Məhkəmə qərarları › İş №2(021)-502/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-502/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-502/2021 23.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Musayev Səyyab Polad oğluna, Cavabdeh2, Cavabdeh3 Oruc qızına, Cavabdeh4 Vəli qızına, Cavabdeh5 və Cavabdeh6 İsgəndər oğluna qarşı “reqress qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Musayev Səyyab Polad oğluna, Cavabdeh2, Cavabdeh3 Oruc qızına, Cavabdeh4 Vəli qızına, Cavabdeh5 və Cavabdeh6 İsgəndər oğluna qarşı “reqress qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Musayev Səyyab Polad oğlundan 20 manat, Cavabdeh2 102 manat, Cavabdeh3 Oruc qızından 77 manat, Cavabdeh4 Vəli qızından 250 manat, Cavabdeh5 895 manat və Cavabdeh6 İsgəndər oğlundan 180 manat manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərlə birlikdə "xxxx" İKB ASC-nin Bərdə rayon filialından 16.03.2009-cu il tarixli 12010642 nömrəli kredit müqaviləsi üzrə qrup şəklində 13 üzv ilə birlikdə 12 ay müddətinə illik 26 faiz olmaqla hər biri 1200 ABŞ dolları olmaqla, cəmi 15600 ABŞ dollar məbləğində kredit götürmüşlər. İddiaçı kredit ödənişlərini hər ay vaxtlı vaxtında ödəmiş, lakin digər üzvlər krediti ödəmədiyindən "xxxx" İKB ASC məhkəməyə müraciət etmiş və Bərdə Rayon Məhkəməsinin 2(021)1262/2010 saylı 07 oktyabr 2010-ci il tarixli məhkəmə əmri ilə kredit borcu onlardan müştərək qaydada tutularaq "xxxx" İKB ASC-nin xeyrinə tutulması əmr olunmuşdur. O, kredit borunu tam ödəmişdir. Hazırki iş üzrə cavabdehlər kredit borclarını ödəmədikləri üçün 2013, 2014, 2015-ci illərdə kredit borcu onun əmək haqqından, 2016-cı ildən sonra isə pensiyasından tutulmuşdur. Onun pensiyasından Musayev Səyyab Polad oğlunun əvəzinə 20 manat, Cavabdeh2 əvəzinə 102 manat, Cavabdeh3 Oruc qızının əvəzinə 77 manat, Cavabdeh4 Vəli qızının 250 manat, Cavabdeh5 əvəzinə 895 manat , Cavabdeh6 İsgəndər oğlunun əvəzinə isə 180 manat pul tutulmuşdur. Onun pensiyasından cəmi 1524 manat pul tutulmuşdur. Cavabdehlərdən pulunu tələb etsə də nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin ounmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir . Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Bərdə rayon Hacallı kəndində anadan olmuşdur. Bərdə rayon Hacallı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 793 saylı, 28.10.2020-ci il tarixli arayışdan görünü ki, İddiaçı Bərdə rayon Hacallı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)1262/2010 saylı 07 oktyabr 2010-ci il tarixli məhkəmə əmrinə əsasən, borclular X10, İddiaçı İsmayıl qızından, Dəmirov Rasim Məhəmməd oğlundan, Cavabdeh6 İsgəndər oğlundan, X3, Cavabdeh2, X4, Cavabdeh3 Oruc qızından, Cavabdeh4 Vəli qızından, Cavabdeh5, X9, Musayeva Nəzakət Bəhmən qızından və Musayev Səyyab Polad oğlundan müştərək qaydada 8253.76 dollar əsas, 2572.91 dollar faiz, 1100.00 dollar cərimə, cəmi 11926.67 dollar borc ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə və dövlət rüsumu olaraq ödənilmiş 10 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" İKB ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)-1262/2010 saylı, 25 avqust 2020-ci il tarixli qərardadından görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)1262/2010 saylı 07 oktyabr 2010-ci il tarixli məhkəmə əmrindən X11 və İddiaçı İsmayıl qızı tərəfindən verilmiş etiraz ərizəsinin geri qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müddafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsin Bərdə rayon filialı tərəfindən verilmiş 19.11.2020-ci il tarixli **********1 saylı arayışında qeyd olunur ki, İddiaçı İsmayıl qızının DSMF publik hüquqi şəxsin Bərdə rayon fialialından aldığı pensiyadan 01.05.2020-ci il tarixdən hər ay 165.80 manat tutularaq Yelo Bank ASC-nin hesabına ödənilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş 22.04.2021-ci il tarixli Arayışda üeyd olunur ki, İddiaçı İsmayıl qızının əmək haqqından cəmi 970 manat pul Nikoyl İKB ASC –yə köçürülmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müddafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsin 5 saylı Regional Ərazi filialı tərəfindən verilmiş 29.04.2021-ci il tarixli **********8 saylı arayışında qeyd olunur ki, İddiaçı İsmayıl qızının icra vərəqəsinə əsasən əmək pensiyasının sylıq məbləğindən 15.05.2020-ci il tarixdən 13.11.2020-ci il tarixədək hər ay 165.80 manat olmaqla, cəmi 1160.60 manat məbləğində pul tutulmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş 17.12.2021-ci il taeixli Arayışdan görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)1262/2010 saylı 07 oktyabr 2010-ci il tarixli məhkəmə əmrinə əsasən icra qaydasında İddiaçı İsmayıl qızının rəsmi gəlirlərindən digər borcluların məhkəmə əmrinin qəbul olunduğu tarixdən, yəni 07.10.2010-cu il tarixdən 02.12.2021-ci il tarixədək Musayev Səyyab Polad oğlunun hesabına 20 manat, Cavabdeh6 İsgəndər oğlunun hesabına 40 manat, Cavabdeh4 Vəli qızının hesabına 250 manat, Cavabdeh5 hesabına 525 manat olmaqla, cəmi 1045.80 manat pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, "xxxx" İKB ASC-nin 16.03.2009-cu il tarixli 12010642 nömrəli kredit müqaviləsi üzrə "xxxx" İKB ASC BƏRDƏ filalı tərəfindən Bərdə rayonu Hacallı kəndində yaradılmış 12010642 sayl ı Birgə Borcalanlar qrupu ilə bağlanan müqavilə üzrə qrupun 13 üzvünə (X13, İddiaçı İsmayıl qızına, Dəmirov Rasim Məhəmməd oğluna, Cavabdeh6 İsgəndər oğluna, X7, Cavabdeh2, X8, Cavabdeh3 Oruc qızına, Cavabdeh4 Vəli qızına, Cavabdeh5, X12, Musayeva Nəzakət Bəhmən qızına və Musayev Səyyab Polad oğluna) 12 ay müddətinə illik 26 faiz olmaqla hər birinə 1200 ABŞ dolları olmaqla, cəmi 15600 ABŞ dollar məbləğində kredit verilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)1262/2010 saylı 07 oktyabr 2010-ci il tarixli məhkəmə əmri ilə borclular X10, İddiaçı İsmayıl qızından, Dəmirov Rasim Məhəmməd oğlundan, Cavabdeh6 İsgəndər oğlundan, X3, Cavabdeh2, X4, Cavabdeh3 Oruc qızından, Cavabdeh4 Vəli qızından, Cavabdeh5, X9, Musayeva Nəzakət Bəhmən qızından və Musayev Səyyab Polad oğlundan müştərək qaydada 8253.76 dollar əsas, 2572.91 dollar faiz, 1100.00 dollar cərimə, cəmi 11926.67 dollar borcun ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə tutularaq "xxxx" İKB ASC-nin xeyrinə tutulması əmr olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 2(021)1262/2010 saylı 07 oktyabr 2010-ci il tarixli məhkəmə əmrinə əsasən icra qaydasında İddiaçı İsmayıl qızının rəsmi gəlirlərindən 07.10.2010-cu il tarixdən 02.12.2021-ci il tarixədək digər borcluların Musayev Səyyab Polad oğlunun hesabına 20 manat, Cavabdeh6 İsgəndər oğlunun hesabına 40 manat, Cavabdeh4 Vəli qızının hesabına 250 manat, Cavabdeh5 hesabına 525 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.3-cü maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı Bərdə Rayon Məhkəməsinin 2(021)1262/2010 saylı 07 oktyabr 2010-ci il tarixli məhkəmə əmrinə əsasən icra qaydasında gəlirlərindən Musayev Səyyab Polad oğlunun əvəzinə 20 manat, Cavabdeh2 əvəzinə 102 manat, Cavabdeh3 Oruc qızının əvəzinə 77 manat, Cavabdeh4 Vəli qızının 250 manat, Cavabdeh5 əvəzinə 895 manat , Cavabdeh6 İsgəndər oğlunun əvəzinə isə 180 manat pul tutulduğunu qeyd etsə də, Yelo Bank” ASC tərəfindən verilmiş 17.12.2021-ci il tarixli Arayışdan müəyyən olunur ki, məhkəmə əmrinin qəbul olunduğu tarixdən, yəni 07.10.2010-cu il tarixdən 02.12.2021-ci il tarixədək İddiaçı İsmayıl qızının gəlirlərindən Musayev Səyyab Polad oğlunun hesabına 20 manat, Cavabdeh6 İsgəndər oğlunun hesabına 40 manat, Cavabdeh4 Vəli qızının hesabına 250 manat, Cavabdeh5 hesabına 525 manat olmaqla, cəmi 1045.80 manat pul köçürülmüşdür. Ona görə də iddia tələbi qismən təmin olunmalıdır. Cavabdeh2 və Cavabdeh3 Oruc qızının hesabına pul köçürülməsi isə sübut olunmur. Buna görə də iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Oruc qızına münasibətdə təmin oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum cavabdehlər Musayev Səyyab Polad oğlundan, Cavabdeh4 Vəli qızından, Cavabdeh5 və Cavabdeh6 İsgəndər oğlundan tutularaq İddiaçı xeyrinə veriməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Musayev Səyyab Polad oğlundan 20 manat, Cavabdeh6 İsgəndər oğlundan 40 manat, Cavabdeh4 Vəli qızından 250 manat, Cavabdeh5 525 manat vəsait tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Musayev Səyyab Polad oğlundan, Cavabdeh4 Vəli qızından, Cavabdeh5 və Cavabdeh6 İsgəndər oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar