Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6/2019 09.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-06/2019 09 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.07.2018-ci il tarixli 2(107)1466/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı rayon məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.S.Şirinov, iş № 2(037)-52/2018) İddiaçı Hüseynqulu oğlunun Cavabdeh1 və X3 qarşı on a məxsus torpaq sahəsinə gedən ictimai yolun açılması, torpaq sahəsindən çıxarma, maddi ziyanın ödənilməsi, torpaq sahəsinə törədilən maneələrə qadağa qoyulması tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərin iddiaçıya və onun ailə üzvlərinin birgə mülkiyyətində olan İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə gedən yolun cavabdehlər tərəfindən açılması və torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrə qadağa qoyulması, maddi ziyana görə 23830 manat tutulmasına dair hissədə iddianın rədd olunması qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda X2 iddiası təmin edilərək İddiaçı Hüseynqulu oğlundan mübahisəli torpaq sahəsinin dəyəri kimi 9375 manat, həmin torpaq sahəsində görülən i şlərin dəyəri kimi 5125 manat, dövlət rüsumuna görə 120 manat, cəmi 14.620 manatın tutularaq X3 verilməsi və qətnamənin eyni vaxtda icra olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.F.Quliyev, Ə.T.Məcidov və M.A.Əsədli) İsmayıllı rayon məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən 0,15 hektar ölçüdə torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları 03 dekabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. 2017-ci ilin noyabr ay ında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus torpaq sahəsinin cavabdehlər X4 və Cavabdeh1 tərəfindən zəbt olunmasını, həmin torpaq sahəsinə gedən ictimai yolun bağlanmasını və həmin sahədə yerləşən ağacların məhv edilməklə ona 23830 manat məbləğində zərər dəyməsini əsas göstərməklə cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə gedən ictimai yolun açılması, vurulmuş maddi ziyanın tutulması və torpaq sahəsindən istifadəsinə törədilən maneələrə qadağa qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh N də müstəqil iddia ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsinin İddiaçı tərəfindən ona 9375 manata satılmasını, orada 5125 manat dəyərində tikinti işlərinin aparılmasını, dövlət rüsumuna görə 120 manat ödəməsini əsas göstərməklə İddiaçı onun xeyrinə 14.620 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı rayon məhkəməsinin 05 fevral 2018-ci il tarixli qərardadı ilə hər iki iddia ərizəsi bir icraatda birləşdirilmiş və iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək mübahisəli torpaq sahəsini cavabdehlərə satmamaqla onlardan tələb etdikləri pul məbləğini almamasını, qətnamənin maddi və prosessual hüquq normalarını pozmaqla çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ona və ailə üzvlərinə məxsus torpaq sahəsini cavabdehlərə faktiki olaraq satmış, cavabdehlər həmin torpaq sahəsində 5125 manat dəyərində abadlıq işləri aparmışlar. Lakin son nəticədə İddiaçı alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən boyun qaçırmaqla onların evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.(152.1). Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mübahisəli torpaq sahəsi İddi açı və onun ailə üzvlərinə məxsus olduğundan və tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair razılaşma qanunla müəyyən olunmuş qaydada alqı-satqı müqaviləsinin bağlanması ilə nəticələnmədiyindən, kollegiya hesab edir ki, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbinin qismən təmin olunmasını əsaslı saymaqla düzgün nəticəyə gəlmişdir. İddiaçı mübahisəli torpaq sahəsinə görə cavabdehlərdən aldığı pul məbləğini onlara qaytarmayıb özündə saxlamaqla əsassız varlandığından, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092.1-ci maddələrinin tələbinə əsaslanmaqla cavabdehlərin iddiasını təmin etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçi nin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.(1091.2). Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və maddi hüquq normalarının qüvvəsi düzgün tətbiq olunmaqla çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 09 iyul 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi İlqar Xəl
Məhkəmə qərarları › İş №2(102)-6/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6/2019
09.01.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver