Məhkəmə qərarları › İş №2(021)-502/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-502/2025

22.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-502/2025 22.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(021) 2396/2023 nömrəli qətnaməsi ilə Cavabdeh birgə nikahdan doğulmuş oğlu xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat məbləğində tutulması müəyyən olunmuş aliment miqdarının artırılaraq Cavabdeh tutulmalı olan alimentin məbləğinin hər ay 235 manat miqdarında müəyyən edilməsinə və mediasiya xidmətinə görə ödədiyi 50 manatın cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2019-cu ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan 15 dekabr 2020-ci ildə oğlu X4 anadan olmuşdur. Lakin cavabdhelə ailə münasibətləri davam etdirilməsi mümkün olmadığından faktiki olaraq ayrıldıqlarına görə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021) 3508/2022 nömrəli qətnaməsi ilə onun Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi qismən təmin edilərək 15 dekabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək hər ay əlavə xərc kimi 50 manat tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra Bərdə rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(021) 1139/2023 saylı qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında 08 avqust 2019-cu il tarixdə Bərdə Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində 134 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsii tərəfindən ona 20 aprel 2023-cü il tarixli AZ-İ448556 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmiş və qızılıq soyadı Hüseynova soyadı verilmişdir. Bərdə Rayon Məhkəməsinin 11 iyul 2023cü il tarixli, 2(021) 2396/2023 nömrəli qətnaməsi ilə onun Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi qismən təmin edilərək Bərdə rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(021) 3508/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq qətnamə qanuni qüvvəsini aldıqdan sonra 15 dekabr 2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşəna çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat miqdarında aliment sabit pul məbləğində tutularaq ona verilməsi qət edilmişdir. Hazırda aliment məbləğinin artırılması zərurəti yaranmışdır. Belə ki, oğlu X4 anadangəlmə ikitərəfli yastıpəncəlik və nitq qüsuru xəstəliklərindən əziyyət çəkir və onun həmin xəstəliklərdən bakı və Bərdə şəhərlərindəkiu tibb müəssilərində müntəzəm surətdə müalicələr alamasına baxmayaraq müsbət irəliləyişlər yoxdur. Və həkimlərin tövsiyəsiilə müayinə və müalicələr fasiləsiz və daha intensiv şəkildə davam etdirilməlidir. Cavabdeh əlavə xərc kimi Bərdə Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(021) 798/2024 nömrəli qətnaməsinə əsasən ona verilməsi qət edilmiş aylıq 100 manat pul da oğlu Uğurun mmüayinə və müalicəsi üçün kifayət etmir. Oğlu Uğur isə xəstəəlik səbəbindən və körpə olduğundan onu öz nəzaratindən kənarda qoyaraq işləməsi mümkün deyil, uşağın saxlanması üçün baxıcı tutması isə maddi cəhətdən mümkün deyil. Məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında izahat verən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Fəhlə işləməklə həftəyə 20-30 manat gəlir əldə edir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci ildə anadan olmuşdur. AA4741942 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2024-cü ildə anadan olmuşdur. İş materiallarında olan Bərdə regional ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli, AZ-İV547516 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 15 dekabr 2020-ci ildə anadan olmuş atası Cavabdeh, anası X3 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 12 yanvar 2021-ci il tarixdə 95 nömrə ilə qeyd edilmişdir. İşdə olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli, AZ-İ448556 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 20 aprel 2023-cü ildə 89 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Yəhyazadə qadına Hüseynova soyadı verilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 2765 nömrəli, 08 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Hüseynova X5 şəhəri C.Məmmədquluzadə küçəsi 8/6 evdə yaşayır. Bərdə Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(021)2396/2023 saylı qətnaməsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(021)3508/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq qətnamə qanuni qüvvəsini aldıqdan sonra 15 dekabr 2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 manat miqdarında aliment sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(021)798/2024 saylı qətnaməsindən görünür ki xx.xx.2020-ci il təvəllüdlü X2 müayinə və müalicəsi ilə əlaqədar hər ay 100 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(021) 2396/2023 nömrəli qətnaməsi ilə Cavabdeh birgə nikahdan doğulmuş oğlu xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat məbləğində tutulması müəyyən olunmuş aliment miqdarının artırılaraq Cavabdeh tutulmalı olan alimentin məbləğinin hər ay 235 manat miqdarında müəyyən edilməsinə və mediasiya xidmətinə görə ödədiyi 50 manat cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Ailə Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Alimentin miqdarı 2023-cü ilin iyul ayında artırılaraq bir uşağa görə 170 manat miqdarında müəyyən edilmişdir. 04 mart 2024-cü ildə 15 dekabr 2020-ci il təvəllüdlü X2 müayinə və müalicəsi ilə əlaqədar hər ay 100 manat pul tutulmuşdur. Bundan başqa iddiaçı iddia ərizəsində uşağın daimi və mütamadi olaraq müalicəyə ehtiyacı olmasını göstərsə də iş materiallarına bu barədə həmçinin Cavabdeh əmək haqqı, gəlirləri və əmlakları olması barədə iddia ərizəsində qeyd etsə də bu haqda hər hansı arayış, sənəd və digər mötəbər sübutları iddiasına əlavə etməmişdir. Belə olan halda iddiaçı iddiasını sübut edə bilməmişdir, həmçinin iş materiallarına əsasən Cavabdeh əmlak vəziyyətinin yaxşılaşması və gəlirlərinin artması ilə bağlı heç bir dəyişiklik olmamışdır. Buna görə iddia tələbi əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə аlаrаq və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar