Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-5/2022 24.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh Cavabdeh1 iştirakı ilə, İdiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, "xxxx" MMC-nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 28 yanvar 2015-ci il tarixli 115.LN.2105.280115.00002 saylı Kredit müqaviləsi üzrə 27452,54 manat əsas, 4897,28 manat faiz, 1608,16 manat cərimə, cəmi 33957,98 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 42 saylı evin 13 saylı mənzilinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi,ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan X4 tutduğu yaşayış sahəsinin ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması, evə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 28 yanvar 2015-ci il tarixli 115.LN.2105.280115.00002 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 26 faizlə 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Yuxarıda göstərilən müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə ipoteka qoyan Hüseynov Asif Niftalı oğlu arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün 18 mart 2014-cü il tarixdə İddiaçı ASC ilə "xxxx" MMC arasında 115.CL.280115.00002/a saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləi üzrə İddiaçı ASC- yə 13 iyun 2016-cı il tarixə olan borcu 27452,54 manat əsas, 4897,28 manat faiz, 1608,16 manat cərimə, cəmi 33957,98 manat təşkil edir. Bu günədək Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizləri ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən İddiaçı ASC-yə İpoteka Müqaviləsinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüqüqunu vermişdir. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək, Cavabdeh1 İddiaçı ASC-nə olan borcu 27452.54 manat əsas borc,14464,76 manat faiz və 5398.3 manat cərimə, ümumilikdə isə 47315,60 manat təşkil etdiyini, tutmanın Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 42 saylı evin 13 saylı mənzilinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan X6 oğlunun tutduğu yaşayış sahəsinin ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması, evə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-yə məhkəmə iclasının vaxtı və yeri məlumat verilsə də İddiaçı ASCnin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tıəmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Baxşəliyev Yusif Əbülfət oğlu izahatında iddianı qismən qəbul etdiyini, başqa şəxsdən alacağı olduğu, həmin pulu alandan sonra iddiaçıya qalan borcunu hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. Cavabdeh Hüseynov Asif Niftalı oğluna və "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 26 faizlə 36 ay müddətinə 30000 manat borc almışdır. İş materiallarında olan 28 yanvar 2015-ci il tarixli SKMF/91/YF saylı ipoteka müqaviləsinə əsasən RX ******* nömrəli çıxarışla Hüseynov Asif Niftalı oğlunun mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 42 saylı evin 13 saylı mənzili ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan 18 mart 2014-cü il tarixli, 115CL.280115.00002/a saylı zaminlik müqaviləsinə əsasən həmin müqavilə Cavabdeh1 götürdüyü kreditin təminatı olaraq İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmışdır. İş materiallarında olan 13 iyun 2016-cı il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 iddiaçıya 28 yanvar 2015-ci il tarixli 115.LN.2105.280115.00002 saylı kredit müqaviləsi üzrə 27452,54 manat əsas, 4897,28 manat faiz, 1608,16 manat cərimə, cəmi 33957,98 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan 05 sentyabr 2017-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, cavabdeh Baxşəliyev Yusif Əbülfət oğlunun iddiaçıya 27452.54 manat əsas borc, 14464,76 manat faiz və 5398.3 manat cərimə olmaqla ümumilikdə isə 47315,60 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətindən müəyyən olunur Baxşəliyev Yusif Əbülfət oğluna və "xxxx" MMC-yə banka olan bütün borcunu gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən iş üzrə 05 sentyabr 2017-ci il tarixli,2(021)-5007/2017 saylı qərardadladla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 aprel 2018-ci il tarixli, 26045 nömrəli ekspert rəyi ilə Cavabdeh1 28 yanvar 2015-ci il tarixli 115.LN.2105.280115.00002 saylı kredit müqaviləsinə əsasən əsas borcu 28422,435 manat, faiz borcu 13303,35 manat olmaqla cəmi borcu 41725,70 manat təşkil edir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 42 saylı evin 13 saylı mənzilə İddiaçı ASC-yə ipoteka hüququ verilmişdir. Mülki işə əlavə edilmiş 21 iyul 2016-cı il tarixli bildirişin surətindən müəyyən olunur ki, Hüseynov Asif Niftalı oğluna ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məlumat verilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin surətindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 42 saylı evin 13 saylı mənzilə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Hüseynov Asif Niftalı oğluna göndərilmiş bildiriliş 21 iyul 2016-cı il tarixdə ünvana çatdırılmasını diqqətə çatdıraraq tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə 05 sentyabr 2017-ci il tarixli, 2(021)-5007/2017 saylı qərardadladla məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli, UNİ/D 64-1264/21 saylı ekspert rəyinə əsasən Hüseynov Asif Niftalı oğluna məxsus olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 42 saylı evin 13 saylı mənzilin bazar dəyəri 65 600,0 manat, likvid dəyəri 59 040,0 manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki iddia tələbinin predmetini aşağıdakı tələblər təşkil edir:
1. Cavabdeh1 İddiaçı ASC-yə olan borcu 27452.54 manat əsas borc, 14464,76 manat faiz və 5398.3 manat cərimə, cəmi 47315,60 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması;
2. Tutmanın Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 42 saylı evin 13 saylı mənzilinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması;
3. İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan X6 oğlunun tutduğu yaşayış sahəsinin ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması, evə istifadə hüququnun itirilməsi. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi, 28 yanvar 2015-ci il tarixli 115.LN.2105.280115.00002 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 26 faizlə 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Yuxarıda göstərilən müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə ipoteka qoyan Hüseynov Asif Niftalı oğlu arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün 18 mart 2014-cü il tarixdə İddiaçı ASC ilə "xxxx" MMC arasında 115.CL.280115.00002/a saylı zaminlikmüqaviləsibağlanmışdır.28 yanvar 2015-ci il tarixli 115.LN.2105.280115.00002 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 iddiaçıya 27452.54 manat əsas borc,14464,76 manat faiz və 5398.3 manat cərimə, ümumilikdə isə 47315,60 manat borcu vardır. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi, əsas məbləğə və faiz borcuna münasibətdə iddia tələbi və ekspert rəyini nəzərə almaqla əsaslı olduğundan təmin edilməli və Cavabdeh1 28 yanvar 2015-ci il tarixli 115.LN.2105.280115.00002 saylı kredit müqaviləsinə əsasən 27452.54 manat əsas borc və 13303,35 manat faiz borcu olmaqla cəmi 40755.89 manat pul vəsaiti iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dəbbə puluna aid hissəsinə münasibət bildirərək onu qeyd etməyi zəruri hesab edir ki, dəbbə pulu məbləği tənasübsüz şəkildə yüksək məbləğdə qeyd edildiyindən həmin məbləğ azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı kredit müqaviləsinə əsasən 5398,3 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 398,30 manat məbləğində pul tutulmalıdır. İddianın tutmanın Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 42 saylı evin 13 saylı mənzilinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulmasına münasibətdə məhkəmə qeyd edir ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdud-laşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli, SKMF/91/YF saylı ipoteka müqaviləsinə əsasən cavabdeh Hüseynov Asif Niftalı oğlu kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 42 saylı evin 13 saylı mənzili ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 42 saylı evin 13 saylı mənzilə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli, UNİ/D 64-1264/21 saylı ekspert rəyi ilə Hüseynov Asif Niftalı oğluna məxsus olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 42 saylı evin 13 saylı mənzilin bazar dəyəri 65 600,0 manat, likvid dəyəri 59 040,0 manat müəyyən edilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 42 saylı evin 13 saylı mənzilə yönəldilməli, mənzilin likvid dəyəri 59 040,0 manat müəyyən edilməklə həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan X6 oğlunun tutduğu yaşayış sahəsinin ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və evə istifadə hüququnun itirilməsibə aid hissədə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli və ipoteka qoyan Hüseynov Asif Niftalı oğlu ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 42 saylı evin 13 saylı mənzil satıldıqdan sonra 1 (bir) ay müddətində həmin mənzili boşaltmaqla tərk etməlidir. İddia tələbinin ipoteka qoyan cavabdeh Hüseynov Asif Niftalı oğlunun ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 42 saylı evin 13 saylı mənzilə olan istifadə hüququnun itirilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra əvvəlki mülkiyyətçinin istifadə hüququnun xitam verilməsi hüququna yeni mülkiyyətçi məxsus olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, təyin edilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 250 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 oğluna və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 28 yanvar 2015-ci il tarixli 115.LN.2105.280115.00002 nömrəli kredit müqaviləsi üzrə 27452.54 manat əsas, 13303,35 manat hesablanmış faiz, 398,30 manat dəbbə pulu olmaqla cəmi 41149.19 (qırx bir min yüz qırx doqquz manat on doqquz qəpik) manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma cavabdeh Hüseynov Asif Niftalı oğluna mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 42 saylı evin 13 saylı mənzilə yönəldilsin. Mənzil açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 59 040,0 (əlli doqquz min qırx manat) manat müəyyən edilsin. Qeyd olunan əmlak satıldıqdan sonra 1 (bir) ay müddətində cavabdeh Hüseynov Asif Niftalı oğlu mənzili boşaltmaqla mənzili tərk etsin. Satışdan əldə olunan pul vəsaiti hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilsin. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan Hüseynov Asif Niftalı oğluna qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının 250 (iki yüz əlli manat) manat dəyəri cavabdeh Hüseynov Asif Niftalı oğluna və "xxxx" MMC-yə aid edilsin və 50 ( əlli) manat ekpsertiza xərci tutularaq X3 ( keçiriləcək hesab: Büdfcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************), 200 (iki yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMCnin hesabına (VÖEN: **********, hesab AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN:**********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filalın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elsun Əhmədov