Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-510/2023 13.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı və iddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma, ziyan tələbi və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bərdə rayonu, Birinci Qaradəmirçi kəndində yerləşən 0,14 ha torpaq sahəsindən zəbt olunmuş 0,0218 sot torpaq sahəsindən çıxarılması, torpaq sahəsində tikilmiş olan yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi və ona vurmuş olduğu 900 manat maddi ziyan tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyyətində Bərdə rayon Birinci Qaradəmirçi kəndində yerləşən 0,14 ha torpaq sahəsi var. Qeyd etdiyi 0,14 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmnış Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Lakin çıxarış əsasında onun xüsusi mülkiyyətində olan 0,14 ha torpaq sahəsindən 0,0218 sotunu hazırki iş üzrə Cavabdeh qanunsuz yolla zəbt etmişdir. Və onun oradan istifadə etməyinə maneçilik törədir. Qeyd etdiyi torpaq sahəsi rəsmi olaraq onun adına tanıdılmış və çıxarış verilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-98/2022 nömrəli qətnaməsi üzrə olan mülki iş üzrə ekspertiza təyin edilmiş və ekspertizada 36,12 kv.m torpaq sahəsinin onun mülkiyyətində olduğu qeyd olunmuşdur. İndi isə o Cavabdeh dəfələrlə ona məxsus olan 0,0218 sot torpaq sahəsindən çıxmasını bildirsə də, cavabdeh ona məxsus olan torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Hal-hazırda cavabdeh torpaq sahəsində yarımçıq tikili tikmiş və günü gündən oranı daha da böyütmək istəyir. Həmçinin o torpaq sahəsində müəyyən bir məbləğdə ağaclar əkmişdir. Torpaq sahəsini istifadə etdiyi müddət ərzində isə hər zaman ağaclarını sulamış və onlara yaxşı baxmışdır. Ağacları rahat şəkildə suvarmaq üçün isə orada su borusu düzəltmişdir. Lakin Cavabdeh torpaq sahəsini zəbt etdiyi gündən 450 ədəd ağaclarını heç zaman sulamamış və daha da azğınlaşaraq xərc çəkib düzəltdiyi su borusunu məhv etmişdir. Halbuki o su borusundan rahat şəkildə istifadə etmək üçün 700 metrlik su borusu üçün 560 manat, 20 ədəd su paylayıcı üçün 100 manat xərc çəkmişdir. Su borusunu düzəltmək üçün isə 3 nəfər ustaya 240 manat pul vermişdir. Əgərki torpaq sahəsini o istifadə etsəydi, 450 ədəd ağacı məhv olmazdı. Bitkiçilik sektoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktında onun mülkiyyətində olan torpaq sahəsində becərmiş olduğu ağaclara vaxtında su verilmədiyi üçün tamamilə məhv olmuşdur. Hal-hazırda Cavabdeh ona əxsus olan 0,0218 sot torpaq sahəsindən çıxmasını, torpaq sahəsində tikilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsində əkmiş olduğu və hazırda məhv olmuş 450 ədəd ağacına dəymiş ziyanın və su borusu üçün çəkdiyi 900 manat pulun alınıb ona verilməsini bildirsə də, heç bir nəticəsi olmamışdır. Ağaclarına nə qədər məbləğdə ziyan dəyməsi üçün lazımi təşkilata müraciət etsə də, ona verilmiş aktda ziyanlıq qeyd edilməmişdir. Bunun üçün də o da, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X8 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayır. AZE seriyalı, 08561911 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1959-cu ildə Tərtər şəhərində anadan olmuşdur. Bərdə rayonu, Qarabağ qəsəbəsi, ev 1-də yaşayır. AZE seriyalı, 15089139 nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1965-ci ildə anadan olmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh məxsus Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən torpaq sahəsinin plan və ölçüsü göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, zərərçəkən İddiaçı iştirakı ilə onun gilas bağına baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, bağ vaxtında suvarılmadığı üçün ağacların bir qismi tamamilə məhv olmuşdur. Qalan hissəsi isə öz inkişafından dayanmışdır. Bağın suvarılması vaxtında təşkil olunmazsa, tamamilə məhv olacaqdır. Kənd Təsərrüfatı Nazirliyi X14 İnkişaf Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, MİHO/1.2.25-1-2022-139 nömrəli məktuba cavabdan görünür ki, torpağa dəymiş ziyan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin 2018-ci il 16 avqust tarixli 04Q nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf mərkəzlərinin Əsasnaməsi”ndə fiziki şəxslərin əkin sahələrinə dəymiş maddi ziyanın hesablanması ilə bağlı hər hansı vəzifə öz əksini tapmamışdır. Bunla əlaqədar olaraq bildirilir ki, onun istifadəsində olan əkin sahəsinə dəymiş ziyanın müəyyənləşdirilməsi onların səlahiyyətlərinin xaricindədir. Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Bərdə Rayon Nümayəndəliyi tərəfindən Bərdə rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 288 nömrəli məktuba cavabdan görünür ki, Tərtər rayonunda anadan olmuş Cavabdeh Bərdə rayonu ərazsində məcburi köçkün qeydi haqqında məlumat əldə olunmamışdır. İş materiallarında olan ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Birinci Qaradəmirçi kəndində yerləşən 0,14 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İS Price Consulting MMC tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, 700 metr su borusu 560 manat, 20 ədəd su paylayıcı 100 manat, 3 nəfər usta xərci 240 manat, real bazar dəyəri cəmi 900 manat təşkil edir. Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(021)-98/2022 nömrəli qətnamədən görünür ki, iddiaçı X3 Cavabdehi qeyri-qanuni hərəkətlərinə son qoyulması, arxın açılması və tikilinin sökülməsinə dair iddia tələbinin qismən təmin edilməsi, iddiaçı X1 mülkiyyətində olan Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən torpaq sahələrinə gedən su yolunun təbii axımı Cavabdeh hesabına açılması, Cavabdeh qeyri-qanuni hərəkətlərinə son qoyulması qət edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündən və ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 0,16 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Əmək və Əhalinin Sosial Müdaffiə Nazirliyi tərəfindən verilmiş 1492 nömrəli müayinə aktının çıxarışından görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X5 Uİİ-nin qalıq əlamətləri əqli və psixidən tam geri qalma, ağıl zəifliyi, ağır imbesivlik nəticəsində psixopatiyabənzər davranışların olduğu aşkar edilmişdir. Şəxs birinci dərəcəli uşaqlıqdan əlildir. xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən və ona əlavə edilmiş naturada yerləşmə mövqeyi və döngə nöqtələrinin koordinatlarından görünür ki, iddiaçının iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir.
1. Sual: RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan 0.14 ha torpaq sahəsi Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə edilirmi? Cavab: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********82 reyestr nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsi Cavabdeh tərəfindən bütünlüklə istifadə edilir.
2. Sual: Həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdirmi və əgər edilmişsə nə qədər hissəsi zəbt edilmişdir? Cavab: Həmin torpaq sahəsi Cavabdeh tərəfindən bütünlüklə istifadə edilir.
3. Sual: Həmin torpaq sahəsində yarımçıq tikili varmı və həmin tikili Cavabdeh tərəfindən tikilmişdirmi? Cavab: Mübahisəli torpaq sahəsində yarımçıq tikili mövcuddur. Lakin Cavabdeh tərəfindən tikilib-tikilməməsini təyin etmək ərazi idarəsinin səlahiyyətləri xaricindədir.
4. Sual: Cavabdeh tərəfindən təqdim edilmiş 00 seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış və 000663 nömrəli, **********27 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi harada yerləşir və iddiaçının iddiasında qeyd edilən torpaq sahəsi ilə eynilik təşkil edirmi, üst-üstə düşürmü və ya onun sərhədləri daxilində yerləşirmi? İddiaçının iddia etdiyi cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikili cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdəki torpaq sahəsinin sərhədləri daxilində yerləşirmi? Cavab: Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********27 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış və 000663 nömrəli "torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən torpaq sahəsi rəyə əlavə edilmiş planda öz əksini tapmışdır. Həmin torpaq sahəsi iddiaçının iddiasında qeyd edilən torpaq sahəsi ilə eynilik təşkil etmir, üst-üstə düşmür və onun sərhədləri daxilində yerləşmir. İddiaçının iddia etiyi yarımçıq tikili, TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********27 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış və 000663 nömrəli "torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin sərhədləri daxilində yerləşmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bərdə rayonu, Birinci Qaradəmirçi kəndində yerləşən 0,14 ha torpaq sahəsindən zəbt olunmuş 0,0218 sot torpaq sahəsindən çıxarılması, torpaq sahəsində tikilmiş olan yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi və ona vurmuş olduğu 900 manat maddi ziyan tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma, ziyan tələbi və tikilinin sökülməsi” tələbi təmin edilməməlidir. Belə ki, mütəxəssis rəyindən də göründüyü kimi həm iddiaçı həm də cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi ilə sənəd üzərində olan torpaq sahələri arasında uyğunsuzluq var və hazırda biri digərinin torpaq sahəsindən istifadə edir. Məhkəmənin təklifinə baxmayaraq heç bir tərəf torpaq sahələrini dəyişməklə sənəd üzrə olan torpaq sahəsindən istifadə etməyə razılıq vermir və hazırda yaşadıqları torpaq sahələrinə külli miqdarda xərc çəkilməsi və orada ev tikilməsini qeyd etmişlər. Belə olan halda iddia təmin edilə bilməz. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «İddiaçıanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma, ziyan tələbi və tikilinin sökülməsi” tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Fuad Babaşov