Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-494/2025 11.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun etibarından sui-istifadə edərək aldatma yolu ilə əmlakını bilərəkdən zədələməklə (avtomobilin təmirə qədər olan texniki vəziyyəti indiki vəziyyətindən yaxşı olub) ona xeyli miqdarda ziyan vuran Cavabdeh 5000 (beş min) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (avtomobil ustası) 07 mart 2024-cü il tarixində şəxsi istifadəsində olan **-XZ-*** dövlət nömrə nişanlı ağ rəngli 2011-ci il istehsalı olan “VOLVO S60” markalı avtomobilin sürətlər qutusunda yaranmış texniki qüsuru aradan qaldırmaq üçün müraciət etmişdir. O, qısa zaman kəsiyində bu avtomobili yüksək səviyyədə təmir edəcəyini bildirərək avtomobili təmir üçün qəbul etmişdir. Ancaq Cavabdeh bu səkkiz ay ərzində (xx.xx.2024-xx.xx.2024) zaman-zaman, hissə-hissə təmir adı altında və onun etibarından sui-istifadə edərək onu aldatmaqla ona xeyli miqdarda ziyan vuraraq, yəni 5000 (beş min) manat pul məbləğində pulunu mənimsəmişdir. Arada ona nağd şəkildə verilən pullarıda əlavə etsək qeyd edilən məbləğ 5000 (beş min) manatdan çox olar. Bu aylar ərzində mütəmadi olaraq iş yerini dəyişən Cavabdeh iş yerlərinə getmiş, ondan avtomobilin nə vaxt tam təmir olunacağını soruşmuş, o isə müxtəlif bəhanələr gətirərək onu gözləməyə məcbur etmişdir. Nəhayət ki, 15 sentyabr 2024-cü il tarixində ona söz vermişdir ki, 30 sentyabr 2024-cü il tarixinə avtomobili tam təmir edib ona qaytaracaq. O isə ondan yazılı zəmanət istəmiş, Cavabdeh 17 sentyabr 2024-cü il tarixində öz dəsti-xətti ilə zəmanət kağızı yazmışdır. Zəmanət kağızının əsli onda qalmış, cavabdeh isə telefonla şəklini çəkmişdir. Bu hüquqi sənəd olmasa da onun başqa çıxış yolu qalmamışdır. Sentyabr ayının əvvələri kömək məqsədilə 102 çağrı mərkəzinə zəng etmiş, bu işlə əlaqədar olaraq Cavabdeh Nizami rayonu 25-ci Polis bölməsinə çağırılaraq izahatı alınmışdır. Cavabdeh onun avtomobilini təmir etmək üçün 30 sentybar 2024-cü il tarixinə söz versə də, bu günə kimi müxtəlif bəhanələr gətirməklə avtomobili təmir etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək Cavabdeh 9485 (doqquz min dörd yüz səksən beş) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh qarşı rayon məhkəməsinə pul tələbi ilə bağlı müraciət etmişdir. İddia ərizəsində iddia həcmini 5000 manat göstərmişdir. Lakin sonradan dəqiqləşdirmişdir ki, Cavabdeh qarşı iddianın həçmi 9485 manatdır. Belə ki, ona məxsus “Volvo-S-60” markalı maşını təmir etməyə görə maşın ustası Cavabdeh 5270 manat pul vermişdir. Təxminən 9 ay ərzində onunla 300 manatlıq telefon danışıqları aparmışdır. Cavabdeh verdiyi 5270 manat pulu sələmə götürdüyü üçün sələmçiyə 490 manat faiz vermişdir. Cavabdeh ayrı-ayrı yerlərdə sexdə olduğu üçün taksi ilə gedib-gəlmə xərci 175 manat olmuşdur. Cavabdeh maşına məxsus 200 manat dəyərində akumlyatoru kiməsə satmışdır. O, tez-tez işlədiyi yerləri dəyişdiyindən maşını evakuatora yüklədib apararkən evakuator sürücülərinə 600 manat pul vermişdir. Maşınsız qaldığı üçün işə gedib-gəlmək üçün icarəyə maşın götürüb buna görə 450 manat pul ödəmişdir. Bundan başqa maşını əvvəlki vəziyyətə qaytarmaq üçün ona 2000 manat pul lazımdır. İddiaçı yenidən Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək onun etibarından suiistifadə edərək aldatma yolu ilə xeyli miqdarda pulunu alıb şəxsi mənafeyi üçün istifadə etməklə əmlakını bilərəkdən zədələyən Cavabdeh tərəfindən ona dəyən maddi ziyana görə 14000 (on dörd min) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmşdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, avtomobil təmiri ustası Cavabdeh doqquz ay ərzində (xx.xx.2024-xx.xx.2024) onun etibarından sui-istifadə edərək avtomobilin təmiri üçün müxtəlif vaxtlarda aldatma yolu ilə hissə-hissə ondan 5270 (beş min iki yüz yetmiş) manat pul almışdır. Buna baxmayaraq Cavabdeh avtomobili təmir edə bilməmişdir. Təmir surətlər qutusuna (korobkaya) aid olmuşdur. Avtomobilin təmirə qədərki (xx.xx.2024-cü il) texniki və istismar vəziyyəti natamam təmirdən sonrakı (xx.xx.2024-cü il) texniki və istismar vəziyyətindən dəfələrlə yaxşı olmuşdur. Təmirə qədərki vəziyyətdə olan avtomobili idarə etmək mümkün idisə, təmirdən sonra avtomobilin idarə edilməsi qəti mümkün deyil. Avtomobilin texniki və istismar vəziyyətinin təmirdən sonrakı durumunu və idarə olunmaması vəziyyətini Cavabdeh öz dəst-xətti ilə yazdığı və imzası ilə təsdiq etdiyi zəmanət kağızında göstərmişdir. Avtomobilin ona təhvil-təslimi zamanı (xx.xx.2024-cü il) onda olan qüsur və nasazlıqları, onların aradan qaldırılması ilə avtomobilin əvvəlki vəziyyətə (xx.xx.2024-cü il tarixinə qədərki vəziyyətinə) gətirilməsində maddi cəhətdən üzərinə düşən məsuliyyətini də Cavabdeh tərtib olunmuş Aktda öz imzası ilə təsdiq edir. Yəni avtomobilin xx.xx.2024-cü il tarixinə kimi olan texniki və istismar vəziyyətinə gətirilməsi üçün lazım olan pul vəsaitini Cavabdeh ödəməlidir. Bu öz əksini onun öz dəstxətti ilə yazdığı və öz imzası ilə təsdiq etdiyi zəmanət kağızında və imzaladığı Aktda tapır. Zəmanət kağızı və Akt məhkəməyə təqdim olunur. Təmirə verdiyi və 9 (doqquz) ay gözlədiyi avtomobil əvvəlki vəziyyətindən də daha pis vəziyyətə salınmışdır. Bu tarixlərdə avtomobilin təmiri və təmirin başa çatması məqsədilə atılan addımlar, bunun qarşılığında sərf edilən (xərclənən) pul vəsaitləri haqqında aşağıdakı formada məhkəməyə Arayış verməyi özünün prosessual vəzifəsi hesab edir. Belə ki: 1) Avtomobilin surətlər qutusunun (korobka) təmiri üçün müxtəlif vaxtlarda hissə-hissə ustaya verilən pul-5270 (beş min iki yüz yetmiş) manat; 2) Mobil telefon danışıqları- 200 (iki yüz) manat; 3) Avtomobilin öz akkumlyatorunun Cavabdeh tərəfindən heç bir icazə olmadan digər bir müştəriyə verilməsi-satılması nəticəsində onun tərəfindən yeni akkumlyatorun alınması-200 (iki yüz) manat; 4) Avtomobilin təmiri üçün faizlə Bankdan pul götürmüşdür; əlavə faiz-490 (dörd yüz doqsan) manat; 5) Avtomobil təmir üçün müxtəlif vaxtlarda Bakı şəhəri üzrə birbirindən uzaq məsafələrdə yerləşən 5-6 avtomobil təmiri emalatxanalarına dəyişdirilib və bu məqsədlə evakuator xidmətindən istifadə edilib-175 (bir yüz yetmiş beş) manat; 6) Hər dəfədə avtomobil evakuatora yüklənib-boşaldıqda müəyyən zədələr alır. Avtomobilin korpusunda yaranmış cızıq və basıqların şəkili çəkilib məhkəməyə təqdim edilib. Cavabdeh bunu imza etdiyi aktda inkar etmir. Bu təmir üçün azı 600 (altı yüz) manat pul tələb olunur; 7) Bu müddət ərzində hər dəfə təmirlərdən sonra avtomobilin sürət qutusunun diaqnostikası: a) Bakı şəhəri Fəhlə prospektində Vadim adlı şəxs 20 (iyirmi) manat; b) Bakı şəhəri Mikayıl Əliyev küçəsi Malik adlı şəxs 20 (iyirmi) manat; c) Bakı şəhəri “Volvo” serviz Vadim adlı şəxs 60 (altmış) manat. 8) İşi ilə əlaqədar olaraq (X3-pilot) Fövqəladə vəziyyətlərdə iş yerinə tez çatmaq məqsədilə icarəyə avtomobil götürməli olmuşdur. Avtomobilinin təmirdə olması səbəbindən: a) “Aztur-rentekar” şirkəti 18 aprel 2024-cü il tarixdən 10 (on) günlük **-KN-*** dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobili görə 450 (dörd yüz əlli) manat; b) “Rentecar 103” şirkəti 07 iyul 2024-cü il tarixdə 7 (yeddi) gün **-CD-*** dövlət nişanlı “Hyundai” markalı minik avtomobilə görə 350 (üç yüz əlli) manat: c) “Rentecar 095” şirkəti 08 iyun 2024-cü il 5 (beş) günlük **-CH-*** dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinə görə 200 (iki yüz) manat. 9) Avtomobilin təmir olunduğu emalatxanalara getmək üçün taksi xidmətləri, marşrutlar məhkəməyə təqdim edilib-500 (beş yüz) manat; 10) Taksi xidmətindən əlavə olaraq məcburiyyətdən avtomobilin təmir olunduğu emalatxanalara gedib-gəlmək üçün ictimai nəqliyyat xərci 9 ay=270 gün azı 75 gündən hesablasaq -150 (bir yüz əlli) manat; 11) Avtomobilin işlək vəziyyətdə olmadığına baxmayaraq texniki baxış və sığorta üçün ödəniş edir-300(üç yüz) manat; 12) Bakı şəhərindən Bərdə Rayon Məhkəməsinə gedib-gəlmək, yol xərci, bir gün oteldə gecələmək və nahar etmək. Bir dəfə 2 (iki nəfər) üçün - 120 (bir yüz iyirmi) manat; 13) Avtomobilin təmiri məsələsini ciddiləşdirmək və Bərdə rayonunda aidiyyəti işlə bağlı başlayacaq məhkəmə prosesinə görə xx.xx.2024-xx.xx.2024 tarixləri 45 (qırx beş) gün ödənişsiz məzuniyyətə çıxmaq məcburiyyətində qalmışdır. Bu isə onun bu tarixlər üçün azı 1800 (bir min səkkiz yüz) manat əmək haqqı almamağı deməkdir; 14) Sürət qutusu üçün “Vilka” adlanan hissə almışdır-30 (otuz) manat; 15) Məhkəmə prosesinin başlaması ilə əlaqədar olaraq atasına (Nümayəndə1) etibarnamə vermişdir. İşdən icazə alır və iştirak edir. Bu da onun əmək haqqına öz mənfi təsirini göstərir; 16) 11 dekabr 2024-cü il tarixində Akt tərtib edilərək avtomobil Cavabdeh götürülür. Aktda qaldırılan məsələlər və onların həll olunmasında tələb olunacaq pul vəsaitinin Cavabdeh tərəfindən ödənilməli olduğunun vacibliyini nəzərə alsaq və bunu pul ilə ifadə etsək azı- 2000 (iki min) manat; 17) Avtomobil almışdır ki, rahatlıq naminə işə gedib-gəlsin. Almamışdır ki, işini bilməyən bir “usta”da 9 (doqquz) aydan çox yatsın. O da işə ictimai nəqliyyatdan və taksi xidmətindən istifadə etməli olsun. Bu 9 (doqquz) ayda iş günlərinin sayı (mart-noyabr)-180 gün x 2 manat = 360 manat. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə2 ərizəni müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etməyərək göstərdi ki, Bakı şəhərində avtomobillərin sürət qutularının təmiri ilə məşğul olur. İddiaçı 2024-cü ilin mart ayında “Volvo S 60” markalı avtomobilinin sürət qutusunda nasazlıqlar əmələ gəldiyindən nasazlıqla bağlı ona müraciət etmişdir. O da həmin avtomobili təmir edə biləcəyini bildirərək iddiaçının avtomobilini təmirə qəbul etmişdir. Lakin həmin avtomobilin ehtiyat hssələrinin tapılmaması səbəbindən avtomobilin təmiri uzanmış və sonda təmir etmək mümkün olmamışdır. Belə ki, avtomobilin sürətlər qutusu hansısa elektron rejimə düşüb və həmin elektron rejimi surətlər qutusunun elektron idarə etmə proqramından kənarlaşdırmaq mümkün olmur. İddiaçı ondan 10000 manat pul tələb edir. Onun həmin avtomobilin düzəldilməsində, təmir olunmasında az zəhməti olmamışdır. Avtomobildə qüsurlar olmuş, lakin o 10000 manat deyil, 5000 manat pulun qaytarılmasını və iddianın 5000 manat hissəsində təmin olunmasını qəbul edir. İş materiallarında olan qəbzi o yazmışdır. Avtomobilin arxa işıqlarında çat var, həmin çatlar onun ehtiyatsızlığı səbəbindən olmuşdur, onu qəbul edir. Bütün bu dövr ərzində avtomobil onun təmir sexində olmuşdur. Evakuatora verilən pulları o qarşılamışdır. Onun müxtəlif təmir sexlərində işləməsi səbəbindən avtomobilin yeri üç dəfə evakuator vasitəsi ilə dəyişdirilib. 15 ildir sürətlər qutusu təmiri ustası işləyir. “Volvo S 60” markalı avtomobilinin ehtiyat hissələri Azərbaycanda tapılmır, olanlar isə işlənmiş ehtiyat hissələridir. İddiaçı bəzən onunla birlikdə, bəzi hallarda isə tək özü gedib ehtiyat hissələri alıb gətirib. Həmin ehtiyat hissələrini avtomobilə quraşdırmış, digər ehtiyat hisələrini əvəz etmiş, lakin nəticəsi olmamışdır. Avtomobilin elektron sistemində həmin qayda düzəlmədiyindən avtomobilin sürülməsi mümkün olmamışdır. İddiaçı özü avtomobili onun təmir seximə sürüb gətirmişdir. Avtomobil onun təmir sexinə gətiriləndə elekrton sistemində olan həmin rejim olmamış, sonradan əmələ gəlmişdir. İddianın 5000 manat hissədə təmin olunmasına etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Ukrayna Respublikası Zaporojye şəhərində anadan olmuşdur, Bakı şəhəri Nizami rayonu Azər Manafov küçəsi 15/21,45-də qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə Bərdə rayonu Böyük Qəcər kəndində anadan olmuşdur, Bərdə rayonu Böyük Qacar kəndində qeydiyyatdadır. Cavabdeh X1 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli zəmanətdən görünür ki, Cavabdeh 2024-cü ilin mart ayının 07-də Bakı şəhər sakini İddiaçı sürətlər qutusunun təmir olunması üçün 2011-ci il buraxılışlı “Volvo S60” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili qəbul etmiş, qısa müddət ərzində sürət qutusunu təmir edəcəyinə söz vermişdir. Lakin təmir natamam olaraq qalmış və bu günə kimi də (xx.xx.2024-cü il) təmiri tam başa çatdırmamışdır, avtomobil işlək vəziyyətdə deyil. İddiaçı tərəfindən görülən işlər üçün müxtəlif vaxtlarda ona hissə-hissə 5000 (beş min) manat pul verilib. Avtomobilin 25- 30 sentyabr 2024-cü il tarixinə tam təmir olunaraq sahibinə qaytarılacağına söz verir və təmirin keyfiyyətinin uzun müddətli olacağına söz verir. 1 il zəmanət verir. Əks halda qarşı tərəfə dəyən maddi ziyan 5000 (beş min) manat pulu (və ya hissə-hissə 7 ay ərzində) ödəməyə söz verir. Mülki mübahisənin gerçək hallarından görünür ki, iddiaçı 07 mart 2024-cü il tarixdə şəxsi istifadəsində olan “Volvo S60” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürət qutusunun təmir olunması üçün avtomobili cavabdehə təhvil vermiş, iddiaçı avtomobilinin təmir işləri ilə bağlı müxtəlif vaxtlarda cavabdehə cəmi 5000 manat məbləğində pul ödəmişdir. Cavabdeh məhkəmə iclasında avtomobilin təmiri üçün iddiaçıdan müxtəlif vaxtlarda cəmi 5000 (beş min) manat pul aldığını etiraf etmişdir. Cavabdeh iddiaçıya verdiyi xx.xx.2024-cü il tarixli “Zəmanət”də avtomobili 25-30 sentyabr 2024-cü il tarixədək təmir edərək iddiaçıya qaytaracağına, əks halda iddiaçıdan aldığı 5000 manat pulu qaytaracağına söz vermişdir. Cavabdeh göstərilən tarixədək iddiaçının avtomobilini təmir edə bilməmiş, məhkəmə iclasında verdiyi izahatında avtomobilin təmirinin mümkün olmadığını göstərmişdir. İddiaçı məhkəməyə verdiyi ilkin iddia ərizəsində cavabdehdən 5000 manat məbləğində pul tələb etsə də, sonradan iki dəfə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehdən əvvəlcə 9485 (doqquz min dörd yüz səksən beş) manat, daha sonra isə 14000 (on dörd min) manat pul tələb etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasının səbəbi kimi, avtomobilinin təmirdə olduğu müddətdə kirayəyə avtomobil götürüb istifadə etməsini, bankdan kredit götürməsini, cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlamasını, məhkəmədə iddia qaldırılması üçün iş yerindən ödənişsiz məzuniyyət götürməsini, məhkəmə iclaslarına gəlib-getməsini, taksi xidmətlərindən istifadə etməsini və.s göstərmişdir. İddiaçı tələbinin əsası kimi iddia ərizəsinə ödəniş qəbzlərinin surətlərini əlavə etsə də, qəbzlərdə göstərilən məbləğlərin cavabdehə göndərilməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı hətta bunu sübut etmiş olsa belə, cavabdeh iddiaçıdan 5000 manat məbləğində pul aldığını etiraf etmişdir. İddia ərizəsinə əlavə edilmiş taksi xidmətindən istifadəyə görə ödənişlərdən müxtəlif ünvanlara getmək üçün taksi xidmətlərindən istifadə edildiyi öz təsdiqini tapsa da, lakin qeyd olunan taksi xidmətindən iddiaçı tərəfindən istifadə olunması, o cümlədən, iddiaçının məhz avtomobilinin təmiri ilə bağlı taksi xidmətlərindən istifadə etməsi öz təsdini tapmamışdır. İddiaçı digər tələblər (avtomobilinin təmirdə olduğu müddətdə kirayəyə avtomobil götürüb istifadə etməsi, cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlaması, məhkəmədə iddia qaldırılması üçün iş yerindən ödənişsiz məzuniyyət götürməsi) barədə də məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. İşin hallarından da görünür ki, iddiaçı ilkin iddia ərizəsində cavabdehdən 5000 manat məbləğində pul tələb etmiş, cavabdeh isə iddianı həmin hissədə qəbul etmişdir. Bu hal onu göstərir ki, iddiaçı tərəfindən avtomobilin təmiri üçün cavabdehə 5000 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notariat) formada bağlanır. 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, tərəflər aralarında şifahi əqd bağlanmış, iddiaçı istifadəsində olan avtomobili təmir olunması üçün cavabdehə təhvil vermiş, sonuncu da avtomobili təmir etmək üçün təhvil almışdır. Bu hal məhkəmə iclasında mübahisəsiz şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının MM-nin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, iddiaçıdan təmir etmək üçün təhvil aldığı avtomobili təmir etməmiş və təmir üçün aldığı 5000 manat pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh aralarında bağlanmış müqavilənin şərtlərini pozduğundan iddiaçının çəkdiyi xərc məbləğində iddiaçının qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda istinad olunan hüquq normalarının göstərişlərinə əsasən hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 70 (yetmiş) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-494/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-494/2025
11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver