Məhkəmə qərarları › İş №2(021)-5/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-5/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-5/2024 13.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh və X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC cavabdehlər cavabdehlər Cavabdeh və X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)5/2024 saylı qərardadı ilə mülki işə zamin X1 dair hissəsində icraata xitam verilmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb belə hesab edir ki, iddia ərizəsi Cavabdeh münasibətdə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı1 ASC arasında 24 ay müddətinə illik 23%-lə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5100 manat kreditin verilməsi barədə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin etmək üçün X2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarına əlavə olunmuş AZ-İ №875353 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ №907249 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Mülki işdən müəyyən edilir ki, iddia ərizəsi xx.xx.2017-ci il tarixdə Bərdə rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin sorğusuna əsasən Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş məlumatdan müəyyən olunur ki, Cavabdeh barəsində vərəsəlik işi açılmamışdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras emlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Plenum borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, əsas borclu Cavabdeh iddia qaldırılmamışdan əvvəl vəfat etdiyindən, iddiaçı Bank ilk növbədə həmin şəxsin vərəsələrini müəyyən edərək, öhdəliyin icrasını onlardan tələb etməli, vərəsələr öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, bundan sonra zaminlərə qarşı tələb irəli sürməlidir. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh barəsində vərəsəlik işi açılmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, portalda əsas borclu Cavabdeh ölümünə görə elektron portalda vərəsəlik işinin açılmaması onun vərəsələrinin olmamasına dəlalət etmir. Bank bu yolla yalnız formal üsulla qəbul etmiş vərəsələrin dairəsini müəyyən edə bilər, vərəsəliyin isə qəbul edilməsinin yeganə üsulu formal üsul deyildir, vərəsələr həm də qeyri-formal üsulla -faktiki yolla qəbul edə bilərlər. Miras Əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur miras emlaka faktiki sahiblik etmək və miras Əmlakı faktiki idarə etmək. İddiaçı Bank isə əsas borclu Cavabdeh vərəsələrinin dairəsini müəyyən etmək üçün mövcud olan bütün vasitələrdən istifadə etməmiş, mirasın qeyri-formal üsulla qəbul edəcək vərəsələrinin olmasını müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusi Məhəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Plenum həmçinin qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtesdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras Əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Göründüyü kimi, iddiaçı Bank tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl ölmüş borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl edilməmiş və bu qaydanı tətbiq etmək imkanı itirilməmişdir ki, həmin hal da iddia ərizəsinin baxılmamış saxlanması əsaslarından biri olduğuna görə hazırkı iddia baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh və X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi Cavabdeh münasibətdə baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 259, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh və X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi Cavabdeh münasibətdə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar