Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-494/2024 16.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X36 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə2, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2004-cü ilin oktyabr ayında ona və həyat yoldaşı X14 onlara “Torpağın mülkiyyətə verilməsinə dair” JN-154A KOD 61007028 nömrəli şəhadətnamə əsasında məxsus olan və Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən ümumi birgə mülkiyyətlərində olan 0,14 ha torpaq sahəsini almaq üçün verdiyi 12000 manatın (01 aprel 2007-ci ilədək nominasiya ilə ******* manat) və həmin pul vəsaitini 2004-cü ilin oktyabr ayından 2023-cü ilin oktyabr ayınadək olan müddətdə qanunsuz olaraq özlərində saxlayıb ondan faydalanmaqla və qaytarmaqdan boyun qaçırmaqla ona vurulmuş zərərə görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi illik 8,5 uçot faiz dərəcəsi hesabı ilə hesablanmış faiz olan 19380 manatın, beləliklə, cəmi 31380 (otuz bir min üç yüz səksən) manatın alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Laçın rayonu Ərikli kəndindən olan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Yevlax rayonu Qaraoğlan kəndində məskunlaşıb yaşayır. 2004-cü ildə Bərdə rayonu İmamqulubəyli kəndində yaşayan, hamının Kürd Əhəd kimi tanıdığı dostu ona bildirmişdir ki, İmamqulubəyli kəndində X20 fərdi yaşayış evi tikmək üçün əlverişli yerdə yerləşən 0,14 ha torpaq sahəsini təcili satır. Bir neçə dəfə Vidadi Abbasov, Kürd Əhəd və o birlikdə İmamqulubəyli kəndində görüşmüş, sözügedən torpaq sahəsinə baxmış, torpağı yerinə və keyfiyyətinə görə bəyənmişdir. Vidadi Abbasovla razılaşmışlar ki, torpağı ona 6.000000 (altı milyon) manata satsın (01 aprel 2007-ci il tarixdən sonra həmin məbləğ 12000 manat hesab edilir). Odur ki, 2004-cü ilin oktyabr ayında şəxsi təsərrüfatında olan 6 (altı) baş inək heyvanlarını Bərdə rayonu Qaradəmirçi kəndində məskunlaşıb yaşayan Laçın rayonu Ərikli kənd sakini X1 ilə Bərdə mal bazarında cəmi 6.000000 manata satmışdır. Daha sonra X15 və Kürd Əhədlə birlikdə İmamqulubəyli kəndinə gələrək, həmin şəxslərin və Vidadi Abbasovun həyat yoldaşı Cavabdeh yanında ******* manat pulu sayıb X14 vermişdir. Vidadi Abbasov pulu qəbul etmiş və 0,14 ha torpaq sahəsini ona satdığını bildirmişdir. Cavabdeh da bu alqı-satqıya razı olduğunu hamının yanında etiraf etmişdir. X38 verərkən aralarında heç bir sənədləşmə aparılmamışdır. Pulu aldıqdan bir neçə gün sonra X24 getmiş, o isə torpağı şumlatmış, relyefini texnika ilə hamarlatmış və 60-dək meyvə ağacları əkib suvarma arxları çəkdirmişdir. Məskunlaşıb yaşadığı Yevlax rayonu Qaraoğlan kəndindən Bərdə rayonu İmamqulubəyli kəndinə gəlib-getmək ona çətinlik törətdiyindən qərara gəlmişdir ki, torpaq sahəsini hələlik icarəyə versin. Odur ki, sözügedən torpaq sahəsini Bərdə rayonu İmamqulubəyli kəndi sakini X16 qeyri-müəyyən müddətdə icarəyə vermiş, əvəzində Nizami ona hər il 100 (bir yüz) ədəd yonca otu kipi verməyi öhdəsinə götürmüşdür. Nizami Əhmədov torpağı 2 il əkib-becərmiş, ağaclarına qulluq etmiş və razılaşdıqları kimi hər il ona 100 ədəd yonca otu kipini vermişdir. X27 həyat yoldaşı Cavabdeh ev heyvanları onun sözügedən 0,14 ha torpaq sahəsinə əkdiyi yoncanı yeməklə zərər verdiyindən Cavabdeh ilə Nizami Əhmədovun arasında narazılıq və münaqişələr yaranmışdır. Odur ki, Nizami Əhmədovdan torpağı geri almış və torpaq sahəsindən istifadə etməyi davam etdirmişdir. Bir müddət sonra Cavabdeh İmamqulubəyli kəndində yaşayan qohumlarıdan biri vasitəsi ilə ona xəbər göndərmişdir ki, Rəfiqə xanım xahiş edir ki, “mümkündürsə torpaqda ev tikib yaşayana kimi həmin sahədə tərəvəz və yonca əkib-becərməyə və əkdiyi ağacların meyvəsindən istifadə etməyə ona icazə versin”. O də etiraz etməyib razılığını bildirmişdir. X5 “Kamaz” maşını ilə 1000 ədəd mişar daşı gətirib həyətə tökdürmüşdür ki, yaxın gələcəkdə orda ev tikdirsin. Ancaq səhhətində problem yarandığından, o cümlədən maddi imkansızlığı səbəbindən evin tikintisini başlada bilməmişdir. xx.xx.2015-ci il tarixdə X20 vəfat etmişdir. Onun yas mərasimində də bütün ailə üzvləri və bəzi qohumları ilə gələrək iştirak etmişdir. O vəfat edənə kimi hərdən qısa müddətə Rusiyadan Azərbaycana gəlibgetmişdir. 1-2 dəfə onunla görüşə bilmiş, hər dəfə ona bir neçə günlüyə gəldiyini, təcili qayıdacağını, növbəti dəfə daha uzun müddətə gələcəyini, həmin vaxt torpağın onun adına rəsmiləşdirilməsini edəcəyini bildirmişdir. Odur ki, Vidadi Abbasov vəfat edənə kimi torpağın onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Vidadi Abbasovun vəfatından sonra isə hesab etmişdir ki, sözügedən torpaq sahəsində ev tikdirməyə başlayarkən torpağın adına rəsmiləşdirilməsi məsələsini Cavabdeh ilə həll edər. 2016-cı ildən başlayaraq Cavabdeh dəfələrlə xahiş etmişdir ki, mərhum həyat yoldaşının vərəsəsi kimi digər vərəsələrlə birlikdə 0,14 ha torpaq sahəsinin notariat qaydada alqı-satqı müqaviləsi ilə onun adına rəsmiləşdirilməsini təmin etsin. Çünki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-154 A KOD 61007028 nömrəli Şəhadətnaməyə əsasən həmin torpaq sahəsi Bərdə Rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarı ilə X14 və onun ailə üzvləri olan həyat yoldaşı Cavabdeh, qızları X6, X11 və X7 fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsi kimi ayrılıb verilmişdir, yəni ümumi (birgə) mülkiyyət olduğundan alqı-satqı müqaviləsinin bağlanması üçün onların hamısının razılığı tələb edilmişdir. Cavabdeh qızlarının ərə getdiyini və başqa yerlərdə yaşadıqlarını bildirərək, onlarla danışıb məsələni həll edəcəyini bildirsə də, bir neçə il ərzində torpağın onun adına rəsmiləşdirilməsini təşkil etməmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərindən başlayaraq Cavabdeh ondan tələb etməyə başlamışdır ki, sözügedən torpaq sahəsindən mişar daşlarını götürüb aparsın, torpaq sahəsini ona verməyəcək, torpaq sahəsini almaq üçün 2004-cü ildə onun mərhum əri X14 verdiyi ******* manat pulu isə 2007-ci il 01 aprel tarixindən sonrakı nominasiya ilə, yəni 12000 manat olmaqla ona qaytaracaq. Lakin bu məbləği ona birdəfəyə vermək üçün maddi imkanı yoxdur, odur ki, onu hissə-hissə, həm də maddi imkanı olduqca az-az verəcəkdir. Mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll etmək üçün onun tərəfindən edilmiş bütün təklif və təşəbbüsləri Cavabdeh rədd etmiş, mişar daşlarını yığıb aparmasını və torpaq sahəsini boşaldıb ona təhvil verməsini tələb etmişdir. Bu günlərdə isə ona məlum olmuşdur ki, Cavabdeh sözügedən 0,14 ha torpaq sahəsinə dair öz adına xx.xx.2023-cü il Qeydiyyat tarixli, reyestr nömrəsi **********21 olan dövlət reyesterindən Çıxarış almışdır. Həmin Çıxarışa əsasən Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,14 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh, X12, X4, X8 və X2 ümumi birgə mülkiyyətidir. Beləliklə, həmin torpaq sahəsi məhrum X14 çatası pay da daxil olmaqla, qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən öz adına mülkiyyət sənədi ilə rəsmiləşdirilmişdir, bu torpaq sahəsini Cavabdeh istifadə edir, ona sahiblik edir və onu həmin torpaq sahəsinə buraxmır, 12000 manat pulunu isə ona qaytarmır. Əksinə, ona qarşı qanunsuz tələb irəli sürərək mişar daşlarını yığıb aparmasını tələb edir. Cavabdeh 01 aprel 2007-ci il tarixindən sonrakı nominasiya üzrə 12000 manat pulundan 2004-cü ilin oktyabr ayından 2023-cü ilin oktyabr ayınadək, yəni 19 il ərzində faydalanmağa görə ona əlavə olaraq 19380 manat da ödəməlidir (12000 AZN x 8,5% x 19 il=19380 AZN). Cavabdeh pul tələbinin ümumi məbləği 31380 manat təşkil edir (12000 AZN + 19380 AZN). Onun hazırkı iddia tələbi üzrə mülki cavabdehliyi ona görə məhz Cavabdeh daşımalıdır. O, 2004-cü ilin oktyabr ayında 12000 manat pulu onun əri X14 onların yaşadıqları evdə verərkən Cavabdeh bu pulun JN -154A KOD 61007028 nömrəli Şəhadətnaməyə əsasən onların ümumi birgə mülkiyyəti olan 0,14 ha torpaq sahəsini almaq üçün verdiyini bilmiş və bu alış-verişə razılığını vermişdir. Həmin Şəhadətnamədə birgə mülkiyyətçisi kimi adları qeyd edilmiş Şəbinə, Günel və Türkan Abbasova həmin vaxt uşaq yaşlarında olmuşlar. Bundan başqa 0,14 ha torpaq sahəsini reyestr Çıxarışı ilə 2023-cü ilin oktyabr ayında məhz Cavabdeh öz adına rəsmiləşdirərək hazırda ona sahiblənmiş, onu istifadə və idarə edir. Onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün iddia müddəti ötürülməmişdir. Çünki, cavabdeh tərəfindən onun hüquqlarının pozulması, yəni mübahisə predmeti olan 0,14 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsindən Cavabdeh imtina etməsi, bununla da əqd hesab edilən razılaşmalarını qəsdən pozması 2023-cü ilin oktyabr ayından başlamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin 19 dekabr 2023-cü il tarixli iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, səhhətinin ağır olmasını nəzərə alıb məhkəmə iclasının 14 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə göndərdiyi teleqram məhkəmə baxışını yubatmaq məqsədi daşıyır. Ona görə də məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə1 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi pulu cavabdehə deyil, onun əri X14 vermişdir. Cavabdeh Vidadi Abbasovun hüquqi varisi kimi tanınmamışdır. Ona görə də Cavabdeh ola bilməz. Bundan başqa iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçının deməsinə görə pulu 2004-cü ildə Vidadi Abbasova vermişdir. Odur ki, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 24 yanvar 2024-cü il tarixli iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, mərhum Vidadi Abbasov əri olmuşdur. İddiaçının iddia etdiyi mübahisəli torpaq onun ailə üzvlərinə məxsus torpaq sahəsidir. Həmin torpaq sahəsini bu günə kimi ailəlikcə onlar idarə etmişlər. O, ailənin yeganə övladı olduğundan mərhum həyat yoldaşı ilə ailə qurduqdan sonra anasına və atasına məxsus evdə yaşamış, öz torpaqlarında ev tikməmişlər. Lakin mülkiyyətlərində olan torpaqlarını özləri idarə etmiş, özləri əkib becərmişlər. X42 2015-ci ildə ölmüşdür. 30 ildir torpağı özləri idarə edirlər. Mərhm ərinin sağlığında da torpaqdan özləri istifadə etmişlər. Əgər iddiaçı torpaq tələb edirdisə, X42un sağlığında tələb edərdi. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X15 göstərdi ki, iddiaçı həmkəndlisidir, normal münasibətləri var. İddiaçı ona müraciət edərək iri buynuzlu heyvanlarını satmaqda ona kömək etməsini xahiş etmişdir. Birlikdə Bərdə rayon Mal bazarında heyvanları satdıqdan sonra Bərdə rayonu İmamqulubəyli kəndinə mərhum Vidadi Abbasovun evinə getmişlər. Sonuncunun evinə onlarla birlikdə Əhəd və Müqabil adlı şəxslərdə getmişdir. İddiaçı onların yanında mərhum Vidadi Abbasovla sövdələşərək həmin dövrdə ******* manat müqabilində ondan həyətyanı torpaq sahəsi almışdır. Sonradan maraqlandıqda İddiaçı bildirmişdir ki, torpaq sahəsinə mişar daşı tökmüş, lakin maddi imkanı olmadığından ev tikməmişdir. İddiaçı onun köməkliyi ilə 60 ədəd ağac tingi alıb həmin torpağa əkmişdir. İddiaçı X38 məxsus olan evin pilləkanının ayağında sayıb sonuncuya vermiş, həmin vaxt Cavabdeh evin balkonunda olmuşdur. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X21 göstərdi ki, 2023-cü ilin may ayında Səməndər müəllim ona zəng edərək dayısının həyətyanı torpaq sahəsində 800-900 ədədə yaxın mişar daşları olduğunu, onu qəfəs şəklində yığmaq lazım olduğunu bildirmişdir. Razılaşaraq başqa bir fəhlə ilə həmin mişar daşlarını qəfəs şəklində səliqə ilə yığmışdır. Onlar daşları yığarkən İddiaçı da orada olmuşdur. Mişar daşları həyətyanı torpaq sahəsində həyətə tökülü vəziyyətdə olmuşdur. Onları həyətyanı torpaq sahəsinə İddiaçı aparmışdır. Məhkəmə iclasında cavabdehin təşəbbüsü ilə şahid qismində dindirilmiş X23 göstərdi ki, təxminən 6-7 il əvvəl mərhum Vidadi Abbasov ona zəng edərək mişar daşı lazım olduğunu bildirmişdir. Bununla bağlı Vidadi Abbasov ona 490 manat pul vermişdir. O da bir maşın mişar daşını apararaq Vidadi Abbasovun həyətyanı torpaq sahəsinə tökmüşdür. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Laçın rayonu Ərikli kəndində anadan olmuşdur, Laçın rayonu Ərikli kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1965-ci ildə Bərdə rayonu İmamqulubəyli kəndində anadan olmuşdur, Bərdə rayonu İmamqulubəyli kəndində qeydiyyatdadır. AA Seriyalı 075483 nömrəli məcburi köçkün vəsiqəsi surətindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür. Yevlax Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Salamabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 noyabr 2023-cü il tarixli 351 nömrəli arayışdan görünür ki, İddiaçı Yevlax rayonu Qaraoğlan kəndində yaşayır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 154A KOD 61007028 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi Abbasov Vidadi A. oğlunun, Cavabdeh İ. qızının, Abbasova Səbinə V. qızının, Abbasova Günel V. Qızının və Abbasova Türkan V. qızının mülkiyyətinə verilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən 23 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,14 ha yaşayış sahəsi torpağı ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X13, X4, X8 və X2 adına qeydiyyata alınmışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2023-cü il tarixli 449 saylı arayışdan görünür ki, Bərdə rayonu İmamqulubəyli kəndində qeydiyyatda olmaqla yaşayan X20 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra aşağıdakı ailə üzvləri qalmışdır: arvadı- Cavabdeh, qızı-1989-cu il təvəllüdlü X17 (ailə quraraq köçüb), qızı-1991-ci il təvəllüdlü X19 (ailə quraraq köçüb), qızı-1993-cü il təvəllüdlü X9 (ailə quraraq köçüb) və oğlu-2000ci il təvəllüdlü X18. Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli 49/2024 saylı məktubdan görünür ki, 30 avqust 2015-ci ildə vəfat etmiş X12 barəsində vərəsəsi Cavabdeh təqdim etdiyi ərizə əsasında 28 sentyabr 2023-cü il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmış, lakin, vərəsələri tərəfindən X14 məxsus olan əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən onun əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı iddia ərizəsndə 2004-cü ildə Bərdə rayonu İmamqulubəyli kəndində yaşayan X10 0,14 ha həyətyanı torpaq sahəsini köhnə pulla ******* manata aldığını bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, cavabdeh isə iddianı etiraf etməyərək iddiaçıya torpaq satmadığını və torpağa görə pul almadığını bildirmişdir. İş materiallarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən 23 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan da görünür ki, Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,14 ha yaşayış sahəsi torpağı ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X13, X4, X8 və X2 adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 verdiyi ifadə ilə bağlı məhkəmə qeyd edir ki, həmin şahid iddiaçının həmkəndlisi olmaqla onunla yaxın münasibətdə olan şəxsdir və məhz iddiaçı tərəfindən məhkəməyə şahid kimi təqdim edilmişdir. Belə olan halda, həmin şahid iddiaçı ilə əvvəlcədən razılaşaraq düşünülmüş şəkildə iddiaçının mənafeyinə uyğun olan ifadə verə bilərdi. Ona görə də, məhkəmə şahid X3 ifadəsini mötəbər sübut kimi qəbul etmir. Göründüyü kimi, iddiaçı 2004-cü ildə Bərdə rayonu İmamqulubəyli kəndində yaşayan X10 0,14 ha həyətyanı torpaq sahəsini köhnə pulla ******* manata aldığını heç bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, iddia ərizəsi 20 noyabr 2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, hazırkı tələb üzrə iddiaçı üç illik iddia müddətini hər hansı üzrlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, bununla yanaşı iddiaçı öz tələbini mötəbər sübutlarla sübut edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-494/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-494/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver