoteka qoyulmuş evi ipotekaya yönəldikdən və satıldıqdan sonra evi tərk etməyi öhdələrinə götürdüklərindən tutma ipoteka qoyulmuş Bərdə şəhəri, X5 küçəsində xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2/4 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilərək satıldıqdan sonra Cavabdeh1 istifadə hüququna xitam verilməklə bir ay müddətinə əmlakları ilə birlikdə həmin evdən çıxarılmalı və yaşayış evi mülkiyyətçiyə təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 205.2-ci maddəsində də qeyd edilmişdir ki, tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Məhkəmə iddia tələbinin əmlakın satışından əldə olunmuş vəsait banka olan borcunun qaytarılmasına kifayət etmədikdə tutmanın cavabdehlərdən tutulmasına dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Çünki qeyd olunan tələb məhkəmə qərarlarının icrası qaydasında həll edilən məsələdir. Əgər yaşayış evinin satışından əldə edilən məbləğ hazırkı tələb üzrə borcun ödənilməsinə kifayət etmədiyi halda borclunun konkret olaraq hansı əmlaklarının mövcud olması müəyyən edilməli, sonra isə icra şöbəsinin təqdimatı əsasında bu əmlak üzərinə həbs qoyulmaqla hərracda satılması yolu ilə qalan borcun ödənilməsi təmin edilməlidir. İş materiallarından olan ekspertiza xərcinə dair bildirişdən müəyyən edilir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan mütəxəssis rəyindən müəyyən edilir ki, mütəxəssis tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və ödənilmiş 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Ağentliyindəki kod 210005, VOEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VOEN ********** hesab AZ34STRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis tədqiqatının dəyəri isə 150 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq «X3 Cəmiyyətinin Kapital bank ASC-nin Mingəçevir şəhər filialındakı kod 200297, VOEN **********, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X «X3 Cəmiyyəti VOEN ********** hesab AZ51AİİB400800C**********129 hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 oğlundan və Allahverdiyev Əhliman Mönsüm oğlundan müştərək qaydada 10 aprel 2014-cü il tarixli 25R000002084 nömrəli kredit razılaşması üzrə 8184.51 ABŞ dolları əsas, 3186,02 ABŞ dolları faiz borcu, 536.16 ABŞ dolları cərimə, 12 iyun 2015-ci 2015-ci il tarixli 025R********** nömrəli kredit razılaşması üzrə isə 3439,40 ABŞ dolları əsas, 1224,65 ABŞ dolları faiz və 101,54 ABŞ dolları cərimə borcu qətnamə icra edilərkən manatın məzənnəsinə uyğun olaraq tutulub iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borcun ödənilməsi ipoteka qoyulmuş Cavabdeh1 oğlunun mülkiyyətində olan Bərdə şəhəri, X5 küçəsində 2/4 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin. Bərdə şəhəri, X5 küçəsində 2/4 ünvanda yerləşən Cavabdeh1 oğlunun mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi açıq hərracda satılsın. Bərdə şəhəri, X5 küçəsində 2/4 ünvanda yerləşən Cavabdeh1 oğlunun mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 12000 (on iki min) manat və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 40000 (qırx min) manat müəyyən edilsin. Bərdə şəhəri, X5 küçəsində 2/4 ünvanda yerləşən Cavabdeh1 oğlunun mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına borc ödənilsin. Bərdə şəhəri, X5 küçəsində xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış açıq hərracda satıldıqdan bir ay sonra Cavabdeh1 oğlunun həmin yaşayış evi üzərində istifadə hüququ itirilməklə əmlakları ilə birlikdə həmin evdən çıxarılsın və mülkiyyətçiyə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və ödənilmiş 20 (iyirmi) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Ağentliyindəki kod 210005, VOEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VOEN ********** hesab AZ34STRE******************** hesabına ödənilsin. Məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis tədqiqatının dəyəri isə 150 (yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq «X3 Cəmiyyətinin Kapital bank ASC-nin Mingəçevir şəhər filialındakı kod 200297, VOEN **********, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X «X3 Cəmiyyəti VOEN ********** hesab AZ51AİİB400800C**********129 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar