Məhkəmə qərarları › İş №2(021)-498/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-498/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-498/2025 26.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə 26 noyabr 2025-ci il tarixdə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9621 (doqquz min altı yüz iyirmi bir) manat pulun və hazırkı iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödəmiş olduğu 117 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbinin əsası İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o iyun 2020-ci ildən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin (Bərdə korpusu) tabeliyində olan N saylı hərbi hissədə tağım komandiri olmuş, 01 mart 2022-ci ildən hal-hazıradək isə N saylı hərbi hissənin tağım komandiri olmaqla baş leytenant rütbəsində hərbi xidmətini davam etdirir. 44 günlük X1 olmaqla Qarabağ müharibəsinin veteranıdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə “ X1” medalı ilə təltif edilib. Cavabdeh N saylı hərbi hissədə xidmət etdiyi vaxtlardan tanıyır, həm də sələmə pul verən şəxs kimi tanıyıb. Ondan müxtəlif vaxtlarda 100, 200, 300, 500, hətta 1000 manat məbləğində pul sələmə götürmüş və sələm faizi ilə birlikdə qaytarıb. 2022-ci ilin iyun ayında onun şəxsi problemlərilə əlaqədar 1500 manat pula ciddi ehtiyacı var idi. Həmin vaxt Kapital Bank ASC-nin Naxçıvan filialından götürdüyü kreditə görə banka kredit borcu olduğu üçün bankların hər hansı birindən kredit götürə bilməyib. Odur ki, Cavabdeh ona 5-6 ay müddətinə qaytarmaq şərti ilə sələmə 1500 manat pul verməsini istəyib, həmin vaxt ona əvvəl sələmə götürdüyü puldan 2000 (iki min) manat borcu da vardı. Cavabdeh bildirdi ki, əvvəlki 2000 manat borcunu da nəzərə alıb ona 1500 manat pul verir, yəni cəmi borcun 3500 manat olur, ancaq 1500 manat verəcək, o isə 3500 manata görə ona hər ay 15%, yəni 480 manat sələm faizi ödəyəcək, həm də notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi bağlayacaq, müqavilədə göstərəcək ki, ondan 10000 manat pulu borc alıb və hər ay 1000 manat olmaqla borcunu 10 ay ərzində qaytaracaqdır. Müqavilədə göstəriləcəkdir ki, həmin borca görə ona heç bir faiz ödəməyəcək. Cavabdeh bu şərtini onunla izah etdi ki, son vaxtlar ondan sələmə pul götürənlər pulu qaytarmaqdan yayındıqlarına görə məcburdur ki, notariat qaydasında borc müqaviləsi bağlamaqla pul versin, həm də verdiyi pulu müqavilədə 3 qat artıq göstərsin. Cavabdeh onu əmin etdi ki, 3500 manat pulunu aylıq 15% sələmi ilə 5-6 ay ərzində qaytarsa, ona yazılı surətdə qəbz verəcəkdir ki, 10000 (on min) manat pulunu qaytardı. 1500 manat pul ona şəxsi ehtiyacı üçün vacib lazım olduğuna görə onun bu ağır şərtlərinə razı olub və həmin şərtlərlə Bərdə Regional "ASAN Xidmət” Mərkəzinin Notariat ofisində təsdiqlənmiş 29 iyun 2022-ci il tarixli kredit müqaviləsini bağlayıb. Həmin gün Cavabdeh ona 1500 manat pulu verdi. Onun isə Cavabdeh əvvəldən olan 2000 manat borcuna görə Azərbaycan Beynəlxalq Bankına aid olan əmək haqqı kartı 2022-ci ilin yanvar ayından onda idi. Cavabdeh ona ödəməli olduğu pulu həmin kartından və öz istədiyi yerlərdəki bankamatlardan hər ay özü çıxartmalı, ödənişi bitdikdən sonra kartını özünə qaytarmalı və vəd etdiyi yazılı qəbzi yazıb ona verməli idi. X4 ASC-nin Naxçıvan filialına olan kredit borcuna, həm də digər maddi çətinliklərinə görə Cavabdeh olan 3500 manat əsas borcu və onun sələm faizlərini vəd etdiyi kimi 5-6 ayda ödəyə bilməyib. Cavabdeh isə iyun 2022-ci ildən avqust 2024-cü il tarixədək olan müddətdə, yəni 27 ay ərzində onun əmək haqqı kartından 3500 manatın əvəzində cəmi 13121 (on üç min yüz iyirmi bir ) manat pul çıxartmışdır. Bu pulla aylar üzrə iddia ərizəsində göstərilən məbləğlərdə və göstərilən yerlərdəki bankomatlardan çıxarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə ona aşağıdakı məzmunda yazılı qəbz verdi: “Mən Cavabdeh, İddiaçı borc olaraq verdiyim 10.000 (on min) manat məbləği xx.xx.2023-cü il tarixində aldım. Latın əlifbasında dəsti-xəttim olmadığı üçün İddiaçıS-oğluna yazdırmışam. Yazılanlarla razıyam, şəxsi imzamla təsdiq edirəm. İmza (imza var) Cavabdeh xx.xx.2023cü il (imza var) İddiaçı” Bu qəbzdə “Cavabdeh" sözünün qarşısındakı imza cavabdehin özünə məxsusdur, yəni şəxsən özü imza etmişdir. Həmin qəbzin orta hissəsində kril əlifbası ilə yazılımış “KƏPИМ” sözünü də cavabdehin özü yazmışdır, latın əlifbası ilə yazmağı bilmədiyinə onu inandırmaq üçün yazmışdır. Həmin qəbzin yazıldığı vərəq isə Zolotoya Korona sürətli ödənişi vasitəsi ilə Cavabdeh adına X2 tərəfindən göndərilmiş 183 ABŞ dolları məbləğində pulun xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən Yelo Bank ASC-dən alınması barədədir. Ona verdiyi qəbzin məhz həmin vərəqin (sənədin) arxasına yazılması Cavabdeh öz istəyi ilə olmuşdur. Sözügedən xx.xx.2023-cü il tarixli qəbzi imzalayıb verməsinə baxmayaraq 2024-cü ilin avqust ayınadək (avqust ayı da daxil olmaqla) Cavabdeh onun həmin əmək haqqı kartından pulları çıxartmaqda davam etmiş və yuxarıda göstərdiyi kimi ona olan 3500 manat borcuna qarşı ümumilikdə 13121 manat pulunu əmək haqqı kartından çıxartmış, beləliklə də 9621 manat pulunu qanunsuz olaraq, həm də qanunsuz varlanmaq niyyəti ilə ələ keçirmişdir. (13121-3500=9621) Hətta xx.xx.2023-cü il tarixli yazılı qəbzinə baxmayaraq əmək haqqı kartını özünə qaytarmaqdan imtina etməsinin səbəbini Cavabdeh onunla izah etdi ki, aralarındakı kredit müqaviləsində qeyd edilməməsinə baxmayaraq ona olan borcu 3500 manatı və onun aylıq 15%, yəni 480 manat sələm faizinin əvəzinə müqavilədə göstərilən 10000 manat borc və ona aylıq 15% sələm faizi məbləğində pulu əmək haqqı kartının müddəti qutaranadək çıxardıb özünə götürəcəkdir. Məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh verdiyi əmək haqqı kartının müddəti sentyabr 2024-cü ildə başa çatdığı üçün yeni əmək haqqı kartı aldığına görə Cavabdeh 2024-cü ilin sentyabr-oktyabr aylarında həmin kartından pul çıxarda bilməmişdir. Cavabdeh 2023-cü ilin aprel ayından sonra əmək haqqı kartını özünə qaytarmamaqla ondan pul çıxarması barədə şikayət etməməyinin və ya məhkəməyə iddia ərizəsi ilə müraciət etməməyinin səbəbi onun hərbi xidmət yerinin Xankəndi şəhərinə dəyişdirilməklə yeni hərbi hissədə xidmətə başlamağı ilə əlaqədar sərbəst vaxtının olmaması olmuşdur. O, Cavabdeh dəfələrlə müraciət edərək tələb edib ki, qanunsuz ələ keçirdiyi 9621 manat pulunu özünə qaytarsın. Lakin cavabdeh bunu könüllü olaraq etməkdən imtina etmiş, əksinə onun mobil telefonuna xx.xx.2024-cü il tarixli SMS bildirişi göndərərək ondan tələb etmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsində göstərilən 10000 manat borcu 20 gün müddətində ona ödəsin, əks təqdirdə "Notariat haqqında" Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə uyğun olaraq notarius tərəfindən icra qeydi aparılacaqdır. Yuxarıda şərh etdiyi səbəblərdən Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyini əsaslı və qanuni hesab edir. Qarşılıqlı iddia üzrə tələb Qarşılıqlı iddia üzrə cavabdeh onun qarşılıqlı iddiasının təmin edilərək İddiaçı ona qarşı iddia tələbi əsassız olduğundan rədd edilməsi, cavabdeh İddiaçı ilə aralarında bağlanmış 29 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 10000 manat borcun və ödənilmiş 121 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsası Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı qaldırdığı pul tələbinə dair iddia ərizəsi əsassız və qeyri obyektiv, əlavə edilmiş sənədlər isə uydurma qəbzdir. Belə ki, iddiaçı iddia ərizəsində göstərir ki, guya ona borclu olduğu 10000 manat pulu qaytarmışdır. İddiaçı iddia ərizəsində göstərdikləri həqiqətdən uzaqdır. Ona görə ki, iddiaçı dəfələrlə ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc almış və bir hissəsini qaytarmışdır. Bundan sonra iddiaçı 29 iyun 2022-ci il tarixdə ondan 10000 manat borc pul almışdır. Pulun məbləği çox olduğundan həmin pulu natarus müqaviləsi əsasında ona verməyi qərar verib. Həmin pulu verərəkən notarius ona izah elədi ki, həmin pul notarius vasitəsi ilə geri almalıdır. Lakin cavabdeh buna məhəl qoymayaraq özündən akt tərtib edib yə əlavə edib ki, guya pulu ona qaytarıb. Guya o imza edə bilir. Və tərsinə kərim yazıb. Niyə həmin qəbzdə onun imzası deyil onun adının qarşısında saxta imza edilmişdir. Həmin qəbzdə nəyə görə tərsinə Kərim yazılmışdır. İddiaçı göstərir ki, guya həmin qəbzə o imza edib. Bu həqiqətə uyğun deyil. Cavabdeh pulu ödəmədiyi üçün o notariusa müraciət edib və notarius icra qeydi verdikdən sonra onu məhkəməyə vermişdir ki, guya həmin pul ödənib. O ona öz iradını bildirdikdən sonra ona bildirib ki, vermişəm məhkəməyə görək nə qərar qəbul edir. O, ona izah etməyə çalışıb ki, sən mənim pulumu bu yolla batira bilməzsən. O isə ona bildirib ki, batıracaq. İddiaçı məhkəməyə pul sənədləri təqdim etmişdir ki, guya pulları kart vasitəsi ilə çıxardıb. Siz götüntüləri çıxara bilirsiniz. Onun nə qədər bankadan kart vasitəsi ilə pul çıxardığını görərsiniz. Vüsal bunu niyə əvvəldən məhkəməyə vermirdi, icra qydi getdikdən sonra bu yola atmışdır. O ən azından imza edə bilir. Həmin qəbzdə tərsinə niyə kərim yazırdı, elə öz imzası ilə qəbzi təsdiq edərdi. Bu sənədlər iddiaçının özü tərəfindən uydurulmuş bir kağız parçasıdır. Tərəfin izahatı Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmişlər. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə teleqram göndərərək bildirmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcək, işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə ilkin iddia və qarşılıqlı iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, iddia tələbinə və qarşılıqlı iddiaya müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk iddia qismən tələbi təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı ******** saylı əxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci ildə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır. xx.xx.2024-cü-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh məhkəməyə qarşılıqlı iddia vermək üçün 121 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 117 manat məbləğində dövlət rüsumu ödəmişdir. AA seriyalı ******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci ildə anadan olmuşdur. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı 10000 manat borc pul vermişdir. xx.xx.2023-cü il tarixli əlyazma qəbzdən görünür ki, Mən Cavabdeh İddiaçı borc olaraq verdiyim 10000 manat məbləği xx.xx.2023-cü il tarixdə aldım. Latın əlifbasında dəsti-xəttim olmadığı üçün İddiaçıS oğlna yazdırmışam Yazılanlarla razıyam şəxsi imzamla təsdiq edirəm. xx.xx.2024-cü il tarixli bildiriş surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli 3M- 891 saylı borc müqaviləsi əsasında 10000 manat borcun xx.xx.2023-cü il tarixədək qaytarılması bildirilmişdir. xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, müxtəlif vaxtlarda müxtəlix ATMlərdən xx.xx.2024-cü il tarixədək cəmi 13121 manat pul çıxarılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Tərəflər arasında 29 iyun 2022-ci il tarixdə borc verən qismində Cavabdeh tərəfindən 10.000 manat məbləğində pulun borc alan İddiaçı tərəfindən qəbuluna əsaslanan notarial qaydada müqavilə bağlanmışdır. İş materiallarında 07 aprel 2023-cü il tarixli sadə yazılı qəbzə əsasən 10.000 manat məbləğində pulun qaytarılmasını ehtiva edən Cavabdeh tərəfindən imzalanmış sənəd mövcuddur. Həmin sadə yazılı qəbz ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən mübahisələndirilmiş, lakin məhkəmə tərəfindən xəttşünaslıq ekspertiza təyini ilə əlaqədar ekspertizalar zamanı müvafiq xətt-imza nümunələri Cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hal Cavabdeh ziyanına şərh edilməklə 10.000 manat məbləğində pulun qaytarılması barədə sadə yazılı qəbzin mötəbərliliyi şübhə doğurmamalıdır. Sübutların təmini qaydasında məhkəmə tərəfindən əldə edilən ABB ASC tərəfindən təqdim edilmiş sorğu məlumatlarına əsasən CD diskə əsasən fotogörüntülərlə müəyyən olunur ki, müxtəlif vaxtlarda yəni, 10.000 manat məbləğində pulun qaytarılmış olduğu 07 aprel 2023-cü il tarixindən sonra, ümumilikdə 6183,50 manat məbləğində pul Cavabdeh tərəfindən İddiaçı məxsusluğu müəyyən olunan əmək haqqı kartı hesabından çıxarılmışdır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 6183,50 manat pul və 81,83 manat ödənilmiş dövlət rüsumu, cəmi 6265,33 (altı min iki yüz altmış beş manat 33 qəpik) tutularaq İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə ödənilməlidir. Qarşılıqlı iddia təmin edilməməlidir. MPM 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qarşılıqlı iddia təmin edilmədiyindən həmin tələb üzrə Cavabdeh tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

Qətetdi:

İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 6183,50 manat pul və 81,83 manat ödənilmiş dövlət rüsumu, cəmi 6265,33 (altı min iki yüz altmış beş manat 33 qəpik) tutularaq İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə Cavabdeh tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar