Məhkəmə qərarları › İş №2(104)-34/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-34/2024

14.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-34/2024 14.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İlyaz qızına qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh İlyaz qızının iştirakı ilə, İddiaçı Cavabdeh İlyaz qızına qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(066)-327/2022 nömrəli qətnaməsindən Cavabdeh İlyaz qızı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 14 may 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göygöl rayonu Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir;

2. **********73 reyestr nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh İlyaz qızının xüsusi mülkiyyətindədir;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/6198 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisinin xx.xx.2021-ci il tarixli **********72 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən Göygöl rayonu Qızılca kəndində yerləşən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın AA546166 nömrəli planı və ölçüsü sənədindəki koordinatlara istinadən İddiaçı mülkiyyətində olan 0,12 ha (1200 kv.m) torpaq sahəsinin 0,0088 ha (88.0 kv.m) hissəsi Cavabdeh İlyaz qızının faktiki istifadəsində olduğu göstərilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin 0,0029 ha (29.0 kv.m) hissəsi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın AA 546166 nömrəli planı və ölçüsü sənədindəki koordinatlara istinadən İddiaçı mülkiyyətində olan 0,12 ha (1200 kv.m) torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan 0,0088 ha (88.0 kv.m) hissəsi üzərində 0,0029 ha (29.0 kv.m) tikilinin yerləşdiyi müəyyən edilmişdir;

4. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən 01 iyun 2022-ci il tarixdə mübahisəli torpaq sahələrinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş JN-1185A nömrəli, KOD 50807005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsi X3 məxsus 1207 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən qonşu torpaq sahəsinə arxa-arxaya paralel qonşu torpaq sahələri olmamışdır. İddiaçı verilmiş **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və AA seriyalı 546166 nömrəli Torpaq sahəsinin planı və ölçüsü adlı sənədlərin verilməsinə də əsas olmuş sənəd məhz JN-1185A nömrəli, KOD 50807005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə olmuşdur. Lakin, ekspert rəyinin verilməsinə əsas olmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 sentyabr 2021-ci il tarixli, 167 nömrəli mütəxəssis rəyinə əlavə olan ölçü planına əsasən isə İddiaçı mülkiyyətinə verilmiş JN-1185A nömrəli, KOD 50807005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsi X3 məxsus 1207 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən qonşu torpaq sahəsinə arxaarxaya paralel torpaq sahələri olmuşdur. Yəni, mütəxəssisin rəyi yerində baxış zamanı iddiaçının torpaq sahəsinin digər qonşu torpaq sahəsinə münasibətdə yerləşmə konfiqurasiyasına uyğun olmamışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/2987 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İlyaz qızının faktiki istifadəsində olan 666.48 kv.m torpaq sahəsi **********73 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh İlyaz qızının mülkiyyətində olan 600 kv.m torpaq sahəsi ilə üst-ütə düşmədiyi müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin faktiki olaraq istifadəsiz olduğu, üzərində heç bir tikili mövcud olmadığı və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənəd qeydə alınmadığı müəyyən edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6816 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş JN-1185A nömrəli, KOD50807005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsi X3 məxsus 1207A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsi ilə paralel qonşu torpaq sahələridir. Həmin sxemə əsasən Cavabdeh İlyaz qızının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları İddiaçı verilmiş AA seriyalı 546166 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənəddə göstərilən 0.12 ha torpaq sahəsinin koordinatları ilə 88 kv.m hissəsi üst-üstə düşür (bu rəy məhkəmə kollegiyası tərəfindən sübut kimi qəbul edilməmişdir).

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2024-cü il tarixli 3-16-16/2-10/2187 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş JN-1185A nömrəli KOD50807005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsinin X3 məxsus JN- 1207A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsi ilə arxa-arxaya paralel torpaq sahələri olmadığı müəyyən edilmişdir. Cavabdeh İlyaz qızının faktiki istifadəsində olan torpaq sahəsi ilə İddiaçı verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********39 reyestr nömrəli çıxarışın A-546166 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.12 ha (1200 kv.m) torpaq sahəsi 93 kv.m hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh İlyaz qızına qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xüsusi mülkiyyət hüququ ilə ona məxsus Göygöl rayonu Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsindən məcburi məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Göygöl rayonu Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Cavabdeh İlyaz qızı həmin torpaq sahəsində ev tikdirməyə başlamışdır. Dəfələrlə cavabdehə torpaq sahəsinin ona məxsus olduğunu bildirərək oradan çıxmasını tələb etsə də, lakin cavabdeh bunlara məhəl qoymamışdır.

10. Göygöl Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(066)-327/2022 nömrəli (hakim Qələmdar Abbasov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh İlyaz qızının xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Göygöl rayonu Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması; İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının 100 (bir yüz) manat eksperti xərcinin cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi; İş üzrə aparılmış 22 sentyabr 2021-ci il tarixli ekspert rəyi üzrə iddiaçı tərəfindən ödənilmiş 311 manat ekspertiza xərcinin Cavabdeh İlyaz qızından tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 140, 152.1 və 157.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 110 və 111ci maddələrinə, həmçinin “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli Qərarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh İlyaz qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mülki işə onun iştirakı olmadan baxıldığına görə mübahisəli torpaq sahəsini bitişik olan torpağın mülkiyyət hüququ əsasında ona məxsus olduğu nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmişdir. Halbuki, onun həqiqətən də iddiaçıya məxsus torpaq sahəsini zəbt edib-etməməsi, habelə zəbt etmişdirsə bunun hansı hisssədən ibarət olduğu müəyyən edilməmişdir. Bundan başqa, nəzərə alınmamışdır ki, iddiaçıya məxsus torpaq sahəsinə bitişik olan torpaq sahəsi onun mülkiyyətindədir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh İlyaz qızı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsi tutulmamışdır. Bu barədə mötəbər sübutlar yoxdur. Həmçinin mütəxəssis rəyində qeyd olunmuşdur ki, onun tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yalnız 88 kv.m. hissəsi tutulmuşdur. Buna baxmayaraq, onun iddiaçıya məxsus 0,12 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.

16. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh İlyaz qızı apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahatına əlavəsi olmadığını bildirmişdir. Cavabdeh İlyaz qızı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

22. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

23. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

Apellyasiya baxışının hədləri

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Göygöl rayonu Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin **********73 reyestr nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh İlyaz qızının xüsusi mülkiyyətindədir. İddiaçı Mehriban Məmmədova cavabdehin ona məxsus torpaq sahəsini zəbt etdiyini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh iddiaçı Mehriban Məmmədovanın mülkiyyətində olan torpaq sahəsindən istifafə edib-etməməsinin aydınlaşdırılması üçün apellyasiya baxışı zamanı iş üzə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2024-cü il tarixli 3-16-16/2-10/2187 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətinə verilmiş JN-1185A nömrəli KOD50807005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsinin X3 məxsus JN-1207A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsi ilə arxa-arxaya paralel torpaq sahələri olmadığı müəyyən edilmişdir. Cavabdeh İlyaz qızının faktiki istifadəsində olan torpaq sahəsi ilə İddiaçı verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********39 reyestr nömrəli çıxarışın A-546166 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.12 ha (1200 kv.m) torpaq sahəsi 93 kv.m hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir.

37. Həmçinin apellyasiya baxışı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/2987 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ndən görünür ki, Cavabdeh İlyaz qızının faktiki istifadəsində olan 666.48 kv.m torpaq sahəsi **********73 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh İlyaz qızının mülkiyyətində olan 600 kv.m torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin faktiki olaraq istifadəsiz olduğu, üzərində heç bir tikili mövcud olmadığı və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənəd qeydə alınmadığı müəyyən edilmişdir.

38. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.

39. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

40. Beləliklə iş üzrə alınmış ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, Cavabdeh İlyaz qızının faktiki istifadəsində olan 666.48 kv.m torpaq sahəsi **********73 reyestr nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan 600 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı Məmmədova mehriban Yusif qızının mülkiyyətində olan Göygöl rayonu Qızılca kəndində yerləşən 0.12 ha (1200 kv.m) torpaq sahəsinin 93 kv.m hissəsi faktiki olaraq Cavabdeh qızı tərəfindən istifadə olunur.

41. Cavabdeh iş üzrə keçirilmiş ekspert rəylərinin düzgün olmadığını iddia etsə də, apellyasiya şikayətinin bu dəlili kimi hər hansı bir əsaslı arqument irəli sürə bilməmişdir. Hərçənd ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın kadastrı və ünvan Reyestru Xidmətinin xx.xx.2022-ci il tarixli və xx.xx.2024-cü il tarixli mütəxəssis rəyləri və həmin rəyə əlavə edilmiş tərəflərə məxusus torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yeləşmə kordinatları və tərəflərin torpaq sahələrindən faktiki istifadə vəziyyətləri aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəylərin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı bir şübhə yaratmamışdır. Cavabdeh isə iş üzrə keçirilmiş ekspert rəylərinin düzgün olmadığını iddia etsə də, apellyasiya şikayətinin bu dəlili kimi hər hansı bir əsaslı arqument irəli sürə bilməmişdir.

42. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.

43. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız hesab edilmişdir.

44. Eyni zamanda məhkəmə kollegiyası qeyd dir ki, işdən göründüyü kimi apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri (100+100+100=300) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 300 manat Cavabdeh İlyaz qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh İlyaz qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(066)-327/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh İlyaz qızından alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar