Məhkəmə qərarları › İş №2(107)-1429/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1429/2022

05.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1429/2022 05.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və Cavabdeh1 X1 və Cavabdeh3 qarşı JN 026F, KOD 40309088 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən onlara məxsus olan 0.29 ha torpaq sahəsinin istifadəsi üçün yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərin həmin torpaq sahəsindən məcburi çıxarılmal tələbinə dair mülki iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizə, ləğv, ərizə təmin edilmədi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh1 X1 və Cavabdeh3 qarşı JN 026F, KOD 40309088 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən onlara məxsus olan 0.29 ha torpaq sahəsinin istifadəsi üçün yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərin həmin torpaq sahəsindən məcburi çıxarılmal tələbinə dair mülki iş üzrə cavabdehlər X2 və Cavabdeh3 müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizənin geri qaytarılması barədə Qax Rayon Məhkəməsinin 9 avqust 2022–ci il tarixli 2(024)- 34/2022 nömrəli qərardadından cavabdehlər X4 və Cavabdeh3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Qax Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 2(024)-720/2021 nömrəli qərardadı ilə İddiaçı və Cavabdeh1 X1 və Cavabdeh3 qarşı “JN 026F, KOD 40309088 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən onlara məxsus olan 0.29 ha torpaq sahəsinini sirfiadəsi üçün yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərin həmin torpaq sahəsindən məcburi çıxarılmaı tələbi”nə dair mülki iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılıb qanuni qüvvəyə minənədək mübahisə olunan fındıq bağını məhsulunun yığılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi qərara alınmışdır. Cavabdehlər X4 və Cavabdeh3 xx.xx.2022-ci ildə Qax Rayon Məhkəməsinə ərizə verərək həmin müvəqqəti təminat tədbirinin ləğv edilməsini xahiş etmişlər. Qax Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadı ilə Qax Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 2(024)-720/2021 nömrəli qərardadından cavabdehlər X4 və Cavabdeh3 tərəfindən verilmiş şikayət üzrə icraatın mümkün hesab edilməməsi və şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdehlər X4 və Cavabdeh3 Qax Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadından şikayət vermişdir. Qax Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməli, cavabdehlər X2 və Cavabdeh3 müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsi təmin edilməməlidir. Belə ki, cavabdehlər X4 və Cavabdeh3 şikayətdə göstərmişlər ki, Qax Rayon Məhkəməsinə müraciət edərək Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(024)- 720/201 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin ərizəsində məhkəmənin diqqətinə çatdırmışdır ki, Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(024)-720/2021 saylı qərardadı qəbul edildiyi zaman müəyyən olunan hallar aradan qalxdığından və hazırda mübahisə olan sahənin onların istifadəsində olması müəyyən edildiyindən və sözgedən qərardadın qəbul edilməsinə əsas kimi təqdim edilən şəhadətnamənin koordinatları və əsaslarına şübhə əmələ gəldiyindən sözügedən qərardadın ləğvi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa həmin qərardadda iddiaçıların ərizəsindən kənara çıxılaraq əlavə tələb irəli sürülmüşdür və ən əsası da qərardadda müəyyən edilən hallar aradan qalxmışdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(107)-208/2022 saylı qərardadı ilə mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Şəki İnzibati Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli 2-l(l16)-9l/2022 saylı qərardad ləğv edilərək iddia tələbi mümkün hesab edilmiş və qeyd edilmişdir ki, ekspert rəyi əsasında hazırki işdə İddiaçı və Cavabdeh1 Jaroyeviçə məxsus şəhadətnamədə qeyd edilən 0,29 ha torpaq sahəsinin onların istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilərək qanuni qərar çıxarılmalıdır. Bundan əlavə hazırki 2(024)-720/2021 saylı iş materiallarına da əlavə edilmiş Qax Rayon Məhkəməsinin təyin etdiyi ekspertiza nəticəsində verilən ekspert rəyi və həmin rəyə əlavə edilmiş Ortofotoplandan çıxarışlarla sübut olunur ki, iddiaçılara verilən torpaq sahəsi ilə istifadəmizdə və sahibliyimizdə olan torpaq sahələri arasında fərq vardır və həmin torpaqlar üst üstə düşmür, iddiaçılara həyətyanı torpaq sahəsinə şəhadtnamə verilmişdir, onların həbs qoydurduğu torpaq sahəsi isə fındıq bağıdır. Deməli şəhadətnamənin koordinatları səhv vurulub və iddiaçıların onları çıxarmaq istədikləri torpaq sahəsi həqiqətən də onların mülkiyyətinə verilən torpaq sahəsi yox, onların istifadəsində olan torpaq sahəsidir. İddiaçılar təmin tədbiri ərizəsində “fındıq bağının məhsulunun yığılmasının cavabdehlərə qadağan edilməsi və fındıq bağının məhsulunun yığılması üçün onlara şərait yaradılması barədə” tələb qoyulmuş, məhkəmə isə 0,29 ha torpaq sahəsinə istifadəsi üçün yaradılan maneələrin aradan qaldırılması ilə yanaşı əlavə olaraq iddiaçıların tələb etmədiyi halda “fındıq bağının məhsulunun yığılmasının onlara qadağan edilməsi barədə” qərardad qəbul etmişdir. Hazırda fındıq məhsulunun yığımı vaxtıdır və Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(024)-720/2021 saylı qərardadı onların hüquqlarının pozulması ilə nəticələnmişdir, onlara həmin torpağa girilməyə həbs qoyulması məhsulun zay olmasına və ya digər şəxslərin onu yığmasına gətirib çıxaracaqdır. Bu səbəbdən xx.xx.2021-ci il tarixli qərardadının ləğvi barədə məhkəməyə ərizə vermişlər. Lakin Qax Rayon Məhkəməsi ərizələrinə qərardaddan şikayət kimi qiymət vermiş və “şikayət mümkün hesab edilməyərək şikayətin geri qaytarılmasına dair” qərardad çıxarmışdır. Halbuki yuxarıda qeyd etdikləri kimi onlar məhkəmə qərardadından şikayət yox, qərardadın qəbul edilməsi zamanı mövcud olan sübutların və ortaya çıxan halların artıq mövcud olmadığı üçün qərardadın ləğv edilməsini ərizə ilə məhkəmədən tələb etmişlər. Məhkəmə onların ərizəsi üzrə iclas təyin etməli və ərizələrinə ayrıca məhkəmə iclasında baxmalı idi. Ancaq məhkəmə prosessual səhvə yol vermiş və ərizələrinə baxmadan, sübutları araşdırmadan ərizələrinə şikayət kimi qiymət verərək ərizəni qəbul etmədən şikayətin qaytarılması qaydalarını tətbiq edərək ərizələrini geri qaytarmışdır. Bu da qanunsuzdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadının ləğv edilməsi və ərizələrinə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Belə ki, mülki işin materiallarından görünür ki, cavabdehlərin verdiyi ərizə qərardaddan şikayət xarakteri daşımır. Cavabdehlər müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli 2(024)-720/2021 saylı qərardadın ləğv edilməsini, beləliklə, müvəqqəti təminat tədbirinin ləğv edilməsini xahiş etmişlər. Belə olduqda, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-268-ci maddələrini hazırki işə tətbiq etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 158.1.2 və 158.1.3-cü maddələrinə əsasən məhkəmə müəyyən hərəkətləri etməyi cavabdehə və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Göründüyü kimi, qanunvericilik müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizə verilməsinə heç bir zaman məhdudiyyəti müəyyyən etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Qax Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası cavabdehlər X2 və Cavabdeh3 müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsinə baxaraq hesab edir ki, ərizə təmin edilməməlidir. Mülki işin materiallarında müvəqqəti təminat tədbirinin tətbiqi zamanı mövcud olan sübutların və ortaya çıxan halların artıq mövcud olmadığını təsdiq edəcək heç bir sübut və ya dəlilə ras gəlinmir. Ona görə də, şikayət qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməli, cavabdehlər X2 və Cavabdeh3 müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.3-cü mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdehlər X4 və Cavabdeh3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. Cavabdehlər X2 və Cavabdeh3 müvəqqəti təminat tədbirinin tətbiqi barədə Qax Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 2(024)-720/2021 nömrəli qərardadının ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar