Məhkəmə qərarları › İş №2(021)-497/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-497/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-497/2023 25.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 8700 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 107 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Tərtər rayon İlxıçalar kəndində iri buynuzlu mal-qara saxlamaqla məşğuldur. Ailəsini ondan əldə etdiyi gəlir vastəsi ilə dolandırır. Cavabdeh2 tanışları vasitəsilə 2012-ci ildə tanımışdır. Onunla on ildən artıqdır ki, iri buynuzlu bordaq mal qara alqı-satqısı ilə məşğul olurlar. O, avqust ayının 13-də tanışı Bərdə rayon Zümürxan kənd sakini X7 ilə İlxıçılar kəndində iri buynuzlu bordaq malqara saxladığı təssərüfatına gələrək bildirdi ki, tanışı Vüsal və ona 8 (səkkiz) baş iri buynuzlu mal-qara lazımdır. O, Vüsalı İham vastəsi ilə tanıdığı üçün İlhamla aralarında şifahı razılaşaraq 8(səkkiz) baş iri buynuzlu mal-qaranın ümumi dəyəri 16740 (on altı min yeddi yüz qırx) manat olmaqla bordaq mal heyvanlarını hal şahidləri X1 X2 və Məmmədova Qǝtibə Yunis qızının iştirakları ilə üç gün müddətinə ödəmək şərti ilə İlham və Vüsala təhvil vermişdir. Həmin müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə İlham ilə Vüsal onunla görüşərək yenidən 8 (səkkiz ) baş iri buynuzlu bordaq maldan lazım olduğunu bildirmişdirlər. O, onlarla razılaşaraq, ümumi dəyəri 16000 (on altı min) manat olmaqla 8 (səkkiz) baş iri buynuzlu bordaq malı hal şahidləri X1, X2 və X3 iştirakları ilə İlham və Vüsala təhvil vermişdir. Onlar borclu olduqları 16 (on altı) baş iri buynuzlu bordaq malın ümumi dəyəri 32740 (otuz iki min yeddi yüz qırx) manat pul borclarından ona 24000 (iyirmi dörd min) manat dəyərində iri buynuzlu çəkisi az olan mal qaranı 24000 manat pulun əvəzinə onlardan qəbul etmişdir. Vüsal və İlhamın ona 8700 (səkkiz min yeddi yüz) manat pul borcları qalmışdır. O, cavabdehlǝrǝ borclarını ödəməsi barədə məlumat versə də onlar hər dəfə müxtəlif bəhanələr gətirərək ödəyəcəklərinə söz vermişdirlər. Cavabdehlǝr borclarını ödəmədiyi üçün məcbur olub Tərtər rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Tərtər rayon Polis Şöbəsində aparılmış araşdırması zamanı Cavabdeh1 izahatında mən 8700 manat pul borclu olduğunu etiraf etmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini qeyd edərək bildirdi ki, İddiaçı malı Cavabdeh2 satmamışdır. Ona heç bir aiddiyyatı yoxdur. İddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə işdə iştirak edən şəxslərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 545 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Bərdə rayon Zümürxan kəndində yaşayır. Mülki işə əlavə olunmuş Tərtər rayon Polis Şöbəsindən daxil olmuş materiallardan görünür ki, xx.xx.2022-ci il tarixdə Tərtər rayon Qaraqoyunlu kəndində yaşayan İddiaçı Tərtər rayon PŞ-nə müraciət edərək İlxıçıla kəndində Vüsal adlı şəxsə 16 baş iribuynuzlu heyvan satmasını və 8700 manat borcu ödəməməsini bildirmiş, materialın icrası ilə bağlı izahatı alınan İddiaçı izahatında Cavabdeh1 əvvəlcədən tanımasını, xx.xx.2022-ci i tarixdə sonuncu ilə aralarında olan razılaşmaya əsasən ümumi dəyəri 32700 manat olan 16 baş iribuynuzlu heyvanı satmasını, xx.xx.2022-ci il tarixdə sonuncudan ümumi dəyəri 24000 manat olan 20 baş iribuynuzlu heyvan almasını aralarında olan razılaşmaya əsasən sonuncunun ona 8700 manat borclu olmasını və bugünkü tarixədək həmin borcu qaytarmamasını bildirmişdir. Araşdırma zamanı izahatı alınan Cavabdeh1 izahatında İddiaçı əvvəlcədən tanımasını,xx.xx.2022-ci i tarixdə sonuncu ilə aralarında olan razılaşmaya əsasən ondan ümumi dəyəri 32700 manat olan 16 baş iribuynuzlu heyvan almasını, xx.xx.2022-ci il tarixdə sonuncuya ümumi dəyəri 24000 manat olan 20 baş iribuynuzlu heyvan satmasını və aralarında olan razılaşmaya əsasən sonuncuya 8700 manat borclu olmasını, əlavə maddi çətinlikləri olmasını və yaxın müddə ərzində borcunu ödəyəcəyini bildirmişdir. İddiaçı müraciəti əsasında toplanmış materialın işə alınması məqsədə müvafiq sayılmış və və vətədaşa məhkəməyə müraciət etməh hüququ izah edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 107 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh1 İddiaçı 8700 manat məbləğində borcu vardır, lakin cavabdeh borcunu bu günə kimi geri qaytarmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Cavabdeh2 qarşı iddia qaldırsa da, iş materialarından müəyyən olunur ki, alqı-satqı İddiaçı ilə Cavabdeh1 arasında baş vermişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Cavabdeh1 tərəfindən polis şöbəsində verdiyi izahat və iltizam nəzərə alınmaqla, iddia tələbi Cavabdeh1 oğluna münasibətdə təmin olunaraq, Cavabdeh1 8700 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 107 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi qismən təmin edilsin. Cavabdeh1 8700 (səkkiz min yeddi yüz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilməmiş 107 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar